Məhkəmə qərarları › İş №3(3-6)-1118/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1118/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1118/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası IXM-in 275.2-ci maddəsi ilə inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: X1 şikayət ərizəsi ilə müraciət edərək, X2 barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini Bakı şəhəri Xətai Rayon Məhkəməsindən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 275.2ci maddəsi ilə ## #### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında həmin protokolda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixdə Bakı səhəri, Xətai rayonu, Ağ şəhər y/s Retro Park y/k-nin 1-ci mərtəbəsində fəaliyyət göstərən “Champusıque” obyektinin fəaliyyəti zamanı havalandırma sistemindən ətraf mühitə yayılan səs-küy və vibrasiyanın normadan artıq olması aşkar edilmişdir. Lakin Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ##.##.2025-ci il qərarına əsasən Hüquqi şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, “Champusique” obyektinin yoxlanılması zamanı qanunun tələbləri pozulmuşdur. Belə ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində çıxış edən şəxs yoxlamada iştirak etməmiş, həmin şəxsin səlahiyyətlərini təsdiq edən hər hansı etibarnamə və ya sənəd materialların içərisində aşkar edilməmişdir. Həmin şəxs "xxxx" MMC-nin işçisi deyil. Habelə kim olduğu müəyyən deyil. Nəticə olaraq, yoxlama "xxxx" MMC-nin iştirakı olmadan keçirilmişdir. Bundan başqa yoxlamanın hansı aparatla keçirildiyi də bilinmir. Materiallarda şəkil, bununla bağlı hər hansı sənəd və ya sübut yoxdur. Digər məsələ təqdim edilən videogörüntüdə görünən çəkilişlə bağlıdır. Belə ki, video görüntüdən müəyyən etmək olmur ki, yoxlama həqiqətən “CHAMPUSIQUE” obyektində həyata keçirilmişdir. Obyektin ərazisi ümumiyyətlə görünmür. Odur ki, göstərilənlərə əsasən "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanunauyğun hesab edilir. Daha sonra, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli MN ******* nömrəli Qərarına əsasən eyni əsaslar üzrə "xxxx" MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tələbləri əsas götürülməklə 2500 (iki min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, məhkəmə qərarında da göstərildiyi kimi “Champusıque” obyektinin yoxlanılması zamanı qanunun tələbləri pozulmuşdur. Nümayəndə qismində çıxış edən şəxs kimi göstərilmiş şəxs yoxlamada iştirak etməmiş, həmin şəxsin səlahiyyətlərini təsdiq edən hər hansı etibarnamə və ya sənəd materialların içərisində aşkar edilməmişdir. Həmin şəxs "xxxx" MMC-nin işçisi deyil. Habelə kim olduğu müəyyən deyil. Nəticə olaraq, yoxlama "xxxx" MMC-nin iştirakı olmadan keçirilmişdir. Bundan başqa yoxlamanın hansı aparatla keçirildiyi də bilinmir. Materiallarda şəkil, bununla bağlı hər hansı sənəd və ya sübut yoxdur. Digər məsələ təqdim edilən videogörüntüdə görünən çəkilişlə bağlıdır. Belə ki, video görüntüdən müəyyən etmək olmur ki, yoxlama həqiqətən «Champusıque» obyektində həyata keçirilmişdir. Obyektin ərazisi ümumiyyətlə görünmür. Odur ki, göstərilənlərə əsasən "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qanunauyğun hesab edilir. Digər mühüm bir məqam budur ki, sözügedən inzibati xətanın "xxxx" MMC-i tərəfindən törədilməsinə dair Xətai Rayon Məhkəməsi ##.##.2025-ci il qərarı qərar qəbul etmiş və qərara alınmışdır ki, inzibati xətanın mövcudluğu sübuta yetirilmədiyi üçün inzibati icraata xitam verilməlidir. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya məhkəməsi tərəfindən də Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Beləliklə, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən həmin inzibati xətaya səbəb ola biləcək əməlin mövcud olmadığı barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməsi, X1 Azərbaycan Respublikası IXM-nin 275.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və ## ###### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı səhəri, Xətai rayonu, Ağ şəhər y/s Retro Park y/k-nin 1-ci mərtəbəsində fəaliyyət göstərən “Champusıque” obyektinin fəaliyyəti zamanı ətrafa yayılan səs-key çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması müəyyən edilmişdir. Bu səbəbdən "xxxx" MMC-nin direktoru X1 ## ###### 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 500 manat məbləğində cərimə edilmişdir. ##.##.2025-ci il tarixdə Bakı səhəri, Xətai rayonu, Ağ şəhər y/s Retro Park y/k-nin 1-ci mərtəbəsində fəaliyyət göstərən "Champusıque" obyektinin fəaliyyəti zamanı havalandırma sistemindən ətraf mühitə yayılan səs-küy və vibrasiyanın normadan artıq olması aşkar edilmiş, nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi əsas gətirilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə ## #### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərardan Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, X1 tərəfindən Azərbaycan Respublikasının IXM-nin 275.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- ****/**** saylı ##.##.2025-ci il tarixli qərarından da görünür ki, hüquqi şəxs barəsində eyni fakt üzrə inzibati tənbeh tətbiq edilməsinə dair səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokol üzrə icraata xitam verilmiş, həmin qərar yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Hazırda eyni fakt üzrə hüquqi şəxsin direktoru olan vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 barəsində Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxslərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi X1 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq X1 barəsində Inzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və X1 Azərbaycan Respublikası IXM-in 275.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar