Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1126/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə və həmin Məcəllənin 327.6 və 327.7-ci maddələri ilə əmələ qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon X1 Şöbəsinə göndərilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş ## ###### 2026-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 11 dekbar 2025-ci il tarixdə saat 07:30 radələrində idarə etdiyi “KIA Sorento minik” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı yolunda hərəkətdə olarkən piyada zolağı ilə yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməklə hadisə yerindən qaçmışdır. Nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300(üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan materialın əmələ qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon X1 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Bu səbəbdən, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarına əsasən, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə imzalanmış, ## ###### 2026-cı il tarixində poçt vasitəsilə rəsmi qaydada göndərilmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qərarın surəti icra edilməsi üçün ## #### 2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Lakin həmin qərardan apellyasiya şikayəti ## ##### 2026cı il tarixdə tərtib edilərək əlyazma şəklində imzalanmaqla apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, müddətin bərpasına dair ərizə (vəsatət) verilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarını məhz aldıqdan 10 gün müddətində apellyasiya şikayəti verməsini təsdiq edən hər hansı dəlil mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı, ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 130 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından verilmiş şikayət inzibati xəta haqqında materiallarla birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından şikayət veriləcəyi halda şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1126/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1126/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver