AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ3(3-6)-1110/2026 22.04.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI BakıǝApellyasiyaǝMəhkəməsininǝhakimiǝQəniyevǝFaiqǝƏsədǝoğlununǝsədrliyi, məhkəməǝiclasınınǝkatibiǝZeynalovaǝLaləǝAllahverdiǝqızınınǝkatibliyi, BakıǝşəhəriǝNəsimiǝrayonǝPolisǝİdarəsininǝnümayəndəsiǝNümayəndə, protokol tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis şöbəsinin sahəǝrəisiǝX1,ǝ barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqındaǝicraatǝaparılanǝşəxsǝiştiraklarıǝilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Nəsimi Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,ǝməhkəməǝ m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılmasıǝüçünǝməhkəməyəǝgöndərilmişdir.ǝ ## ##### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ## ##### 2026-cı il tarixində ünvan 1 ünvanı qarşısında saxlanıldığı zaman üzərində öz istifadəsi üçün psixotrop maddə gəzdirməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqında protokolǝtərtibǝedilmişdir.ǝ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğindəǝinzibatiǝcəriməǝedilməsiǝqəraraǝalınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Nəsimi Rayon Polis İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsiǝiləǝinzibatiǝqaydadaǝhəbsǝolunmasıǝbarədəǝqərarǝqəbulǝedilməsiniǝxahişǝetmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı kifayət qədər ictimai təhlükəli xəta törətmiş, uzun müddətə güclü təsiredən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadǝçisi olduğunu özü etiraf edən, üzərindən psixotrop maddə metamfetamin aşkar olunan şəxs barədə inzibati həbs seçmək əvəzinə yüngülləşdirici hallara istinad edib şəxsi inzibati qaydada cərimə etmişdir. Faktiki narkotik istifadəçisini maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza ilə cəzalandırmaq onda və ətrafda olan şəxslərdə cəzasızlıq fikrini formalaşdırmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı dövlət proqramı üzrə görülən əməliyyat və ictimai fəaliyyətə ziddir. Birinci instansiya məhkəməsinin hakimi şəxsin məcburi müalicəyə ehtiyacı olduğu halda inzibati həbs seçmək əvəzinə cərimə cəzası ilə kifayətlənmişdir. Birinci instansiya məhkəməsinin hakimi şəxsin üzərində güclü təsiredici psixotrop maddənin aşkar olunmasına, şəxsin əməlini könüllü etiraf etməsinə və narkoloji müayinənin nəticələrinə əsasən məcburi müalicəyə ehtiyacı olmasına baxmayaraq şəxs barədə daha yüngül cəza tətbiq etmişdir. Qeyd etmək lazımdır ki, baş vermiş cinayət hadisələrinin təxminən 20-30%-ni narkotik vasitə istifadəçiləri öz tələbatlarını ödəmək və ya digər özlərinə məlum olan məqsədlər üçün törədirlər ki, həmin şəxslərə qarşı mübarizədə zəifliyin göstərilməsi sonradan böyük fəsadlara səbəb ola bilər. Məhkəmənin şəxs barədə 2 ayadək həbs nəzərdə tutan Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əməllə bağlı apardığı araşdırma zamanı həddindən artıq yüngül cəzanı seçməsi cinayətkarlıqla və günün bəlası hesab edilən narkotiklərə mübarizə sahəsində aparılan işlərə bir növ diqqətsiz yanaşması kimi qiymətləndirir. Məsələnin digər təhlükəli tərəfi ondadır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm də avtomobil sürücüsüdür. Belə bir narkotik vasitə istifadəçisi olan şəxsin inzibati qaydada həbs edilməməsinin gələcəkdə nə kimi fəsadlara apara biləcəyi hamıya məlumdur. Narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sükan arxasına əyləşən şəxs yalnız özü üçün deyil, ətrafdakılar üçün də böyük təhlükə mənbəyidir. Narkotik vasitələr və psixotrop maddələr insanın reaksiyasına, zehni fəaliyyətinə, əsəb sisteminə təsir edir, diqqətini bir yerə cəmləməsinə və yaranmışǝaniǝvəziyyətdənǝçıxışǝyoluǝtapmasınaǝmaneǝolur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsǝapellyasiyaǝşikayətininǝtəminǝedilməməsiniǝxahişǝetdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndələri apellyasiya şikayətinin təminǝedilməsiniǝxahişǝetdilər.ǝ Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədənǝsaxlanılmalıdır. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında ## ##### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026cı il tarixdə saat 01:30-da Nəsimi rayon Polis İdarəsinin inzibati binasında müdafəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni ## ##### 2026-cıǝilǝtarixdəǝsaatǝ23:45-dənǝtutulmuşǝhesabǝedilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ## ##### 2026-cı il tarixli **** nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama aktından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində MET aşkar olunmuşdur. Narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserǝqeydiyyataǝalınmasıǝməsləhətǝgörülür. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından şübhəli şəxs qismində statusuna xitam verilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Aşkar edilmiş 0,042 qram metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,037 qram metamfetamin Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama otağınaǝtəhvilǝverilmişdir. ## ##### 2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,042 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Rəyə əlavə edilmiş aktdan görünür ki,ǝ0,042ǝqramǝkütlədənǝ0,03ǝqramǝkütləǝistifadəǝedilmiş,ǝ0,012ǝqramǝgeriǝqaytarılmışdır. “Elektron məhkəmə” informasiya sisteminə baxış keçirilməklə müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha əvvəllər hansısa inzibati xətaya görə məhkəmə qaydasında məsuliyyətə cəlb edilməmiş, həmçinin onun təqsirləndirilməsinə dair cinayət işi olmamışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2018-ci il təvəllüdlü MəryəmǝQədirliǝvəǝ##ǝ######ǝ2020-ciǝilǝtəvəllüdlüǝMehinǝQədirliǝadlıǝazyaşlıǝövladlarıǝvar. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətəǝinzibatiǝhəbsǝtətbiqǝedilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsiǝişǝmateriallarıǝvəǝməhkəməǝiclasındaǝtoplanmışǝsübutlarlaǝtamǝsübutaǝyetirilmişdir.ǝ Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. Bu fakt həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama aktı, Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2026-cı il tarixli *-**-*-**/*-****/**** saylı ekspert rəyi, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iləǝözǝtəsdiqiniǝtapır.ǝİnzibatiǝməsuliyyətiǝistisnaǝedənǝvəǝicraatıǝrəddǝedənǝhallarǝyoxdur”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsininǝtələbləriniǝpozmasıǝözǝtəsdiqiniǝtapmışdır. Məhkəmə tələbkarın apellyasiya şikayətinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq şəxsi 300 manat məbləğində cərimə etmiş, tənbeh tədbirinin növünün dəyişdirilməsi və ya barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi üçün əsaslarǝolmamışdır. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə, himayəsində iki azyaşlı övladının olmasını, onun daha əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb edilməməsini isə İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinəǝəsasənǝsonuncununǝməsuliyyətiniǝyüngülləşdirənǝhalllarǝkimiǝnəzərəǝalmışdır. Eyni zamanda, apellyasiya şikayətində qeyd olunanlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tətbiq edilməsi üçün əsas və yetərli olmamışdır. Qanunverici orqan həmin maddənin dispozisyasını və sanksiyasını müəyyən edərkən apellyasiya şikayətində qeyd olunan halları nəzərə almış və həbs növündə tənbeh tədbiri ilə yanaşı,ǝhəmǝdəǝdahaǝyüngülǝtənbehǝnövüǝsayılanǝcəriməǝtənbehǝtədbiriǝnəzərdəǝtutmuşdur. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərəǝalaraqǝcəriməǝnövündəǝtənbehǝtədbiriǝtətbiqǝetmişdir. İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətalarınǝayrı-ayrıǝnövlərinəǝgörəǝüçǝgündənǝüçǝayǝmüddətinədəkǝhakimǝtərəfindənǝtətbiqǝedilir. Məhkəmə həm də qeyd edir ki, inzibati həbsin yalnız müstəsna hallarda tətbiq edilməsi nəzərdəǝtutulmuşdurǝvəǝhazırkıǝişǝüzrəǝqeydǝolunanǝhallarǝözǝəksiniǝtapmır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlbǝolunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası,ǝədalətlilikǝvəǝinzibatiǝxətalarınǝqarşısınınǝalınmasıǝprinsiplərinəǝəsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququǝiləǝtəminǝedilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibatiǝxətanıǝtörətməkdəǝtəqsirliǝbilinəninǝşəxsiyyətinəǝuyğunǝolmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədiǝdaşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıranǝhallarǝnəzərəǝalınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da məsuliyyəti yüngülləşdirənǝhalǝqismindəǝnəzərəǝalınaǝbilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilənǝşikayətəǝvəǝyaǝprotestəǝhakimǝvəǝyaǝvəzifəliǝşəxsǝtərəfindənǝtəkbaşınaǝbaxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olanǝvəǝəlavəǝtəqdimǝedilmişǝmateriallarǝəsasındaǝyoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təminǝedilmədənǝsaxlanılmasıǝhaqqındaǝqərarǝqəbulǝedilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdəǝdəyişdirilmədənǝsaxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbərǝtutaraq,ǝməhkəmə qərara aldı: Apellyasiyaǝşikayətiǝtəminǝedilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarıǝverilmişǝapellyasiyaǝşikayətinəǝmünasibətdəǝdəyişdirilmədənǝsaxlanılsın. Qərarǝqəbulǝedildiyiǝandanǝdərhalǝsonraǝqanuniǝqüvvəyəǝminir. Qərarǝqətidir,ǝondanǝşikayətǝvəǝyaǝprotestǝveriləǝbilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1110/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1110/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver