Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1133/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun, Zərərçəkmiş şəxs İbrahimov Elməddin Teymur oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X3 ## ###### 2026-cı il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində İbrahimov Elməddin Teymur oğlunu döyərək ona dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, R X2 ## ###### 2026-cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 30-cu polis şöbəsinə həvalə edilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbehin tətbiq edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati həbs müddətinin başlanğıcının qərarın elan olunduğu ## ##### 2026-cı il tarixdən, saat 17:00-dan hesablanması qərara alınmışdır. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə barışdığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin olunmasını və barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığı üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.9-cu maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1, 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs оğlu dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnzibati həbs X7 həvalə edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1133/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1133/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver