Məhkəmə qərarları › İş №3(3-6)-1108/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1108/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1108/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinin rədd edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Təqdim edimiş materiallardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məlumatsız olmuşdur. Belə ki, onun məhkəmə işləri ilə bağlı heç bir anlayışı olmadığından və hüquqi savadı olmadığı üçün ona Yasamal Rayon Icra Şöbəsindən mobil telefonuna sms gəldikdən sonra xəbər tutmuşdur. O, bundan sonra ##.##.2026-cı il tarixdə Icra Şöbəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini, şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə verilmiş vəsatətin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış etməklə məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, şikayət vermə müddətinin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati xəta haqqında icraat materiallarını araşdıraraq, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) vəsatətində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ##.##.2026-cı il tarixdə əldə etmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ##.##.2026-cı il tarixdə alsa da, həmin qərardan şikayəti məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, yəni 10 gün müddətində təqdim etməmiş, həmçinin məhkəmədə inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəblərini əsaslandıra bilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatət əsassızdır və qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət onun tərəfindən üzrlü səbəbdən buraxılmamışdır. Məhkəmə müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi, şikayətçi qərarın surətini gec aldığından qərardan şikayət vermə müddətinin bərpa olunmasını xahiş etmiş, lakin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı dəlil göstərməmiş, bu barədə iş materiallarına sübut əlavə edilməmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, verilmiş şikayətdə göstərilən formal mülahizələrə əsaslandığından, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinin rədd edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar