Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1115/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin İcra məmuru, Nümayəndə və X5, Zərərçəkmiş şəxs (tələbkar) Maraqlı şəxs (üçüncü şəxs), Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızının iştirakları ilə, ## ###### 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN *******, subay, Baki Şəhəri, Suraxani Rayonu, Bülbülə Qəsəbəsi, X4, Ev 77/7 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Maraqlı şəxs (üçüncü şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ## ##### 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhər Suraxanı Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Maraqlı şəxs (üçüncü şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, ilk dəfə humanist yanaşma göstərirək bağışlamış, növbəti dəfə məhkəmə tərəfində 500 manat məbləğində xərimə edilmişdir. Buna baxmayaraq borclu yenə də məhkəmə qərarını icra etmir, görüşlərə bilərək mane olur, əlaqə vasitələrini bloklayır və müxtəlif bəhanələrlə övladlarını görüşə gətirmir. Bundan başqa şikayətindən sonra icra məmurunu dəyişdirilmişdir. Yeni icra məmuru icra sənədini qanunsuz olaraq geri qaytarmış, lakin onun şikayəti əsasında məhkəmə tərəfindən yenidən bərpa edilmişdir. Borclu icradan yayındığı üçün onun barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Maraqlı şəxs (üçüncü şəxs) apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, qərar 2025-ci ildən qəbul edilibdir, qərar çıxandan uşaqları ilə ünsiyyəti demək olar ki olmayıbdır. Əvvəllər icra məmuru Rövşən müəllimin icraatında olmuşdur. İki dəfə məhkəmə keçirilmişdir. Bir dəfə bağışladı, ikinci dəfə cərimə edilmişdir, üçüncü dəfə bu işdir. O öhdəliyinə düşən aliment ödəyirsə, qarşı tərəfdə borcudur ki, qərarı icra edərək ünsiyyət qurmasına mane olmasın. Artıq üç aydır ki, uşaqları görmür. Həftədə bir dəfə uşaqların qeydiyyatda olduğu poliklinikaya gedir, həkim deyir ki göndərişi dördüncü günə verir, tərəf isə israrla uşaqları 6-cı gün aparır. Qarşı tərəf bunu qəsdən edir ki, uşaqları görüşə gətirməsin. Uşaqaları görüşə gətirməmək üçün hər həftə qan analizinə aparırlar. Uşaqların heç nəyə allergiyası yoxdur. Bundan başqa, borclu uşaqları icra şöbəsində görüşdürmək istəyir. Orda kamera yoxdur. Bir dəfə də şikayət edib, onu cərimə etmişlər. Uşaqlarını görüşə gətirəndə maşından düşmürlər ki, ona şər atsınlar. Qarşı tərəf bir dəfə cərimələndi, ondan sonra mütəmadi uşaqlarla görüşdü. Cərimələnməsə uşaqları görüşə gətimir. Məhkəmədən verilmiş şikayəti təmin edilib, borclu barəsində cərimə cəzasının tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, uşaqlarının ikisidə xəstədir. Uşağın vəziyyəti pis olduğundan təcili yardım çağırmışlar. Qarşı tərəf həkimləri qorxudur. O uşaqların yanında olmalıdır, lakin hər gün məhkəmədədir. Uşaqlarını gətirəndə dərmanlarıda aparır. Münaqişəni Elmur başlayır, onu təhqir edir. Onu tutsalar, uşaqlar başsız qalacaqdır. Qanunsuz heçnə etmir. Uşaq xəstə olmuşdur. Qarşı tərəf kabinetdə uşaqla görüş təşkil etmək istəmişdir, o isə uşaqları icra şöbəsinə aparır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru Nümayəndə tərtib etdiyi prokotolu müdafiə edərək bildirdi ki, üç dəfə görüş təmin etmiş, icra şöbəsində görüş olmuşdur. Bununla bağlı akt tərtib edilmişdir, üçüncü görüşdə tərəflər arasında mübahisə olmuşdur. Mübahisənin sakitləşmək məqsədi ilə polis əməkdaşları idarəyə çağırılmışdır. Xanım uşağı icra şöbəsində görüşə gətirir. Lakin qarşı tərəf başqa yerdə görüş təyin edir. Görüş yeri icra şöbəsi deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən icra məmuru X5 bildirdi ki, hər iki tərəfi icra şöbəsinə dəvət edəndə gördü ki, yer müəyyən edilməsində aralarında mübahisə var. Xanıma da başqa ictimai yerlər təklif etmişdi, lakin icra şöbəsində görüşdürmək istəmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, iş materiallarında olan Bakı şəhər Suraxanı Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra vərəqəsinə əsasən Maraqlı şəxs (üçüncü şəxs) ##.##.2025-ci il təvəllüdlü X2 və X3 ilə həftədə bir dəfə, hər hərftənin şənbə günü saat 13:00-dan 15:00-dək uşaqların anası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə ünsiyyətdə olmasının müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlama haqqında ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, ## ### 2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. İş materiallarında olan icra məmurları Nümayəndə, Ə.Eminov və R.Maqsudov tərəfindən ##.##.2026-ci il tarixində tərtib olunmuş aktdan görünür ki, ##.##.2026-cı il tarixdə keçirilən icra hərəkətləri nəticəsində Maraqlı şəxs (üçüncü şəxs) və onun keçmiş həyat yoldaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə görüşün ilk bir saatı normal keçməsinə baxmayaraq bir saatdan sonra tərəflər arasında bir birlərinə qarşı təhqiramiz ifadələri ucadan işlədən zaman azyaşlılar bərk ağlamağa başladılar. Bu səbəbdən tərəflərlə şöbənin əməkdaşları ilə birlikdə profilaktik söhbətlər aparılsa da tərəflər qeyri-etik küçə söyüşlərindən istifadə edərək bir birlərini təhqir etməyə və şöbənin iş rejimini pozmağa davam edirdilər. Yaranmış zərurətlə əlaqədar icra məmuru tərəfindən 31-ci PolisBölməsinə müraciət edilmiş polis naryadı şöbəyə gələrək tərəfləri şöbədən kənarlaşdırmışdır. İş materiallarında olan icra məmurları Nümayəndə və Ə.Eminov tərəfindən ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində tərtib olunmuş aktdan görünür ki, icra vərəqəsi üzrə uşaqların 10 və ## ###### 2026-cı il tarixlərinə tələbkarla görüşləri təmin edilmişdir. İş materiallarında olan Təcili və X9 Mərkəzi “PHŞ” həkimin Xəbərdarlıq vərəqəsi çıxarışından görünür ki, ## #### 2026-cı il tarixdə xəstə X2 həkim müayinəsində olmuş, onun qızdırması 38 dərəcə müəyyən edilmiş, “Novokain” və digər iynə-dərmanların tətbiq edilməsi ilə müalicə tədbiri kimi qeyd edilmiş, evdə həkim müşahidəsində olması tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, Bakı şəhər Suraxanı Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra sənədinə əsasən hal-hazırda qeyd olunan pozuntunun borclu ilə əlaqəsi mövcud deyildir. Tərəflərin izahatından müəyyən olunur ki, təşkil olunan görüşlərə borclu uşaqları gətirir, həmin görüşlərdə uşaq ata ilə sərbəst şəkildə görüşür, sırf borclu tərəfindən hərhansı maneə yaradılmır. İcra məmuru görüşlərin iş günlərində təşkil edilməsini təklif etmişdir. Tələbkar isə razılaşmamışdır. Borclunun görüşlərin keçirilməməsində hər hansı qərəzliyi müəyyən edilməmişdir. Bundan əlavə bildirir ki, uşaqları görüşə gətirməməsi qəsdən olmayıb, icra məmuru tərəfindən icra vərəqəsi geri qaytarılmışdır. Ondan sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə icra məmurunun qərarı ləğv olunmuşdur və yenidən icraya göndərilmişdir. Yenidən icra məmurunun icraatına daxil olduqdan sonra görüş təyin olunmuş, borclu uşaqların həkimin təyinatı ilə həkimlərin müayinəsinə aparmış, ondan sonra uşaqlardan biri xəstələnmiş, hətta təcili tibbi yardım çağırılmış, uşağın hərarəti yüksək olmuş, bu barədə təcili-tibbi yardım tərtib etdiyi sənədləri də təqdim etmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhər Suraxanı Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-**(***)-***/**** nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin hakimin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində halhazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən olunur ki, tərəfləri arasında mübahisələrdən biri uşaqların atası ilə görüş zamanı yerinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Borclu uşaqların atası ilə görüşməsi üçün icra şöbəsinə gətirir, qarşı tərəf isə uşaqları ilə başqa yerdə görüşün təşkil etməsini tələb edir. Daha əvvəl icra şöbəsində təşkil olunan görüşlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uşaqlarının ataları Maraqlı şəxs (üçüncü şəxs) ilə görüşüb ünsiyyət quması üçün şərait yaradaraq icra şöbəsinə gətirilməsini təmin etmişdir. Bu fakt izahatlardan başqa, iş materiallarına əlavə edilmiş aktlarla da sübuta yetirilir. Borclunun görüşlərin keçirilməməsində hər hansı qərəzliyi müəyyən edilməmişdir. Bundan əlavə, uşaqları görüşə gətirməməsi qəsdən olmayıb, icra məmuru tərəfindən icra vərəqəsi geri qaytarılmışdır. Ondan sonra Suraxanı Rayon Məhkəməsinin qərarı ilə icra məmurunun qərarı ləğv olunmuşdur və yenidən icraya göndərilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə birinci instansiya məhkəməsinin yekun gənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Maraqlı şəxs (üçüncü şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Əməlində inzibati xəta tərkibi olmadığına görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1115/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1115/2026
21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver