Məhkəmə qərarları › İş №3(3-6)-1120/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1120/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1120/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin MN № ******* saylı nömrəli, ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1986ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, “xxxx” MMC-nin direktoru) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsili bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə öz qərarını əsaslandırmaq üçün işçi Zərərçəkmiş şəxs iş saatlarına dair mübahisə predmetindən kənara çıxaraq, işəgötürənin ##.##.2024-cü il tarixli, ***-**/K saylı əmrini mübahisələndirmişdir. Məhkəmə nümayəndənin verdiyi izahatı öz qərarında tamamilə səhv göstərək, işçi Zərərçəkmiş şəxsla bağlı yükboşaltmanı fiziki formada qeyd etmiş, halbuki, nümayəndə, məhkəmə prosesinin gedişində həmin işin fiziki formada görülməsi kimi yox, işçi tərəfindən yük qaldırıcı kranlar vasitəsilə həyata keçirilməsi, həmin kranlarda nasazlıqlar və s. yaranarsa, müdaxiləsini nəzərdə tutmuşdur. (Avadanlıq, dəzgahlar, texniki qurğularda texniki nasazlıqların aradan qaldırılması). Məhkəmə öz qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini səlahiyyətlərinə aid olan məsələni (Əmək Məcəlləsinin müvafiq maddəsinin şərh olunması) öz səlahiyyətlərinə aid olmadığı təqdirdə, normanın hansı formada şərh edilməli olduğu zərurətini bildirmişdir. Hesab edirlər ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* saylı ##.##.2025-ci il tarixli protokol və bunun nəticəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və qərəzli şəkildə qəbul edilmişdir. “xxxx” MMC-nin sabiq işçisi olmuş Zərərçəkmiş şəxs, ##.##.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə bağlı qərəzli olaraq əsassız şikayət ünvanlamışdır. Həmin şikayətlə bağlı araşdırma aparan X2 Xidmətinin Bakı şəhər İdarəsi fərqli vaxtlarda “xxxx” MMC-dən adıçəkilən işçiyə aid zəruri olan bütün sənədləri tələb etmiş və tərəflərindən həmin sənədlər tam həcmdə təqdim olunmuşdur. Sözügedən sənədlərə nəzər yetirdikdə, işçi Zərərçəkmiş şəxs tabel uçot cədvəlləri, onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlər, işçilərə texniki təhlükəsizlik təlimatı qaydalarının izah edilməsinə dair və s. sənədlərin hər birinə nəzər salsaq, işəgötürən tərəfindən qanunvericiliyə zidd hər hansı hərəkət edilmədiyinin şahidi olunur. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul edən X2 Xidmətinin Bakı şəhər İdarəsi əsassız araşdırma apararaq hesab etmişdir ki, Zərərçəkmiş şəxs əmək müqaviləsində işə başlama vaxtı 09:00 göstərilsə də, 01,05.2025-ci il və ##.##.2025-ci il tarixlərdə 08:00-dan işə başlamış və 9 saat işləmişdir. Halbuki, qeyd olunan hal onun bəzi aylar və bəzi günlərdə işəgötürənin əmri əsasında istehsalat zərurəti ilə əlaqədar olaraq haqqı ödənilməklə əlavə işlərə cəlb edilməsindən ibarət olmuşdur. Əmək Məcəlləsi və həmçinin, onun kommentariyasında da, işçinin qanuni prosedur çərçivəsində iş vaxtından artıq əlavə iş saatlarına cəlb edilməsinə məhdudiyyət qoyulmamışdır. (Bu hal, işçinin turniket giriş-çıxış məlumatlarında da öz əksini tapmışdır). İşçinin razılığı olmadan iş vaxtından əlavə saatlara cəlb olunması ilə bağlı məsələyə münasibətdə bildirirlər ki, işçi heç də məcburi qaydada və ya onun iradəsinə zidd olaraq hər hansı əlavə iş saatlarına cəlb olunmamışdır. İşçi müəssisədə işlədiyi müddətdə heç bir vaxt bununla bağlı öz etirazını bildirməmiş və ya hər hansı aidiyyəti qurumlara şikayət ünvanlamamış, yalnız əmək müqaviləsinə xitam verildikdən sonra qərəzli olaraq cəfəngiyat xarakterli şikayət etmişdir. “xxxx” MMC ilə Zərərçəkmiş şəxs arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, ##.##.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və “5-ci dərəcəli tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, onunla bağılanmış əmək müqaviləsində iş və istirahət vaxtı üzrə həftə ərzində 40 saatdan çox olmayaraq işləməli olduğu, iş və istirahət vaxtının rejimi barədə (gün və saatlar göstərilməklə) və həmçinin, qanunvericiliyə uyğun digər müddəalar da öz əksini tapmışdır. Zərərçəkmiş şəxs qanunvericiliyə uyğun olaraq həftə ərzində 40 saatdan artıq olmamaq şərtilə “xxxx” MMC-də fəaliyyət göstərmiş, normal iş və istirahət rejiminə tərəflərindən riayət edilmişdir (6 günlük iş rejimində 5 gün 7 saat, 1 gün isə 5 saat olmaqla işləmişdir). Hesab edirlər ki, X2 Xidmətinin Bakı şəhər İdarəsinin sözügedən məsələ ilə bağlı da mövqeyi əsassız olmuşdur. Göründüyü kimi, məhkəməyə təqdim etdikləri sənədlərlə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyi və X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilərək məhkəməyə göndərilmiş protokolun və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin bununla bağlı verdiyi müvafiq qərarın tamamilə qanunsuz və əsassız olduğu öz təsdiqini tapır. Məhkəmə iclasının vaxtı və yeri barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və səlahiyyətli orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətdə normal əmək və istirahət rejiminə riayət edildiyi, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmamaqla Zərərçəkmiş şəxs iş vaxtından artıq işlərə cəlb edildiyi, buna əsas kimi müvafiq əmrin olduğu, həmçinin Zərərçəkmiş şəxs razılığının olduğu göstərilmişdir. İşdə olan ##.##.2024-cü il tarixli ***-**/K nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs Qiyas oğlunun razılığı ilə işlədiyi bütün müddət ərzində iş vaxtından artıq işə cəlb edilməsi əmr edilmişdir. Məhkəmə, birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, işçinin bütün fəaliyyəti dövründə əlavə işə cəlb edilməsi məzmununda əmr Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin və Əmək Məcəlləsinin 89-cu maddəsinin tələbləri ilə uzlaşmamışdır. Şikayətçi, Zərərçəkmiş şəxs razılığının olmasını isə müəssisədə işlədiyi müddətdə heç bir vaxt bununla bağlı öz etirazını bildirməməsi və ya hər hansı aidiyyəti qurumlara şikayət ünvanlamaması ilə izah etmişdir. Lakin, Zərərçəkmiş şəxs izahatından görünür ki, bu onun iradə ifadəsini ehtiva etməmiş, o, işdən çıxarılacağı səbəbindən əlavə işə cəlb edilməsi ilə bağlı etiraz edə bilməmişdir. Əmək Məcəlləsinin 99.1-ci maddəsi işçinin razılığını yazılı formada olması ilə bağlı imperativ şərt nəzərdə tutmasa da, bununla bağlı mübahisə olduqda razılığın olmasını sübut etmə öhdəliyi işəgötürənin üzərinə düşmüşdür. Birinci instansiya məhkəməsi razılığın real olub-olmamasını yoxlamış, hazırkı materiallardan belə razılığın olması sübuta yetirilməmişdir. Şikayətçinin, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələni həll etməsi yanaşması da doğru olmamışdır. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 99.1-ci maddəsinin məzmununun necə başa düşülməli olması barədə təfsiri əsaslı olmaqla ədalət mühakiməsinin prinsiplərinə cavab vermiş, hüquq normasını formal olaraq tətbiq etməmişdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar