Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1123/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 346-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verib, onun ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X2) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin qismən təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş materiallarının yenidən araşdırmanın aparılması üçün səlahiyyətli orqana göndərilməsi qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və qəbul etdiyi ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 15:33-də idarə etdiyi “KİA Sportage minik” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində yerləşən “20028” nömrəli parklanma ərazisində saxladığı halda, bundan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmamışdır. Bu fakt səlahiyyətli orqanın iş üzrə qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarına əlavə edilmiş fotoşəkillərlə sübut edilir. İş üzrə birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu halları nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın verdiyi şikayətə Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsində nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, səlahiyyətli orqanın verdiyi şikayətin dəlilində göstərilmiş məzmunda inzibati xəta törətmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilmiş inzibati xətanı törətməsi həmin qərara əlavə edilmiş fotoşəkillərlə və Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayətində etdiyi etirafı ilə sübut edildiyi halda, birinci instansiya məhkəməsinin bu sübutları və onlar əsasında müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaması düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə bu barədə nəticəyə gələrkən onu da nəzərə alır ki,: - iş üzrə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarı orada göstərilmiş tarix, vaxt və yerdə idarə etdiyi avtomobili saxladıqdan sonra parkomat tapa bilməməsi ilə əsaslandırdığı halda, buna zidd olaraq birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan fotoşəkillərlə Qərardan şikayət verən orqan (şəxs) avtomobili parklanma üçün nəzərdə tutulmuş yerdə saxlamasının müəyyən olunmasının mümkün olmaması ilə əsaslandırmışdır. - Bundan başqa, Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayətində idarə etdiyi avtomobili iş üzrə saxladığı yerdə əvvəllər də saxladığını göstərdiyi, deməli, əvvəllər idarə etdiyi avtomobili həmin yerdə saxladıqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatdığına görə inzibati məsuliyyətə cəlb edilmədiyi halda, iş üzrə saxladıqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmamasının səbəbini obyektiv və ağlabatan məzmunda göstərməmişdir. Beləliklə, iş üzrə səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni və əsaslı, sonuncunun verdiyi ilkin şikayət əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar isə qanunsuz və əsassızıdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməməli, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli, AYN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1123/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1123/2026
24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver