Məhkəmə qərarları › İş №3(3-6)-1112/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1112/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1112/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs – İmanov Natiq Əlimusa oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İmanov Natiq Əlimusa oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətin edilməməsi barədə ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından İmanov Natiq Əlimusa oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İmanov Natiq Əlimusa oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın əsassız olmasını nəzərə alaraq qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin İmanov Natiq Əlimusa oğlu həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan İmanov Natiq Əlimusa oğlu tərəfindən verilmiş şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından İmanov Natiq Əlimusa oğlu apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş baxılmasına davam etdirilməsinin həmin məhkəməyə tapşırılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, 2026 ilin fevral ayında mobil telefonuna zəng gəlmiş, icra məmuru Paşazadənin köməkçisi kimi təqdim edən şəxs bildirmişdir ki, Yasamal rayon İcra Şöbəsində ona aid Əmək Müfəttişliyinin işi üzrə məhkəmənin icra vərəqəsi var, şöbəyə yaxınlaşmalıdır, onun icrası təmin edilməlidir. ##.##.2026 tarixdə o, Yasamal rayon İcra Şöbəsinə ərizə ilə müraciət edib, belə bir icra vərəqəsindən xəbərinin olmadığını qeyd etməklə, qeyd edilən icra vərəqəsini və işdə olan sənədlərin surətlərini, könüllü icra bildirişini və s. ona təqim edilməsini xahiş etmişdir. ##.##.2026 tarixdə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Paşa Paşazadənin köməkçisi X2 GDRŞ-nin ##.##.2024 tarixli, MN ******* saylı qərarını, könüllü icra bildirişini və işdə olan digər sənədləri təqdim etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin ##.##.2026 tarixli, *(*-***)-****/**** saylı qərarı ilə müdətin bərpa edilməsindən imtina edilmişdir, qərarı almamış, alan kimi şikayətə əlavə verəcəkdir. İşdə prosessual pozuntular baş vermişdir. Belə ki, DƏMX eyni qərarından daha əvvəl verdiyi şikayət Yasamal rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə geri qaytarılmışdı ki, guya müddətin bərpası haqqında vəsatət və işə aidiyyəti üzrə baxılması barədə ayrıca vəsatət verməmişdir. Halbuki şikayətin mətnində o, müddət bərpa və aidiyyət haqda vəsatət vermişdim. Məhkəmə onu süründürdüyü üçün məcbur olub, 2-ci dəfə şikayət vermiş və vəsatətləri ayrıca yazmışdır. İXM-nin 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. O, qərarı daha əvvəl almamış, necə almağını isə şikayətində göstərmiş, eyni zamanda bu haqda sübutlarını təqdim etmişdir. Məhkəmə qərarı daha əvvəl alması haqda hər hansı sübut olmadığı halda müddətin bərpasından imtina etmişdir. Müddət axımı tarixlə başlayır, fərziyyə ilə yox. Məhkəmə müddət axımının hansı tarixdə başlamasını qərarda qeyd etməmişdir. İşdə yalnız onun təqdim etdiyi sənədlər var. Prosessual pozuntular ondan ibarətdir ki, məhkəmə müddət bərpa və aidiyyət vəsatətinə İXM 132 maddəsinə əsasən hazırlıq mərhələsinə baxmalı idi, məhkəmə həmin mərhələdə bu vəsatətlərə baxmayıb (bu haqda qərardad yoxdur) və işi birbaşa bxışa təyin edib ona görə müddət bərpa etməyə zərurət görməyib. Baxış mərhələsində məhkəmə vəsatətə baxa bilməzdi. Eyni zamanda məhkəmə ##.##.2026 tarixli icraata qəbul qərardadına qeyd edib ki, "İnzibati xəta haqqında işin baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar mövcud deyil. Şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübütlar toplanmışdır. İş üzrə vəsatət və etirazlar yoxdur." Halbuki onun vəsatətləri vardı və məhkəmə onlara hazırlıqda baxmayıb. Məhkəmə iclasında İmanov Natiq Əlimusa oğlu şikayətin məzmununa uyğun çıxış edərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından İmanov Natiq Əlimusa oğlu tərəfindən verilmiş şikayət üzrə müddət ötürülməmiş hesab edilməli və İmanov Natiq Əlimusa oğlunun barəsində X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “icraata başlamaq haqqında” Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin ##.##.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən İmanov Natiq Əlimusa oğlu 1500 manat cərimə edilmiş və qərar icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi vəsatəti rədd edərkən hesab etmişdir ki, barəsində şikayət verilmiş qərar göründüyü kimi şikayət verildiyi tarixdən 02 ilə yaxın müddətə qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması qaçılmazdır. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmiş əsaslar üzrlü hesab edilə bilməz. Səbəbin üzrlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə və ya səbəbin ağlabatanlığına münasibətdə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İnzibati Xətalar Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının İmanov Natiq Əlimusa oğluna rəsmi qaydada nə vaxt verilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İmanov Natiq Əlimusa oğlu şikayətində göstərir ki, X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını 2026-cı ilin fevral ayında Yasamal rayon İcra Şöbəsindən icrayla bağlı ona zəng gəldikdən sonra məlumatı olmuş, bundan sonra ora yaxınlaşaraq ##.##.2026-cı il yarixdə icraata başlamaq haqqında qərarı əldə etmişdir. Apellyasiya icraatı zamanı səlahiyyətli orqanın nümayəndəsi, bununla bağlı sənədləri məhkəməyə təqdim etmək üçün orqandan əldə etməyə çalışsa da, şəxsin qərardan məlumatlı olmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, belə olan halda məsələ vətəndaşın xeyrinə həll edilməlidir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlər və şikayətin dəlillərinə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, İmanov Natiq Əlimusa oğlunun X2 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbul edilib baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İmanov Natiq Əlimusa oğlu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından İmanov Natiq Əlimusa oğlu tərəfindən şikayət verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilsin. İmanov Natiq Əlimusa oğlunun barəsində X2 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, ## #### 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin icraata qəbul edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar