Məhkəmə qərarları › İş №3(3-6)-1132/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1132/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1132/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ###### 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, ev 28a/4 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## ##### 2026-cı il tarixdən, saat 19:15-dən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə yaxud yüngül tənbeh növünün tətbiq edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, guya ki, məlum icra sənədi onun tərəfindən icra edilmədiyindən barəsində protokol tərtib edilmişdir. Lakin həmin protokol tam olaraq əsassızdır və inzibati xəta haqqında icraata xitam verilməli yaxud daha yüngül tənbeh növü tətbiq edilməlidir. İcra haqqında qanunun və mülki qanunvericiliyin tələbinə əsasən o, borclu olduğu icra sənədləri üzrə ilk öncə mülkiyyətində olan əmlakla cavabdehdir. Belə ki, onun mülkiyyətində icra məmuru tərəfindən tələbin yönəldiyi avtomobili vardır, lakin icra məmuru həmin avtomobilin axtarışı ilə bağlı ətraflı icra tədbirləri görməmişdir. Həmçinin onun daimi qeydiyyat yeri Sabunçu rayon inzibati ərazisində olmasına və faktiki olaraq Xəzər rayonu ərazisində yaşamasına baxmayaraq icra sənədini müvafiq olaraq həmin rayon ərazisinə göndərməli olduğu halda bunu etməmişdir. Bundan əlavə barəsində axtarış qərarının verildiyini bilən kimi özü şəxsən icra şöbəsinə yaxınlaşmış, amma bunlara baxmayaraq barəsində protokol tərtib edib dərhal məhkəməyə təqdim edilmişdir. Hazırki vəziyyətdən göründüyü kimi icra qurumu tərəfindən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən digər quruma göndərilməli olduğu halda bu edilməmiş və daimi yaşayış yeri üzrə əmlak vəziyyəti yoxlanılmamış və qanunun tələbi pozulmuşdur. Məlum icra sənədinin icrasından qərəzli yayınma halı baş verməmişdir. İcra məmurunun bütün çağırışlarına gəlmiş və icra sənədi üzrə yaranmış öhdəlyinin qısa müddətdə icra etməyə hazırdır. Sadaladığı hallara nəzərə almayaraq icra məmuru tərəfindən tələbkarın təkidlərinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra məmurun qanunsuz və heç bir əsası olamayan qərəzli hərəkətləri nətəcəsində həbs olunmuşdur. Bundan əlavə, barəsində olan inzibati xəta haqqında iş baxılan zaman müqavilə üzrə vəkili Zamiq Kazımovun əvvəllər icra məmuru işləməsi əsas gətirilərək prosesdən uzaqlaşdırılmışdır. Bununla da müdafiə hüququ dövlət hesabına vəkilə etibar edilmiş və bu hal da pozuntudur. Bu hal etiraz etməsinin əsaslarında yoxdur. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, barəsində tətbiq edilən tənbehin yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə icra məmurunun nümayəndəsinin və tələbkarın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Aslanov Kərim Mahmud oğlundan 70.000 (yetmiş min) manat pul tutularaq iddiaçı İsmayılov Nəcəf İdris oğluna ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” ## #### 2020-ci il tarixli qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında *****/****-*-**-*** nömrəli bildirişin surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2020-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2019-cu il tarixli icrasını təmin etmək məqsədi ilə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus “İnfiniti” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2019-cu il tarixli icrasını təmini istiqamətində hərəkətlərinin davam etdirilməsi məqsədi ilə icra sənədləri tam icra olunanadək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2021 il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclunun axtarışı haqqında Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin ## ###### 2021-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış ## ######## 2019-cu il tarixli icra sənədi üzrə 70.000 (yetmiş min) manat məbləğində borc öhdəliyini 6 ildən artıq müddət ərzində icra etməkdən yayınmışdır. İcra məmuru tərəfindən borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlər, xəbərdarlıqlar təqdim edilsə də, icra sənədində göstərilən tələblər bu günədək qismən belə olsa icra olunmamışdır. Borclunun məqsədyönlü hərəkətsizliyi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın həm obyektiv, həm də subyektiv cəhətini tam şəkildə formalaşdırır. Məhkəmə qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında borcun ödənilməməsini işsizlik və gəlirinin olmaması ilə əlaqələndirməsi, habelə borcun əsasını şübhə altına alması məhkəmə tərəfindən müdafiə xarakterli, məsuliyyətdən boyun qaçırmağa yönəlmiş mülahizələr kimi qiymətləndirilir və rədd edilir. Belə ki, şəxs öz izahatında müxtəlif vaxtlarda beton işlərindən 800 (səkkiz yüz) və 1.000 (bir min) manat, hovuz tikintisindən ümumilikdə 8.400 (səkkiz min dörd yüz) manat (5 hovuzdan 6.000 (altı min) manat, 4 hovuzdan 2.400 (iki min dörd yüz) manat) qazanc əldə etdiyini, habelə gündəlik taksi fəaliyyətindən 20 manat gəlirinin olduğunu etiraf etmişdir. Bu faktlar sübut edir ki, borclunun mütəmadi gəlir mənbəyi olmuş, lakin o, üzrsüz səbəbdən əldə etdiyi vəsaitlərin heç bir qismini məhkəmə qərarının icrasına yönəltməmişdir. Eyni zamanda, borclunun 70.000 (yetmiş min) manatlıq tələbin yalnız 20.000 (iyirmi min) manatını əsas borc hesab edərək qalan hissəsini faiz borcu kimi xarakterizə etməsi hüquqi əhəmiyyət kəsb etmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının birtərəfli qaydada məhkəmədənkənar mübahisələndirilməsi yolverilməzdir. Qeyd edilmişdir ki, borclunun kirayədə yaşaması, qeydiyyatda olduğu ünvanda deyil, başqa yerdə məskunlaşması, eləcə də "İnfiniti" markalı avtomobilini illər əvvəl satması faktları onun üzərinə düşən öhdəliyin icrasından azad etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tənbeh tədbirinin tətbiqi üçün icra sənədinin "üzrsüz səbəbdən" icra edilməməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati məsuliyyətə cəlb olunduqdan sonra da şəxs məhkəmə qərarını icra etməməyə davam etdikdə yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Məhkəmə iş materiallarının tədqiqi zamanı müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədi üzrə öhdəliyi icra etmədiyinə görə daha əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə ## #### 2021-ci il tarixdə 500 (beş yüz) manat məbləğində cərimə olunmuş, ## ###### 2023-cü il tarixdə 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmiş, ## ###### 2023-cü il tarixdə isə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 1.000 (bir min) manat cərimə edilmişdir. Tətbiq olunmuş bu tənbehlərin heç biri inzibati tənbehin məqsədlərinə nail olmağa kifayət etməmiş, borclu həmin cərimələri ödəsə də, öhdəliyin icrasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclunun 6 ildən artıq bir müddətdə 1 manat belə ödəniş etməməsi, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi inzibati məsuliyyətə səbəb olmuşdur. İş materialları ilə müəyyən olunur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan məlumatlı olmuş, buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq icra vərəqəsini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, tənbeh tədbirinin növünün və həddinin fərdiləşdirilməsinə gəldikdə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərini rəhbər tutur. Əməldə İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində göstərilən, məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran xüsusi hallar müəyyən edilməsə də, xətanın davamlı xarakteri, əvvəllər tətbiq edilmiş tənbehlərin yetərsiz olması və zərərçəkmişə dəymiş zərərin miqdarı nəzərə alınır. Məhkəmə bu qənaətə gəlmişir ki, qanunun aliliyinin təmin edilməsi və borclunun islah olunması üçün ona təkrarən cərimə cəzasının təyin edilməsi qeyri-mütənasib və səmərəsiz olardı və ədalətlilik prinsipinə yalnız qanunda nəzərdə tutulmuş ən sərt tədbirin, yəni inzibati həbs növündə tənbehin tətbiqi ilə nail olmaq mümkündür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı vətəndaşların məhkəmə sisteminə inamını azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, şikayətdə istinad edilən hallar şəxsin məsuliyyətdən azad edilməsi və ya məsuliyyətinin yüngülləşdirilməsi üçün yetərli olmadığınan şikayətin dəlilləri əsassız hesab edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar