Məhkəmə qərarları › İş №3(3-6)-1131/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1131/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1131/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin R Sərxan Əliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 333-1.1-ci maddələri ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 14:48 radələrində “BDY Destroyer 05 plug-in” hibrid minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edildiyi aşkar olunmuşdur. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarın ləğv edilməsini və ədalətli yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Qəbul etdiyi psixotrop maddələr qanunsuz yolla yox, əziyyət çəkdiyi xəstəliklərdən müalicə olunmaq məqsədilə rəsmi qaydada qeydiyyatda olduğu müalicə müəssisəsinin xətti ilə əldə edir. Həmçinin qəbul etdiyi müalicəvi dərmanların onun əmək fəaliyyətinə, o cümlədən mülkiyyətində olan avtonəqliyyat vasitəsinin idarə etməyinə məhdudiyyət qoyulması barədə hər hansı bir normativ akt mövcud deyil, bir halda tibbi baxımdan, digər halda hüquqi baxımdan. Əmək fəaliyyəti avtonəqliyyat vasitəsilə taksi xidməti olduğunu nəzərə alsaq özümün və ailə üzvlərimin gündəlik tələbatın bu yolla əldə edir. Bu mənada təyin edilmiş cəza ailəmin və maddi durumunun kəskin şəkildə pozulması deməkdir. Uzun müddətdir taksi fəaliyyəti ilə məşğul olur, əziyyət çəkdiyi xəstəliklərlə bağlı həkim məsləhəti ilə təyin edilmiş dərmanların qəbulu bu fəaliyyətinə maneçilik törətmir və sair. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Məhkəmə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin R Sərxan Əliyev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 333-1.1-ci maddələri ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 14:48 radələrində “BDY Destroyer 05 plug-in” hibrid minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edildiyi aşkar olunmuşdur. Yuxarda qeyd olunan protokolda barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs “birdə narkotik vasitə altında avtomobil idarə etmərəm” izahatı verərək imza etmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, */*** saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktı”na əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində MTD (+) aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bu maddənin “Qeyd” hissəsinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Hesab edirəm ki, baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdırmış birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt və inzibati xəta törətmiş şəxsin etirafedici izahatı ilə tam sübuta yetirilmiş, onun əməli düzgün olaraq həmin maddə ilə tövsüf edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə, saat 14:48 radələrində “BDY Destroyer 05 plug-in” hibrid minik markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobili psixotrop maddələrdən və güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Təyin edilmiş inzibati tənbehlə bağlı məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkibi mövcuddur və inzibati tənbeh növünü tətbiq edərkən birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab etmişdir. Hazırda da apellyasiya instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən hallar olmadığından ona daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh cəzası ədalətlidir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi və ya təyin edilmiş inzibati tənbehin yüngülləşdirilməsi üçün əsas olmadığından və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən verilmiş şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar