Məhkəmə qərarları › İş №3(3-6)-1128/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1128/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1128/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC-in nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “AZƏRİ M- İ DRİLLİNG FLUİDS” MMC-in nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC 217912.75 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## ####### 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC-in İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 217912.75 ABŞ dolları məbləğin 20 (iyirmi) faizi məbləğində, yəni 43582 (qırx üç min beş yüz səksən iki) ABŞ dolları 55 (əlli beş) sent məbləğində (Azərbaycan manatı məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC-in nümayəndəsi Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi zamanı barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC-in nümayəndəsi Vəkil tərəflərindən verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilmiş materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisəli məsələyə dair kifayət qədər araşdırma aparmadan işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmədiyindən “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC-in nümayəndəsi Vəkil şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC tərəfindən inzibati xətanın törədilməsini, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunduğunu qeyd etsə də, hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hüquqi şəxs tərəfindən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsinə şərait yaratmamışdır. Məhkəmə hazırkı halda belə qənaətinə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə tam, hərtərəfli və müqayisəli araşdırmanın aparılması, hüquqi şəxs “AZƏRİ M- İ DRİLLİNG FLUİDS” MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilərək nümayəndə tərəfindən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsinə şərait yaradılması, bundan sonra ədalətli qərar qəbul edilməsi üçün inzibati xətaya dair işin birinci instansiya məhkəməsinə qaytarılmasını zəruri hesab edir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 135.1.1-ci maddəsinin tələblərinə əməl olunmayaraq işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda İXM-in 134.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli ləğv edilməli, hazırki inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “AZƏRİ M-İ DRİLLİNG FLUİDS” MMC-in nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar