Məhkəmə qərarları › İş №3(3-6)-1127/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1127/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1127/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X sədrliyi, X katibliyi, Müdafiəçi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Orhan Tasdemirin iştirakı ilə, Orhan Tasdemirin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Icra Şöbəsindən daxil olmuş ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Orhan Tasdemir Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən 77.600 manat məbləğində pul vəsaitinin X3 ödənilməsinə dair məhkəmə qərarını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən zərərçəkmiş şəxs1 Vaqif oğluna 7.700 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair məhkəmə qərarını, ** saylı notariat ofisinin ##.##.2021-ci il tarixli icra qeydinə əsasən X1 23.800 manat məbləğində pul vəsaitini üzrsüz səbəbdən təkrarən icra etməmişdir. Bununla da Azərbaycan Respublikası IXMnin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Orhan Tasdemir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməsi, inzibati həbsin başlanğıcının ##.##.2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Orhan Tasdemirin müdafiəçisi X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Orhan Tasdemir icra sənədinin icrasından heç vaxt yayınmamış, əksinə müxtəlif vaxtlarda tələbkar zərərçəkmiş şəxs1 Vaqif oğluna ümumlikdə 1.500 manat, digər tələbkar X3 isə 5.000 manat pul ödəmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı Orhan Tasdemir icra şöbəsinə getdiyi zaman onun barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və məhkəmənin 3(5-101)- ****/**** nömrəli ##.##.2026-cl il tarixli qərarı ilə 500 manat cərimə növündə inzibati təndeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, Orhan Tasdemir yaşayış yerini dəyişərək ünvan 1 ünvanına köçmüşdür. Bu barədə o, icra şöbəsinə ##.##.2026-cı il tarixli arayış vermişdir. O, yaşayış yerinin dəyişdirilməsi barədə arayışı icra şöbəsinə təqdim edərək icra sənədini yaşayış yeri üzrə Səbail rayon Icra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Eyni zamanda Orhan Tasdemir tələbkarlara olan borcundan ödəniş etməsi üçün icra məmuruna həmin şəxslərin bank hesablarını istəmiş, lakin icra məmuru tələbkarların bank hesablarını ona verməmiş, bundan sonra Sabunçu rayon Icra Şöbəsinin bank hesabını da istəmiş, lakin icra məmuru icra şöbəsinin hesabını da verməmişdir. Buna görə də tələbkarlara olan borcundan ödəniş edə bilməmişdir. Eyni zamanda Orhan Tasdemir barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş qərar üzrə 500 manat cərimənin ödənilməsinə dair də icra məmurundan bank hesab nömrəsi istəmiş, lakin bu barədə ona hesab nömrəsi verilmədiyindən həmin cəriməni də ödəyə bilməmişdir. Bütün bunlara baxmayaraq isə icra məmuru Orhan Tasdemir barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Göründüyü kimi, Orhan Tasdemir barəsində inzibati cərimə növündə tətbiq edilmiş qərar yeni qəbul edilmiş, həmin qərar üzrə cərimə ödənilməmiş, bu səbəbdən Orhan Tasdemirin icra sənədini icra etməsi üçün əlavə vaxta ehtiyacı vardır və həmin inzibati tənbehin ona təsirinin yetərli olmadığı hələ müəyyən deyildir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Orhan Tasdemir evlidir, 1 (bir) azyaşlı uşağı var, ondan başqa ailədə işləyən yoxdur. Ailənin bütün ehtiyacları onun üzərindədir. Bundan əlavə, hesab edir ki, Orhan Tasdemirin məqsədi icra sənədini icra etməkdən ibarət olduğundan və buna görə də yeni işə qəbul edildiyindən barəsində tərtib olunmuş protokolun təmin edilməməsi ona həmin məqsədə nail olmağına imkan verə bilərdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Orhan Tasdemir və müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxs (icra məmuru) və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin (icra məmuru) və zərərçəkmiş şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxaraq və barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Orham Tasdemiri və müdafiəçisini dinləyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(008) ****/**** nömrəli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Orhan Tasdemirdən 7.700 manat məbləğində pul vəsaitinin və 97 manat məbləğində dövlət rüsumunun tutularaq zərərçəkmiş şəxs1 Vaqif oğluna ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Orhan Tasdemirdən 77.600 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Şükürov Mirəkbər Mirbaba oğluna verilməsi qərara alınmışdır. ** saylı notariat ofisinin ##.##.2021-ci il tarixli icra qeydindən görünür ki, X1 xeyrinə Tasdemir Orhandan vaxtında ödənilməmiş 23.800 manat pul vəsaitinin tutulması təklif edilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında ##.##.2026-cı il tarixli qərardan görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunin **-**** nömrəli, ##.##.2021ci il tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e*(***)****/****-*** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2025-cü il tarixli icra vərəqəsindən görünür ki, Orhan Tasdemir Inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Orhan Tasdemirin həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, işdə olan digər sübutlarla tam sübuta yetirilir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Orhan Tasdemir məhkəmə iclasında hər ay zərərçəkmiş şəxslərə hissə-hissə pul ödəyəcəyini bildirməsinə baxmayaraq, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş və həmin vaxtda hər ay hissə-hissə pul ödəyəcəyini bildirsə də, bu vədinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, borclunun hər dəfə barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman hər ay ödəniş edəcəyinə dair verdiyi vədlər reallıqda icra edilmədiyindən yalnız həmin an məsuliyyətdən yayınmaq üçün tətbiq etdiyi özünü müdafiə vasitəsidir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Orxan Tasdemirin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Orhan Tasdemirin barəsində təyin edilmiş tənbeh tədbiri ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə haqlı olsa da, məhkəmə hesab edir ki, təyin edilmiş inzibati həbsin müddəti azaldılmalıdır. Bu hissədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Orhan Tasdemir barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəticəsinə gələrkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Orhan X9 ilə ##.##.2014-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahdan onun ##.##.2020-ci il təvəllüdlü Aysel adlı övladı var. Bundan başqa, apellyasiya baxışı zamanı Orhan Tasdemirin məsuliyyətini ağırlaşdıran hal/hallar müəyyən edilməmişdir. Odur ki, Orhan Tasdemirin evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olması IXM-nin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalı və qeyd edilənlərə əsasən ona tətbiq edilmiş inzibati tənbeh tədbirinin müddəti azaldılmalıdır. Bundan əlavə, məhkəmə barəsində inzibati xəta üzrə iş aparılan şəxsin zərərçəkmiş şəxsə borcun müəyyən hissəsini ödəməyə cəhd etməsini nəzərə alaraq hesab edir ki, Orhan Tasdemirə təyin edilmiş tənbeh tədbirinin həddi azaldılmalıdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikasının IXM-nin 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə şərh olunanları məcmu halda nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Orhan Tasdemirin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbsin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli, Orhan Tasdemirə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təyin edilmiş inzibati həbsin müddəti 20 (iyirmi) gündən 15 (on beş) gün müddətə endirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134-137-ci maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Orhan Tasdemirin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Orhan Tasdemirə təyin edilmiş 20 (iyirmi) gün müddətinə inzibati həbs 15 (on beş) gün müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar