Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1125/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Məhkəmə iclas katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə başlanmış nzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti başa çatdığından xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Protokolu tərtib edən orqan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VOEN: **********) tərəfindən, Iran Islam Respublikasında yerləşən "Iran Milli Qaz şirkəti"nin ünvanına "təbii qaz"xxxxixrac edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli ************** saylı gömrük bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə "təbii qaz"xxxx"Iran Milli Qaz şirkəti"nin ünvanına 2024-cü ilin oktyabr ayında ixrac edildiyi bildirilmiş lakin, Dövlət Neft şirkətinin Qaz Ixrac Idarəsi tərəfindən gömrük bəyannaməsi gömrük orqanına vaxtında təqdim edilməmiş və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.N.Həsənova) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinmiş, lakin inzibati tənbeh vermə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır: “...Inzibati xəta hadisəsi hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (bir) il 04 (dörd) ay öncə, yəni 2024-cü ilin oktyabr ayında baş vermiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir...”. Qərardan, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, boru kəməri vasitəsilə yüklərin daşınmasını şirkət tərəfindən yükə qeydiyyat kodu verildikdən, bu barədə natamam və ya gömrük bəyannaməsi verildikdən sonra gömrük orqanı tərəfindən müəyyən etmək mümkün olur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən yükə dair qeydiyyat kodu ##.##.2025-ci il tarixində verildiyindən, törədilmiş qanun pozuntusu gömrük orqanı tərəfindən həmin tarixdə aşkar edilmişdir. Bu barədə inzibati xəta haqqında protokolda ətraflı məlumat qeyd edilsə də, həmçinin, yükün qeydiyyat tarixini təsdiq edən Dövlət Gömrük Komitəsinin VAIS informasiya resursundan çıxarış materiala əlavə edilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin məsələyə əhəmiyyət verilməyərək, Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd edilən müddət əsas götürülmüşdür. Inzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilmiş qanun pozuntusunu gömrük orqanı ##.##.2025-ci il tarixdə aşkar etmiş və həmin tarixi əsas götürərək Inzibati xəta haqqında Protokol tərtib etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsinin nümayəndəsi X2, şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə, hazırki iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə tədqiq edərək qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və Protokolu tərtib edən orqan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları və şikayətin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Bu əsnada, apellyasiya instansiyası məhkəməsi, şikayətin dəlillərinə münasibətdə, inzibati icraat üzrə toplanmış sənədləri qanunvericliyin tələblərinə uyğun hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokola əsasən, Dövlət Neft Şirkətinin Qaz Ixrac Idarəsinin törətdiyi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi üzrə inzibati tənbeh vermə müddəti keçməmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2018-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. Inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, uzanan və davam edən inzibati xətalar fərqli anlayışlar olmaqla, belə inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddətinin hesablanması digər inzibati xətalardan fərqlənir. Inzibati Xətalar Məcəlləsində uzanan inzibati xətalara görə məsuliyyətə cəlb edilmə müddətinin hesablanma qaydası müəyyənləşdirilsə də, uzanan və davam edən inzibati xətaların anlayışı verilməmişdir. Bununla yanaşı hüquq nəzəriyyəsində formalaşmış anlayışa əsasən, davam edən inzibati xəta zaman baxımından ara verməklə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid niyyətlə həyata keçirilməsidir. Inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 293.1-ci maddəsinə əsasən, gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir. Həmin Məcəllənin 293.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir: gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda; gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli *** saylı “Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 2.5-ci bəndinə əsasən, gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə təqdim etdiyi vaxtdan başlanır. Beləliklə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarının, Qanunvericiliyin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarının şərhləri ilə əlaqəli və müqayisəli təhlilindən belə məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən, Iran Islam Respublikasında yerləşən "Iran Milli Qaz şirkəti"nin ünvanına "təbii qaz"xxxx2024-cü ilin oktyabr ayından ixrac edilməsi ilə bağlı təqdim edilmiş ##.##.2025-ci il tarixli ************** saylı gömrük bəyannaməsi ilə aşkar olunmuş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta, törədilməsi ilə yanaşı uzanaraq müəyyən müddət ərzində fasiləsiz davam etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Odur ki, qeyd olunan xüsusatlara, qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarının müvafiq şərhlərinə əsasən, Protokolu tərtib edən orqan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol üzrə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilmiş gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati tənbehin verilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddətin keçmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı xüsusda və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına qanunla müəyyən olunmuş qaydada xitam verilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və tədqiq edilmiş sənədlərlə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Protokolu tərtib edən orqan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L D İ: Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin. Protokolu tərtib edən orqan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 490-cı maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1125/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1125/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver