Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1095/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 210.1 və 215.4-cü maddələri ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ###### 2026-cı il tarixli qərar qəbul etmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hazırda qüvvədə olan, ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən icraçı direktoru X5 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən MMC-nin ünvan 2 ünvanında yerləşən, faktiki olaraq kosmetoloji klinika kimi tibbi xidmət göstərən binalarında “Özəl tibb fəaliyyət” haqqında Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxs kimi tibbi xidmətlə məşğul olmaq hüququ olmadan, “özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli qərarının “özəl tibb fəaliyyəti üzrə gösterilən xidmətlərə uyğun görülən işlərin siyahısı”na əsasən tibbi xidmət hesab edilən “Dermotologiya” xidmətinin ‘‘kosmetoloji’’ təsnifatı üzrə ##.##.2026-cı il tarixinədək son 2 il ərzində MMC-nin tibbi xidmətlər göstərməsini təşkil etdiyindən, eyni müddətdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunların tələbinə əsasən ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxsi praktik tibb fəaliyyətinə buraxdığından “xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 210.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi X1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: AR İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında iddia olunan "faktlar" ## ##### 2025-ci il tarixində KİV-də yayımlanmış məlumatlar və vətəndaş Z.Minakovskayanın şikayəti əsasında aşkarlanmışdır. Məhkəmə qərarı isə ## ###### 2026-cı ildə, yəni qanunla müəyyən edilmiş 3 aylıq müddət bitdikdən xeyli sonra çıxarılmışdır. Bu, AR İXMnin 53.0.6-cı maddəsinə əsasən icraata xitam verilməsi üçün mütləq əsasdır. Eyni xətaya görə təkrar məsuliyyətin yolverilməzliyi: İş materiallarına əlavə edilmiş fotoşəkillər və sənədlərin bir çoxu ##.##.2024-cü il tarixində Nərimanov Rayon Məhkəməsində baxılmış *(***)-****/**** nömrəli iş materiallarında mövcuddur və artıq hüquqi qiymət verilmişdir. AR İXM-nin 9.2-ci maddəsinə görə, heç kim bir xətaya görə iki dəfə məsuliyyətə cəlb oluna bilməz. Sübutların yolverilməzliyi: İttihama əsas olan fotoşəkillər 2024-cü ilə aiddir və yeni deyildir. "xxxx" MMC son iki ilə yaxındır ki, heç bir tibbi fəaliyyətlə məşğul olmur, yalnız lisenziya tələb olunmayan psixologiya sahəsində fəaliyyət göstərir. Xətanın tərkibinin olmaması: Şikayətdə adı çəkən Gülsüm Əliyeva mərkəzdə yalnız icarə müqaviləsi əsasında fəaliyyət göstərmişdir. MMC-nin kassasına icarə haqqından başqa heç bir vəsait daxil olmamışdır ki, bu da cəmiyyətin birbaşa tibbi fəaliyyətlə məşğul olmadığını sübut edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinə üzrlü səbəb olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişlər. Məhkəmə sözügedən tərəflərin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icrarata baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, hüquqi şəxs “xxxx" MMC - hüquqi ünvanı: ünvan 1 **********) - barəsində Azərbaycan Respublikası İXM-in 210.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə hüquqi şəxs “xxxx" MMC-yə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməsi, qərar və toplanmış material baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Protokol tərtib edən orqanlar tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış ##.##.2025-cı il tarixli, *-**/*-****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015- ci il 29 dekabr tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il ## ###### tarixli *** saylı Fərmanının 5.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 210.1-ci, 215.1-ci, 215.4-cü, 215- 1-ci, 216-218-ci, 219-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılır. İnsan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 İdarəsi tərəfindən aparılan yoxlama zamanı hüquqi şəxs “xxxx” MMC-nin lisenziya olmadan özəl tibb fəaliyyəti ilə (kosmetoloji) məşğul olması faktı aşkar edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs “xxxx" MMC barəsində toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və 20000 manat məbləğində inzibati cərimə qərarı qəbul edilmişdir. ## ##### 2025ci il tarixində kütləvi informasiya vasitələrində yayılmış məlumatın araşdırılması və vətəndaş Zarina Minakovskayanın Gülsüm Əliyeva adlı şəxsin "plastik cərrahiyyə" işi üzrə fəaliyyət göstərməsi ilə bağlı şikayət ərizəsi əsasında "xxxx” MMC-də təkrar olaraq plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı müəssisənin ştat cədvəlində icraçı direktor kimi qeyd olunan Gülsüm Əliyevaya aid praktiki tibbi fəaliyyət üçün tələb olunan sənədlər yoxlayıcılara təqdim olunmamışdır. Bu halla bağlı müəssisənin təsisçisi X1 izahat alınmışdır. Sözügedən şəxs izahatında müəssisənin tibbi fəaliyyət göstərmədiyini, yalnız psixoloji konsultasiyaların keçirildiyini bildirmişdir. Lakin, “xxxx" müəssisəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdəki yayımlanmış paylaşımlarına əsasən müəsissənin lisenziyadan kənar kosmetoloji fəaliyyət ilə məşğul olduğu müəyyən edilmişdir. Sosial şəbəkələrdə Gülsüm Əliyeva adlı şəxsin “xxxx'"’ müəssisəsində tibbi fəaliyyətlə məşğul olması ilə bağlı məlumatlara əsasən qeyd olunan faktların yerində araşdırılması məqsədi ilə tərəfimizdən plandankənar (növbədənkənar) yoxlamanın açılmasına cəhd edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində" yenidən yoxlamanın açılmasına icazə verilməmişdir. Qeyd olunanları, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə daxil olmuş şikayət ərizələri əsasında keçirilmiş plandankənar (növbədənkənar) yoxlamaların nəticələrini, lisenziya olmadan müvafiq fəaliyyətin həyata keçirilməsi əhalinin həyat və sağlamlığına potensial təhlükə yaratma ehtimalının yüksək olduğunu nəzərə alaraq, “xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinə cinayət qanunvericiliyinə uyğun olaraq hüquqi qiymət verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "xxxx" X2 tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibb xidmətləri şöbəsinə ünvanlanmış ##.##.2025-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş, vətəndaş Zarina Minakovskayanın Bakı şəhənndə yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müəssisəsinin həkim- kosmetoloqu Gülsüm Əliyevanın fəaliyyəti ilə bağlı məktuba aidiyyəti üzrə "xxxx’ X2ndə baxılmışdır. Məlumat üçün bildirilir ki, vətəndaşın ötən müddət ərzində anoloji müraciəti ilə əlaqədar ona 3-28- */*-M- **-***/**** saylı, ## ##### 2025-ci il tarixli cavab məktubu göndərilmişdir, öncəki müraciəti əsasında ##.##.2025-ci il tarixində "xxxx" MMC-yə məxsus müəssisədə plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı müəssisədə həkim-kosmetoloq vəzifəsində çalışan Gülsüm Əliyevaya aid praktiki tibbi fəaliyyət üçün tələb olunan qeydiyyat sənədləri və tibb heyətinə dair təsdiqedici sənədlər yoxlayıcılara təqdim olunmamışdır. Bu hallar üzrə müəssisənin təsisçisi X1 tərəfindən izahat alınmışdır Sözügedən şəxs izahatında "xxxx" X2nin əməkdaşlarının xəbərdarlıqlarından sonra müəssisənin tibbi fəaliyyət göstərmədiyini, yalnız psixoloji konsultasiyaların həyata keçmidiyini bildirmişdir. Diqqətə çatdırılır ki, ötən müddət ərzində kütləvi informasiya vasitələrindən daxil olmuş məlumatlara əsasən yoxlamalar həyata keçirilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülmüşdür. Əlavə olaraq qeyd edir ki, müvafiq informasiya məlumat bazalarında hazırda “xxxx" MMC tibbi istiqamət üzrə fəaliyyət göstərən müəssisə kimi qeydiyyatda yoxdur. “Məlumatın təqdim edilməsi barədə” ##.##.2024-cü il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlet Vergi Xidmətinin Bakı şeheri X4 və Uçotun Təşkili Baş İdarəsinin ##.##.2024-cü il tarixli ************** nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərarına əsasən “VMR MERDİCAL CENTER” MMC-nin (VÖEN **********) fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən “VMR ESTETİK” adlı obyektdə X4 tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı hüquqi şəxs “VMR MERDİCAL CENTER” MMC-nin xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) alınmadan özəl tibb fəaliyyəti ilə (kosmetoloji fəaliyyətlə) məşğul olduğu müəyyən edilmişdir. “Sosial şəbəkələrdə edilmiş paylaşımlara baxış keçirilməsinin nəticəsinə dair” ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Sosial şəbəkələrdə Gülsüm Əliyeva adlı şəxsin “xxxx”" MMC-də tibbi fəaliyyətlə məşğul olması ilə bağlı məlumatlara əsasən qeyd olunan faktların yerində araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş məlumat əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı X5 “instagram” sosial şəbəkəsində “drgulaliyeva” adı ilə qeydiyyatdan keçdiyi və səhifədə həkimlik fəaliyyəti göstərməsi barədə davamlı olaraq video və fotolar paylaşdığı müəyyən edilmiş və səhifə mütəmadi olaraq izlənilmişdir. Paylaşımlarla bağlı ##.##.2025-ci il 14 və ##.##.2025-ci il və ##.##.2026-cı il tarixdə şəkillər və səhifəyə keçirilən baxış telefonun ekranından video və foto formatlarda qeydiyyata alınmış və 1 ədəd CD-yə köçürülərək arayışa əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Belə ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hazırda qüvvədə olan, ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən icraçı direktoru X5 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən MMC-nin ünvan 2 ünvanında yerləşən, faktiki olaraq kosmetoloji klinika kimi tibbi xidmət göstərən binalarında “Özəl tibb fəaliyyət” haqqında Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxs kimi tibbi xidmətlə məşğul olmaq hüququ olmadan, “özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli qərarının “özəl tibb fəaliyyəti üzrə gösterilən xidmətlərə uyğun görülən işlərin siyahısı”na əsasən tibbi xidmət hesab edilən “Dermotologiya” xidmətinin ‘‘kosmetoloji’’ təsnifatı üzrə ##.##.2026-cı il tarixinədək son 2 il ərzində MMC-nin tibbi xidmətlər göstərməsini təşkil etmiş, eyni müddətdə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunların tələbinə əsasən ali və ya orta ixtisas tibb təhsili, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan şəxsi praktik tibb fəaliyyətinə buraxmışdır. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı nəzərdən keçirilən zaman *(***)-****/**** nömrəli iş üzrə toplanmış materialların hazırki iş üzrə toplanmış materiallara eynilik təşkil etməməsi, ##.##.2024-cü il tarixli, 3(005)- ****/**** nömrəli qərarda ##.##.2024-cü il tarixdə törədilmiş inzibati xətaya dair toplanmış sübutlara iymət verilməsi müəyyən edilmişdi. Buna görə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikasının Baş Prokurorluğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 210.1 və 215.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində haqlı olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi X3 tərəfindən “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına və işin faktiki qeyd olunan hallarına qiymət verən məhkəmə hesab edir ki, “VMR MERDİCAL CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən özəl tibbi fəaliyyət dedikdə qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyətinin həyata keçirilməsi başa düşülür. Həmin Qanunun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Sadalanan qanunvericilik aktı normalarına və işin faktiki qeyd olunan hallarına qiymət verən məhkəmə hesab edir ki, “VMR MERDİCAL CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti xüsusi razılıq olmadan tibbi fəaliyyətlə məşğul olmuş, bunun üçün Cəmiyyət tərəfindən işçilər cəlb olunaraq, tibbi fəaliyyət təşkil edilmişdir. Nəticədə hüquqi şəxs “VMR MERDİCAL CENTER” MMC-i tərəfindən Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş vermişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1095/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1095/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver