Məhkəmə qərarları › İş №3(3-6)-1114/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1114/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1114/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Protokolu tərtib edən orqan, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vəzifəli şəxs olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli və **(*- **)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilməməmişdir. Bu fakt mənzillərin satışının dayandırılmaması, siyahıya alınma ilə bağlı düzgün məlumatların verilməməsi ilə təsdiq edilir. Göstərilənlərə əsasən, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vəzifəli şəxs olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTKnın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov tələbkarın nümayəndəsi Nazim Seyidovla birlikdə icra hərəkətləri aparmaq üçün iki dəfə xxxxMTK-nın ofisinə gəlmiş, sonuncu gəlişi ##.##.2026cı ıl tarixdə olmuşdur. S.Bağırov sonuncu gəlişi zamanı MTK-ya satışın qadağan edilməsinə baxmayaraq “xxxx” sosial şəbəkəsində MTK-nın mənzil satışlarının davam etməsini iddia etmişdir və şirkətin nümayəndələrindən məsələ ilə bağlı izahatlar almağa başlamışdır. Şirkət təmsilçiləri ona mənzil satışının məhkəmə qərardadına əsasən dayandırıldığından xəbərdar olduqlarını və belə bir halın olmadığını bildirmişlər. Böyük icra məmuru S.Bağırov şirkətdə mənzil satışı barədə fakt aşkarlamadığına baxmayaraq, MTK-dan məhkəmə qərardadı çıxarılanadək mənzil alan şəxslərin oz mənzillərini satmaları halında MTK-ya müraciət edərək mənzil müqavilələrinin addan-ada keçirilməsi əməliyyatı aparılmasına irad tutmuş, bunu qadağan etdiyini demişdir. Halbuki, Bakı Kommersiya Məhkəməsinin qərardadında konkret olaraq Kooperativ üzvlərinin (mənzil sahiblərinin) oz mənzil paylarının satmasına qadağa qoyulmamış və yalnız Kooperativin satışına qadağa qoyulmuşdur. Qeyd olunmalıdır ki, MTK tərəfindən hazıradək Zərərçəkmiş şəxs icraçı direktoru olduğu müddətə 626 mənzilin satışı həyata keçirilmişdir ki, qeyd olunan satışlarla bağlı siyahı da Qaradağ rayon İcra şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-1-ci maddəsində kooperativ üzvlərinin pay haqları və kooperativin pay fonduna dair müddəalar öz əksini tapmışdır. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110-cu maddəsində mənzil tikinti kooperativlərində üzvlüyə dair hüquqi normalar öz əksini tapmışdır. Qeyd olunan hüquqi normalarda kooperativə üzv qəbul olunan şəxslərin paya malik olmaq və həmin paydan başqasının xeyrinə imtina etməsinə dair hüquqi müddəalar öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbiri barəsində qərardadı çıxmamışdan əvvəl MTK-da pay hüququna malik olmuş payçıların sonradan həmin paydan başqa şəxsin xeyrinə imtina etmələri Mənzil Tikinti Kooperativinin hesabına əlavə ödənişin edilməsi ilə nəticələnmir və MTK-nın pay haqqına malik olan üzvlərinin Mülki Məcəllənin sahiblik və istifadə hüquqularının həyata keçirilməsi ilə bağlı müddəları ilə bağlıdır ki, qeyd olunan hüquqların Qaradağ Rayon İcra şöbəsi tərəfindən məhdudlaşdırılması yolverilməzdir. Yəni Bakı Kommersiya Məhkəməsinin məlum qərardadı çıxarıldıqdan sonra MTK tərəfindən yeni mənzillərin alqı-satqısı həyata keçirilməmiş, kooperativdə pay sahibi olan şəxslərin öz iradələrinə əsasən onların paylarından 3-cü şəxslərin xeyrinə imtina olunması ilə bağlı sənədləşmə işləri aparılmışdır ki, bu da alqı-satqı hesab oluna bilməz. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadı çıxarıldıqdan sonra “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzil və qeyri-yaşayış sahələrinin satışının həyata keçirilmədiyini, “xxxx” MTK-nın əvvəlki icraçı direktoru tələbkar Zərərçəkmiş şəxs tərəfindən təsdiq olunmuş ## ##### 2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi mənzilin ilkin mülkiyyətçi olan Nəcəfov İlham Hidayət oğluna satılmasının öz təsdiqini tapdığını, “xxxx” MTK və payçı Soltanova İradə Hətəm qızı arasında “yaşayış kompleksində mənzilin alqı-satqısına dair” ##.##.2026-cı il tarixli müqavilənin isə payçının öz payından imtina etməsi formasında həmin mənzilin mülkiyyətçisi olan satıcı Nəcəfov İlham Hidayət oğlu tərəfindən alıcı Soltanova İradə Hatəm qızına satıldığını, habelə müqavilənin “xxxx” MTK tərəfindən təsdiq edilməsi zərurəti ilə əlaqədar olaraq həmin müqavilədə “xxxx” MTK-nın tərəf qismində göstərildiyini, lakin mənzilin satışından xxxx” MTK-nın hər hansı gəlir əldə etmədiyini, həmçinin icra məmuru tərəfindən MTK-dan məhkəmə qərardadı çıxarılanadək mənzil alan şəxslərin öz payından imtina etməsi formasında mənzillərini satmaları ilə əlaqədar ilkin müqavilələr tələb olunduğu zaman həmin müqavilələrlə tanış olunmasına şərait yardılsa da, icra sənədində müqavilələrin icra məmuru tərəfindən götürülməsi nəzərdə tutulmadığından onların MTK-da saxlanıldığını qeyd edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən tələbkar Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu məhkəmə tərəfindən qadağan olunmasına baxmayaraq, mənzillərin satışına davam etdiyini və mənzillərin siyahıya alınması üçün zəruri olan sənədləri təqdim etməkdən imtina etdiyini, belə ki, onun özünün icraçı direktor olduğu ## ###### 2025-ci il tarixədək olan siyahıya əsasən 626 mənzilin satışının həyata keçirildiyini, lakin sonradan “xxxx” MTK tərəfindən təqdim olunmuş siyahıya əsasən 671 mənzilin satılmasının məlum olduğunu, bununla da 45 mənzilin məhkəmə qərardadından əvvəl və ya sonra satılmasının müəyyən olunması ilə əlaqədar müqavilələrin “xxxx” MTKnın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu tərəfindən təqdim olunmadığını, həmçinin “xxxx” MTK və payçı Soltanova İradə Hətəm qızı arasında “yaşayış kompleksində mənzilin alğı-satqısına dair” ##.##.2026-cı il tarixli müqavilə ilə payçının öz payından imtina etməsi formasında həmin mənzilin mülkiyyətçisi olan satıcı Nəcəfov İlham Hidayət oğlu tərəfindən alıcı Soltanova İradə Hatəm qızına satılması prosedurunun formal olmaqla həmin mənzilin məhz “xxxx” MTK tərəfindən satılaraq gəlir əldə olunduğunu qeyd etdi. Apellyasiya baxışı zamanı iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Protokolu tərtib edən orqan protokolu müdafiə edərək müvafiq məhkəmə qərardadının çıxarılmasından sonra “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu tərəfindən təkrar alqı-satqı müqavilələrinin bağlanmasının müəyyən edilməsi və Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)- **/**** saylı, ##.##.2026-ci il tarixli və **(*-**)-**/**** saylı ,##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlundan MTK-dan məhkəmə qərardadı çıxarılanadək mənzil alan şəxslərin öz payından imtina etməsi formasında mənzillərini satmaları ilə əlaqədar ilkin müqavilələrin təqdim edilmədiyindən barəsində əsaslı olaraq protokolun tərtib edildiyini, lakin hazırda təqdim edilmiş müqavilələrə və sənədlərə əsasən “xxxx” MTK tərəfindən hər hansı alqı-satqının aparılmasının müəyyən olunmadığını qeyd etdi. Apellyasiya baxışı zamanı iştirak edən şahid Soltanova İradə Hatəm qızı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksinin Giriş 2, (ümumi 12ci mərtəbə), yayışın 9-cu mərtəbəsi, 2 otaqlı (2A), 100.60 kv.m, 83.20 kv.m sahəsi olan “66” saylın mənzilin alqı-satqı müqaviləsi barədə məlumatsız olduğunu, həmin mənzilin alınmasına dair müqavilənin bağlanmasında etirbanamə üzrə nümayəndə qismində həyat yoldaşı şahid2 iştirak etdiyini qeyd etdi. Apellyasiya baxışı zamanı iştirak edən şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksinin Giriş 2, (ümumi 12-ci mərtəbə), yayışın 9-cu mərtəbəsi, 2 otaqlı (2A), 100.60 kv.m, 83.20 kv.m sahəsi olan “66” saylın mənzilin alqı-satqı müqaviləsi əsasında məhz satıcı Nəcəfov İlham Hidayət oğlundan aldığını, həmin mənzillə əlaqədar Nəcəfov İlham Hidayət oğlu ilə aralarında barter qaydasında əvəzləşdirmənin həyata keçirildiyini, “xxxx” MTK-nın bundan hər hansı gəlir əldə etmədiyini qeyd etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakıçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vəzifəli şəxs olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməli, “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun barəsində ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin **(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindıki binalarda mənzilərin və qeyri-yaşayış sahələrinin satışı xxxx MTK-nın sədri və satış hüququna malik olan digər şəxslərə 1 ay müddətinə qadağan edilməsi və satılmış mənzillərin və qeyri-yaşayış sahələri 1 ay müddətinə siyahıya alınması qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Kommersiya Məhkəməsinin e-16(4- **)-**/**** saylı ##.##.2026-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan- Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzilərin və qeyri-yaşayış sahələrinin satışı xxxx MTK-nın sədri və satış hüququna malik olan digər şəxslərə qadağan edilməsi və satılmış mənzillərin və qeyri yaşayış sahələrinin siyahıya alınması qət edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Kommersiya e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli və **(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli icra vərəqələri ilə qoyulmuş qadağalara məhəl qoymadan mənzillərin satışına davam etmiş və həmin icra sənədində qeyd olunan siyahını təqrtib olunması üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etmişdir. Məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsi barədə isə bəhanə uyduraraq texniki səhv olduğunu qeyd etmişdir. Məhkəmə bu halı onun özünü müdafiəsi kimi qiymətləndirir və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması kimi nəzərə alır. Apellyasiya instansiya məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi qənaətinə gəlinmişdir. Belə ki, qərardan göründüyü kimi məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu tərəfindən Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-ci il tarixli və **(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi qənaətinə gələrkən sözügedən icra sənədlərinə əsasən Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzilərin və qeyri-yaşayış sahələrinin satışı xxxx MTK-nın sədri və satış hüququna malik olan digər şəxslərə qadağan edilməsi və satılmış mənzillərin və qeyri yaşayış sahələrinin siyahıya alınması öhdəliyi müəyyən edildiyi halda, iş materiallarında “xxxx” MTK və payçı Soltanova İradə Hətəm qızı arasında “yaşayış kompleksində mənzilin alqı-satqısına dair” ##.##.2026-cı il tarixli müqavilənin mövcud olmasını nəzərə almış və həmin halı müvafiq öhdəliyin pozulması kimi qiymətləndirmişdir. Bununla belə, məhkəmə qeyd edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar inzibati xəta haqqında işin araşdırılması zamanı “xxxx” MTK-nın icraçı direktoru tərəfindən rəsmi qaydada imzalanmış ## ##### 2025-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksinin Giriş 2, (ümumi 12-ci mərtəbə), yayışın 9-cu mərtəbəsi, 2 otaqlı (2A), 100.60 kv.m, 83.20 kv.m sahəsi olan “66” saylın mənzilin dəyəri tam ödənilməklə Nəcəfov İlham Hidayət oğluna satılması, yəni “xxxx” MTK və payçı Soltanova İradə Hətəm qızı arasında “yaşayış kompleksində mənzilin alqısatqısına dair” ##.##.2026-cı il tarixli müqavilənin mövcud olmasına baxmayaraq həmin tarixdə qeyd olunan mənzilin mülkiyyətçisinin Nəcəfov İlham Hidayət oğlu olmaqla “xxxx” MTK-nın icraçı direktoru tərəfindən hər hansı alqı-satqı əməliyyatının aparılmaması müəyyən olunmuşdur. Həmçinin iş materiallarında əlavə edilərək məhkəmə tərəfindən tədqiq olunmuş Nəcəfov İlham Hidayət oğlu və X2 tərəfindən imzalanan ##.##.2026-cı il tarixli müqavilədən imtina edilməsinə dair ərizədən də göründüyü kimi, həmin şəxslər “xxxx” MTK ilə bağlanmış ##.##.2025-ci il tarixli, **-*-**** nömrəli müqavilədə qeyd olunmuş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksinin Giriş 2, (ümumi 12-ci mərtəbə), yayışın 9-cu mərtəbəsi, 2 otaqlı (2A), 100.60 kv.m, 83.20 kv.m sahəsi olan “66” saylın mənzilin alq-satqı müqaviləsindən imtina etdiklərini təsdiq etmişlər ki, bu da öz növbəsində mübahisə predmeti olan müqavilənin Nəcəfov İlham Hidayət oğlunun öz payından imtina etməsi müqavilə olmaqla “xxxx” MTK-nın icraçı direktorunun inzibati məsuliyyətini istisna edir. Məhkəmə həmin qənaətə gələrkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və onun təqsirsiz olmasına dəlalət edən sənədlərlə müəyyən olunmuş xüsusatların təsdiq və ya təkzibi baxımından məhkəmədə şahid qismindən dindirilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksinin Giriş 2, (ümumi 12ci mərtəbə), yayışın 9-cu mərtəbəsi, 2 otaqlı (2A), 100.60 kv.m, 83.20 kv.m sahəsi olan “66” saylın mənzilin alıcısı qismində iştirak etmiş Soltanova İradə Hatəm qızının etirbarnamə üzrə nümayəndəsi şahid2 həmin mənzilin alqı-satqısı müqaviləsinin məhz satıcı Nəcəfov İlham Hidayət oğlu ilə bağlaması və mənzilin Nəcəfov İlham Hidayət oğlu ilə aralarında olan borc məsələsi ilə əlaqədar əvəzləşdirildiyi barədə qeyd etdiklərini də nəzərə alaraq hesab edir ki, “xxxx” MTK-nın icraçı direktoru tərəfindən Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı, ##.##.2026-ci il tarixli və **(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədlərinin tələbi pozulmaqla hər hansı alqı-satqı əməliyyatı aparılmamış, həmçinin onun tərəfindən inzibati xətanın törədilməsi faktını təsdiq edən əsaslı sübut müəyyən olunmamışdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vəzifəli şəxs olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ləğv edilməli, “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun barəsində ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vəzifəli şəxs olaraq 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. “xxxx” MTK-nın icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İman oğlunun barəsində ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar