Məhkəmə qərarları › İş №3(3-6)-1097/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1097/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1097/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətin qismən təmin edilməsi, “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün müvafiq inzibati orqana göndərilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona qarşı guya ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsində baş verdiyi iddia olunan hadisə ilə bağlı inzibati protokol tərtib edilmişdir. Göstərilən ünvan parklanmanın qadağan olunduğu yol sahəsi deyil, yaşayış məhəlləsidir və həmin ərazi məhəllə sakinlərinin giriş-çıxışı üçün nəzərdə tutulmuş sahədir. Bu ərazi yol hərəkətinin təhlükəsizliyinə mane olan zona deyil və orada dayanma və ya parklanmanı qadağan edən heç bir yol nişanı mövcud olmamışdır. Həmin protokolun əsası kimi üçüncü şəxs tərəfindən çəkilmiş avtomobil fotosu göstərilmişdir. Lakin, fotonu çəkən şəxs DYP əməkdaşı deyil, Həmin şəxsin kimliyi məlum deyil, şəklin harada, nə vaxt və hansı şəraitdə çəkildiyi rəsmi qaydada təsdiqlənməmişdir. Fotoşəkil sertifikatlaşdırılmış texniki vasitə ilə çəkilməmişdir. Yəni, söhbət rəsmi sübutdan yox, naməlum 3-cü şəxsin şəxsi telefonu ilə çəkilmiş görüntüdən gedir. Bu isə qanuna görə sübut hesab edilə bilməz. Hadisə yerində ona heç bir video, heç bir foto, heç bir akt və ölçmə təqdim edilməmişdir. Başqa sözlə, inzibati protokol tamamilə subyektiv, birtərəfli və əsassız formada tərtib edilmişdir. Hadisənin guya baş verdiyi tarix ##.##.2025-ci il göstərilmişdir. Lakin inzibati protokol yalnız ##.##.2025-ci il tarixdə, yəni 28 gün sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati xəta ilə bağlı protokol əsaslı və gecikdirilmədən, adətən 10-20 gün müddətində tərtib olunmalıdır. Hadisədən 28 gün sonra protokol tərtib edilməsi sübutların itirilməsi riskini yaradır, obyektivliyin pozulmasına səbəb olur və protokolu hüquqi cəhətdən etibarsız edir. Bu fakt bir daha göstərir ki, inzibati protokol hadisə günü yox, sonradan süni şəkildə formalaşdırılmışdır. Qərar ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. O, həmin gün, yəni ##.##.2026-cı il tarixdə dərhal Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin, müraciəti işin mahiyyəti üzrə baxılmadan geri qaytarılmışdır. O, bu məsələ ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati məsuliyyət yalnız: qanuni, obyektiv, rəsmi qaydada əldə edilmiş sübutlar əsasında yarana bilər. Naməlum 3-cü şəxsin çəkdiyi fotoşəkil rəsmi deyil, yoxlanıla bilən deyil, texniki vasitə deyil, mənbəyi məlum deyil və hüquqi sübut sayılmır. Qeyd olunanları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətin qismən təmin edilməsi, “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün müvafiq inzibati orqana göndərilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar kobud qanun pozuntuları ilə qəbul edilmişdir. İş üzrə sübut kimi təqdim edilən material yalnız vətəndaş tərəfindən WhatsApp vasitəsilə göndərilmiş şəkildən ibarətdir. Həmin ərazidə səki mövcud deyil, ərazi məhəllə giriş-çıxış yoludur, heç bir yol nişanı və yol xətti yoxdur. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “inzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 346.9-cu maddəsinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “MERCEDES BENZ E220 BLUETEC” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iş materiallarında inzibati tənbeh vermə haqqında qərardan başqa heç bir sənəd mövcud deyil. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı, iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırki halda, şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı sübutla təsdiq olunmur. Həmçinin, səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə tədqiq edilmiş sənədlər məhkəmədə işə baxılarkən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xəta törədilməsinə dəlalət edə biləcək hər hansı sübut və əsas göstərilmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İnzibati xətalara dair qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmalı, ilk öncə törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi ərazinin səki hesab edilib-edilməməsi, səki olduğu halda bunun nə ilə hansı formada müəyyən edilməsi və ərazidə hər hansı nişanın olub-olmaması müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını bir daha araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 346.9cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ehtimalının şübhə doğurduğunu hesab edərək sonuncunun həmin qərardan vermiş olduğu şikayətin qismən təmin edilməsi və işin müvafiq inzibati orqan tərəfindən yenidən araşdırılmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, şikayətdə göstərilmiş xüsusatlar yalnız yenidən araşdırma nəticəsində öz təsdiq və ya təkzibini tapa bilər ki, hazırda inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün hər hansı əsas müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətin qismən təmin edilməsi, “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün müvafiq inzibati orqana göndərilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar