Məhkəmə qərarları › İş №3(3-6)-1113/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1113/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1113/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi – “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili vəkil1, Zərərçəkmiş şəxs – Hüseynov İlham Həbulla oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən Qaradağ Rayon Məhkəməsinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Şəfa Dadaşova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati tənbeh tətbiq edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil1 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığı, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sabir oğlunun təqsirliliyi sübuta yetirilmədiyi üçün bu Qərar qanunsuz və əsassızdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 19 ildir ki, Qızıldaş qəsəbəsi, *** №-li tam orta məktəbdə riyaziyyat müəllimi işləyir. ##.##.2025-ci il tarixdə saat 13 radələrində ikinci növbə dərsə gələrkən test çıxarmaq üçün direktorun otağının köməkçisinin otağına yaxınlaşmış, lakin katibə olmadığı üçün gözləmiş, bu vaxt Hüseynov İlham Həbulla oğlu ondan niyə tərs-tərs baxdığını soruşmuş, o, işim var cavabını verəndə İlham Hüseynov onun yaxasından tutaraq söyüş söyməyə başlamış və boğazından tutaraq sinəsindən vurmuşdur. Məktəbin fiziki tərbiyə müəllimləri İbrahimov Kənan Elxan oğlu və X8 ilk oraya yaxınlaşmış və onları aralaşdırmış, mübahisə sonlandıqdan sonra səsküyü eşidib X6 və X1 həmin yerə gəlmiş, lakin onlar mübahisənin şahidi olmamışdırlar. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Müraciət əsasında Qaradağ RPİ-nin 38ci PŞ-nin baş təhqiqatçısı İldırımov Fariz Urman oğlu tərəfindən araşdırma aparılaraq ##.##.2025ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və araşdırma zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmayaraq əldə olunan ekspertiza rəylərinin müvafiq olaraq İlham Hüseynovun öz-özünə xəsarət yetirməsi istisna edilməməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə aldığı xəsarətin digər şəxsin onun yaxasından tutmasından əmələ gələ bilməsi, məktəbin mübahisə baş verən otağın yerləşdiyi ərazi, foye və dəhlizin kamera görüntülərinin götürülməməsinə baxmayaraq əsassız olaraq həmin qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. ##.##.2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən *(***)-****/**** saylı qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Qaradağ RPİ-nin 38-ci PŞ-nin baş təhqiqatçısı İldırımov Fariz Urman oğlu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işinin başlanılmasınn rədd edilməsi haqqında” qərarının ləğv edilməsi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qaradağ Rayon Məhkəməsinə şikayəti əsasında məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət ərizəsi ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığından şikayətin təmin edilməsi qənaətinə gələrək həmin “cinayət işinin başlanılmasınn rədd edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul etmişdir. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinə edilən şikayət nəticəsində ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarla Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra şikayət edilməsinə baxmayaraq Qaradağ RPl-nin 38-ci PŞ-nin baş təhqiqatçısı İldırımov Fariz Urman oğlu tərəfindən təkrar guya araşdırma aparılaraq eyni əsaslarla eyni nəticəyə gəlinərək ##.##.2026-cı il tarixdə “cinayət işinin başlanılmasınn rədd edilməsi haqqında" eyni qərar qəbul olunmuşdur. Halbuki İlham Hüseynovun məktəbin direktor müavini, yəni rəhbər vəzifəli şəxs olduğu üçün istintaq aidiyyəti üzrə araşdırma polis orqanında yox, prokurorluq orqanında aparılmalı idi. Eyni qərara əsasən yenidən əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə təqsirli bilinərək barəsində ##.##.2026-cı il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2025-ci il tarixli *** saylı ekspert rəyində İ.H.Hüseynovun almış olduğu xəsarətlər əl çatan nahiyələrində yerləşmələrini nəzərə alaraq həmin şəxsin özü tərəfindən və həm də digər şəxs tərəfindən yetirilməsi mümkün olduğu qeyd olunmuşdur. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunan xxxx” X2 ##.##.2025-ci il tarixli *** saylı ekspert rəyi birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmiş və məhkəmə qərarında əks olunmamışdır. Halbuki həmin ekspert rəyində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs almış olduğu xəsarətin ##.##.2025-ci il tarixə uyğun gəldiyi və digər şəxsin onun yaxasından tutmasından əmələ gələ bilməsi əks olunmuşdur. İ.H.Hüseynovun barəsində tərtib olunan ekspert rəyi onu deməyə əsas verir ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs böhtan ata, aldığı xəsarətləri özü də özünə yetirə bilər və bu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olmasına kifayət qədər şübhə yaradır. ##.##.2026-cı il tarixli Qaradağ Rayon Məhkəməsinin müvafiq məhkəmə iclasında şahid qismində izahat verən X8 İ.H.Hüseynovla Vahabovun yalnız mübahisə etdiklərini gördüyünü bildirməsinə baxmayaraq *(*-**)-***/**** saylı məhkəmə qərarında əsassız olaraq Ə.Y.Mirzəquliyevanın guya izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əli ilə İ.Hüseynovun sifət nahiyəsindən vurduğunu görməsi qeyd olunmuş və bu hal məhkəmə iclasının audiovideoyazısı - ilə ziddiyyət təşkil edir. Həmin məhkəmə iclasında izahat verən X6 İ.H.Hüseynovla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız mübahisə etdiklərini gördüyünü, Vahabovun Zərərçəkmiş şəxs vurmasını görmədiyini bildirməsi həqiqəti əks etdirsə də, ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarda göstərilən izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çənəsində mübahisə zamanı qan görməsini bildirməsi əks olunmasına baxmayaraq, ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarda təhrif olunaraq bunun əksi, yəni İ.H.Hüseynovun çənəsində qan ləkəsi gördüyünü bildirməsi onun izahatları arasında ziddiyyət təşkil edir. ##.##.2026-cı il tarixli məhkəmə iclasında izahat verən X1 İ.H.Hüseynovla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız mübahisə etdiklərini gördüyünü, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İ.H.Hüseynovu vurmasını görmədiyini bildirməsi həqiqəti əks etdirsə də, İ.H.Hüseynovun çənəsində qan ləkəsi gördüyünü bildirməsi ##.##.2025ci il tarixli *(***)-****/**** saylı qərarda göstərilən izahatında göstərilənlərlə ziddiyyət təşkil edir. Beləliklə, araşdırma zamanı təyin olunan məhkəmə-tibbi ekspertizası nəticəsində tərtib olunan ekspert rəylərinin müvafiq olaraq İlham Hüseynovun öz-özünə xəsarət yetirməsinin istisna edilməməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə aldığı xəsarətin digər şəxsin onun yaxasından tutmasından əmələ gələ bilməsi, məktəbin mübahisə baş verən otağın yerləşdiyi ərazi, foye və dəhlizin kamera görüntülərinin götürülməməsi, şahidlərin ifadələrində ziddiyyətlərin olmasına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 157ci maddəsi üzrə təqsirli olması barəsində kifayət qədər şübhələr vardır və bu şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tətbiq edilən şəxsin müdafiəçisi vəkil1 şikayətin dəlillərinə uyğun çıxış edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Hüseynov İlham Həbulla oğlu verilmiş şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, qeyd edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş Hüseynov İlham Həbulla oğlu ifadəsində göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onunla hansı səbəbdən münaqişə yaratdığı məlum deyil. Belə ki, hadisə baş verən gün o, məktəbin direktorunun iş otağından çıxarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orada gözləyirmiş. Həmin vaxt ona qəzəbli şəkildə baxdığı üçün ondan səbəblərini soruşduqda sonuncu onu təhqir etmişdir. Eyni ifadələri ona qarşı cavalandırdıqda onlar əlbayaxa dalaşmışlar. Sinə və çənə nahiyəsindən xəsarət almış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs döyməmiş, onun köynəyinin düymələri qırılmışdır. Məktəbin müəllim kollektivi və texniki işçiləri onları ayırmış, həmin vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “bu mənə lazım idi” sözlərini işlətmişdir. Eyni zamanda qeyd etmişdir ki, araşdırma hələ polis şöbəsində olarkən o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla notarial qaydada barışmaq istəmiş, lakin sonuncu razılaşmamışdır. Məhkəmə iclasında da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etdiyi əməllə bağlı ondan üzr istədiyi halda onunla barışmağa hazır olduğunu qeyd etmişdir. Sonunda işlə bağlı qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, özünü təqsirli hesab etmədiyini, ekspert rəyində göstərilən xəsarəti onun yetirmədiyini, hadisə baş verdikdən sonra İlhamın yaxınlıqda olan xəstəxanaya getməklə real olmayan xəsarəti hər hansı bir həkimə qeyd etdirdiyini bildirmişdir. Onlar İlhamla dalaşdıqdan sonra köynəyi cırılmış, həmin vəziyyətdə məktəbi tərk edərkən məktəbin Lizə adllı texniki işçisi ilə qarşılaşmışdır. Onların münaqişəsi ilə bağlı Qaradağ Rayon Məhkəməsində ona cərimə tənbehi tətbiq olunsa da sonradan həmin qərar Bakı Apelyasiya Məhkəməsində ləğv edilmişdir. Hazırki işlə bağlı aparılan araşdırmada isə iştirak etməmiş, sahə rəisi tərəfindən məhkəməyə gətirildiyi gün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın və barəsində inzibati xəta haqqında protokol tərtib olunması barədə məlumat almışdır. İşlə bağlı təhqiqat araşdırılması aparılarkən polis şöbəsində onları barışdırmağa çalışsalar da razılaşmamışdır. Belə ki, qarşı tərəf onunla bağlı televiziya kanallarına həqiqətə uyğun olmayan müsahibə vermişdir. Şahidlərin izahatlarına münasibətdə qeyd etmişdir ki, onların işlədiyi məktəbdə İ.Hüseynovdan xidməti asılılıq halları olduğu üçün izahatları qeyrisəmimidir. Yekun olaraq arvadının vəfat etdiyini, himayəsində biri 13 yaşlı olmaqla 3 (üç) övladının olduğunu, barəsində ədalətli qərar qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİnin 38-ci PŞ-nin sahə inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, ## ####### 2025-ci il tarixdə “102” xidməti zəng mərkəzinə daxil olmuş müraciət əsasında Qaradağ RPİ-nin 38-ci PŞ-nin təhqiqatçısı Fariz İldırımov tərəfindən araşdırma aparılmış, ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Hüseynov İlham Həbulla oğlu barəsində cinayət işi başlanması rədd edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən o, inzibati xəta haqqında protokolu tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid X1 izahatında bildirmişdir ki, o, məktəbin dəhlizində iş yoldaşı Məleykə ilə dayanan zaman eşidilən səs-küy istiqamətdə baxarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla İ.Hüseynovun mübahisə etdiyini, mübahisədən sonra İ.Hüseynovun çənə nahiyəsində qan olduğunu görmüşdür. Birinci instansiya məhkəməsində şahid X6 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İ.Hüseynovla mübahisə etdiyini o, iş yoldaşı Lizə ilə bərabər görmüşlər. İ.Hüseynov məktəbin binasını tərk etmək üçün onun yanından keçərkən çənə nahiyəsində qan olmuşdur. Birinci instansiya məhkəməsində X8 izahatında bildirmişdir ki, 2025-ci ilin oktyabr ayının sonlarında işlədiyi məktəbin 1-ci mərtəbəsinin dəhlizində səs-küy eşidilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsla İlham Hüseynovun mübahisə etdiyi məlum olmuşdur. Onlara yaxınlaşan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əli ilə İ.Hüseynovun sifət nahiyəsindən vurduğunu görmüşdür. Onları sakitləşdirmək üçün yaxınlaşmış, lakin İ.Hüseynovun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs döyməsini görməmişdir. Mübahisənin gedişində Samir İlhamı təhqir etmiş, İlhama qarşı əsəbi formada hədələyici jestlər etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 canlı şəxsin ekspertizası ##.##.2025-ci il tarixli, *** nömrəli ekspert rəyindən görünür ki, Hüseynov İlham Həbulla oğlunun bədəninin çənə nahiyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqları bərk küt əşya təsirindən müayinədən bir günə qədər əvvəl törəndiyi aid olduğu qərarın təsviri hissəsində göstərilən ##.##.2025-ci il tarixdə və şəraitdə həm əmələ gələ bilərdi və həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Vətəndaş İ.H.Hüseynovun almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyələrində yerləşmələrini nəzərə alaraq demək olar ki, həm şəxsin özü tərəfindən və həm digər şəxs tərəfindən yetirilməsi mümkündür. İş materiallarında olan inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdə Qızıldaş qəsəbəsi, *** saylı tam orta məktəbdə direktor müavini Hüseynov İlham Həbulla oğlunu döymüşdür. Bununla da o, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Hüseynov İlham Həbulla oğlunun müraciətilərinə dair toplanmış materialda Azərbaycan Respublikasının CM-nin müvafiq maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işi başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Beləliklə, verilmiş apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsi döyməməsi qeyd edilsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni zərərçəkmiş şəxsin, şahidlərin izahatları, ekspertiza rəyi və digər iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə müəyyən edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə, qanunun sadalanan tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar