Məhkəmə qərarları › İş №3(3-6)-1116/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1116/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1116/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Allahverdi Islam oğlunun iştirakları ilə, ## ###### 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FIN: *******, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Mehdiyev Allahverdi Islam oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Allahverdi Islam oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Suraxanı rayon Icra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Mehdiyev Allahverdi Islam oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, Mehdiyev Allahverdi Islam oğlunun inzibati həbs müddətinin başlanğıcının qərarın elan olunduğu ## ##### 2026-cı il tarixdən, saat 14:50-dən hesablanması, qərarın dərhal icra edilməsi, qərarın icrasının Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinə və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Allahverdi Islam oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında ailə vəziyyəti "subay" kimi qeyd olunsa da, mən faktiki nikahda olan ailə başçısıdır. Həmçinin, yaşlı və xəstə valideynləri tamamilə onun himayəsindədir. Məhkəmə tərəfindən himayəsində olan şəxslərin varlığı və onun ailədə tək çörəkpulu gətirən şəxs olmağı nəzərə alınmamışdır. Onun 15 (on beş) gün müddətinə cəmiyyətdən təcrid olunmağı himayəsində olan şəxslərin maddi və mənəvi durumunu ağır təhlükə altına qoyur. O , fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Icra sənədi üzrə öhdəliklərindən heç vaxt yayınmamışdır. Əksinə, gəliri məhdud olsa da, hər ay müəyyən edilmiş cari ödənişlərdən əlavə, borcunun əsas hissəsinin sürətlə bağlanması üçün aylıq azı 200 (iki yüz) AZN artıq ödənişlər etmişdir. Bu, onun icra qərarına hörmətlə yanaşdığını və borcu ödəmək niyyətində olduğunu sübut edən aşkar faktdır. Inzibati həbs onun yeganə qazanc yeri olan taksi fəaliyyətini dayandıracaq və nəticədə borcun ödənilməsi tamamilə qeyri-mümkün olacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən onun barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Allahverdi Islam oğlu verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı rayon Icra Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə icra məmurunun nümayəndəsinin və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçını dinləyib, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Mehdiyev Allahverdi Islam oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinə dair icra vərəqəsinə əsasən cavabdeh Mehdiyev Allahverdi Islam oğlundan ## ##### 2023-cü il təvəllüdlü Mehdiyev islam Allahverdi oğlunun ## ###### 2023-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı X3 xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Icraata başlamaq haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinə dair icra vərəqəsi üzrə Suraxanı rayon Icra Şöbəsində icraata başlanılmış, borclu Mehdiyev Allahverdi Islam oğluna icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Bakı şəhəri Suraxanı rayon Icra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən tələbin könüllü icrası haqqında ## #### 2024-cü il tarixli bildirişdən görünür ki, ## #### 2024-cü il tarixli qərara əsasən Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Mehdiyev Allahverdi Islam oğlundan xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81- ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Mehdiyev Allahverdi Islam oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Mehdiyev Allahverdi Islam oğlu bundan əvvəl ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmçinin o, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında qeyd olunan əməlin hər ikisini törətmişdir. Belə ki, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə aliment borcunu tam ödəməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Mehdiyev Allahverdi Islam oğlunun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mehdiyev Allahverdi Islam oğlunun təqsiri sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Mehdiyev Allahverdi Islam oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasında qeyd olunan “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsi...” özlüyündə inzibati xəta tərkibi yaratmış olur. Belə olan halda, Mehdiyev Allahverdi Islam oğlu tərəfindən bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi inzibati məsuliyyətə səbəb olmuşdur. Iş materialları ilə müəyyən olunur ki, Mehdiyev Allahverdi Islam oğlu ## #### 2024-cü il tarixli icraata başlamaq haqqında qərardan məlumatlı olmuş, buna baxmayaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli icra vərəqəsini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Mehdiyev Allahverdi Islam oğlu Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Mehdiyev Allahverdi Islam oğlunun təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Mehdiyev Allahverdi Islam oğlu tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə belə hesab edir ki, borclu Mehdiyev Allahverdi Islam oğlu məhkəmə qərarında göstərildiyi qaydada icranı tam təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bundan başqa, borclu şikayətinə münasibətdə bildirilir ki, Mehdiyev Allahverdi Islam oğlu tərəfindən borc məbləğindən əhəmiyyətli hissədə ödəniş olmamış, təyin edilmiş 220 manatı ödəsə də, yığılmış aliment borcu çox qalmışdır ki, şəxsin gəliri olmamasına istinad etməsi onun qanunla tutulmalı olan bordan azad olunması və bu borcu ödəməkdən yayınması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Mehdiyev Allahverdi Islam oğluna tənbeh tətbiq edərkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1, 12 və 31.2-ci maddələrinin tələblərinə riayət edərək, Mehdiyev Allahverdi Islam oğlunun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə qanuni, əsaslı və ədalətli tənbeh tədbiri tətbiq etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Mehdiyev Allahverdi Islam oğlunun icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı vətəndaşların məhkəmə sisteminə inamını azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, şikayətdə istinad edilən hallar şəxsin məsuliyyətdən azad edilməsi və ya məsuliyyətinin yüngülləşdirilməsi üçün yetərli olmadığınan şikayətin dəlilləri əsassız hesab edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Allahverdi Islam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Mehdiyev Allahverdi Islam oğlunun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mehdiyev Allahverdi Islam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar