Məhkəmə qərarları › İş №3(3-6)-1119/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1119/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1119/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi : Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarına əsasən Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 İdarəsinə göndərilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026ci il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib (qərar qəbul) etmiş səlahiyyətli orqanın üzərinə düşür. İşin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmişdir. İşin faktiki halları ondan ibarətdir ki, barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixində saat 12:25- radələriondə idarə etdiyi MercedesBenz C250 minik markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində X5rşısında olan dairəvi təşkil edilmiş yolayrıcında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq BMC markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusu vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı toplanmış sənədlərlə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi öz təsdiqini tapmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Bu hal toplanmış materiallar və inzibati xəta haqqında protokol ilə öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında protokol sübut xarakterli sənəd olmaqla, iş üzrə digər materiallarla birlikdə qiymətləndirilməlidir. Mövcud materiallar inzibati xətanın baş verməsini təsdiq etmək üçün kifayət etmişdir. Hakim isə əsassız olaraq sübutların yetərsiz olması qənaətinə gəlmişdir. Bundan başqa prosessual pozuntu ilə bağlı hakimin mövqeyinə əsassızdır. Hakimin qərarında göstərilən prosessual pozuntular işin mahiyyətinə təsir edən hallar deyildir və inzibati xəta faktını aradan qaldırmır. İnzibati xəta haqqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinə riayət edilmiş, şəxsə izahat vermək imkanı yaradılmışdır. İş üzrə toplanmış sübutlar inzibati xətanın mövcudluğunu təsdiq edir və əlavə sübutların olmaması inzibati məsuliyyəti istisna etmir. Hesab edirik ki, hakim tərəfindən qəbul edilmiş qərar əsassızdır və işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Belə ki, inzibati araşdırma zamanı hadisə üzrə tərəflərin izahatları alınmış, hadisə yerinin sxemi tərtib edilmiş, müşahidə kameralarının videogörüntülərinə baxış keçirilmişdir. Toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi ilə təhlükəli manevr etmiş və yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Beləliklə də hesab edirik ki, kobud prosessual pozuntularla qəbul edilmiş qanunsuz və əsassız Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli iş 3(5-101 )-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi inzibati xətanın törədilməsini əks etdirən video görüntüləri təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026ci il tarixli qərarı ləğv olunmalı və Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməli, yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə göndərilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, iş matreiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixində saat 12:25-də idarə etdiyi ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində X5rşısında olan dairəvi təşkil edilmiş yolayrıcında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq BMC markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtobusu vuraraq yol-nəqliyyat hadisəsi törədəərk Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi vardır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbləri aşkar şəkildə pozulmuşdur. Qeyd olunan hallar iş materiallarına əlavə edilmiş video görüntü ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 göndərilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026ci il tarixli qərarı ləğv edilməli, verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X1 İdarəsinə göndərilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilməsinə dair Bakı şəhər X1 İdarəsinin inzibati tənbeh vermə haqqında ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar