Məhkəmə qərarları › İş №3(3-6)-1135/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1135/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1135/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X4 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) Mütəllim qızı uzun müddətdir ki, hər gün ünvan 1 ünvanından Sabail rayonu istiqamətində hərəkət edir. Gediş-gəliş etdiyi marşrut Filarmoniyadan üzü aşağı Neftçilər prospektinə enən döngəni əhatə edir. Qeyd etmək istəyir ki, sözügedən ərazi uzun illərdir hərəkətin intensiv və qeyri-nizamlı olduğu bir yol sahəsidir. Əksər günlərdə həmin ərazidə yol polisi əməkdaşları hərəkəti tənzimləyir, tənzimləmədikləri hallarda isə həmin döngədə fiziki olaraq mövcud olurlar və mövcud yol-nəqliyyat vəziyyətini müşahidə edirlər. Məlum olduğu kimi bu yol sahəsində aşağıdan yuxarı qalxan nəqliyyat vasitələrinə yuxarıdan aşağı enən nəqliyyat vasitələri yol verməlidir. Lakin illərdir ki, bu qaydaya əksər sürücülər tərəfindən əməl edilmir və bu hal yol polisi əməkdaşlarının gözü qarşısında baş verir. Buna baxmayaraq, indiyədək bu qayda davamlı və sistemli şəkildə tətbiq edilməmiş, sürücülərə qarşı hər hansı inzibati tədbir görülməmişdir. Nəticədə həmin ərazidə faktiki olaraq xaotik və özbaşına hərəkət formalaşmışdır. ## ###### 2026 tarixində, dörd ildən artıqdır ki, hər gün istifadə etdiyi bu yol sahəsində yol polisi əməkdaşı X5 tərəfindən inzibati cərimə tətbiq edilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, mənə tətbiq edilən inzibati cərimə ilə bağlı pozuntunu təsdiq edən hər hansı video və ya foto sübut tərəfinə təqdim edilməmişdir. Məlum olduğu kimi, yol hərəkəti qaydalarının pozulmasına dair inzibati tənbeh tədbirləri tətbiq edilərkən, pozuntu faktı obyektiv sübutlarla - o cümlədən video görüntülərlə əsaslandırılmalıdır. Lakin bu halda heç bir video material təqdim edilmədən və göstərilmədən cərimə tətbiq olunmuşdur ki, bu da qərarın şəffaflığına və qanuniliyinə ciddi şübhə yaradır. Bu hal bir daha onu göstərir ki, barəsində tərtib olunmuş inzibati xəta protokolu yetərli sübut bazasına əsaslanmadan hazırlanmış və yalnız subyektiv yanaşma əsasında rəsmiləşdirilmişdir. Hesab edir ki, video və ya digər texniki sübutlar olmadan tətbiq edilən cərimə qanunun tələblərinə uyğun hesab edilə bilməz və bu amil protokolun ləğvi üçün ayrıca əsasdır. Bildirmək istəyir ki, həmin gün mən yolnəqliyyat etdirmişdir. Əsas etirazı cərimənin tətbiq edilmə faktına deyil, seçici və qeyriardıcıl tətbiqinədir. Əgər bu yol sahəsində qayda bu qədər ciddi hadisəsi yaratmamışam, hərəkətim digər sürücülər üçün təhlükə törətməmişdir. Mən keçdikdən sonra qarşı tərəfdən gələn nəqliyyat vasitəsi də normal şəkildə hərəkətini davam etdirmişdir. Bu hal vətəndaşlarda haqlı olaraq ədalətsizlik və etimadsızlıq yaradır. Hesab edirəm ki, yol hərəkəti qaydalarına nəzarət davamlı, şəffaf və hamıya eyni şəkildə tətbiq olunmalıdır. Əks halda, uzun müddət göz yumulan qaydaların qəfil şəkildə cərimə predmetinə çevrilməsi vətəndaşların maddi vəziyyəti ilə manipulyasiya kimi qəbul olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tətbiq edilmiş inzibati cərimənin obyektiv və ədalətli şəkildə yenidən araşdırılmasını, habelə sözügedən yol sahəsində hərəkətin düzgün təşkili ilə bağlı müvafiq tədbirlərin görülməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli iş № *(5-102)-323/2026 nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hakimi qərarında göstərmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd etmişdirlər ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Iş materiallarında xəbərnamə ilə çatdırılma və ya şəxsən səlahiyyətli şəxsə və ya orqanın nümayəndəsinə bildirişin çatdırılmasına dair hər hansı sənəd mövcud deyil. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Işin mahiyyəti ondan ibarətdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 16:27də ünvan 2 ünvanında idarə etdiyi “Mercedes Benz GLC 300 4 Matic minik” markalı, 10- RE888 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur. Bu zaman həmin ərazidə xidmətdə olan Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X3 tərəfindən saxlanılmış xətanın mahiyyəti izah edilərək sürücü barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Göründüyü kimi tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokol olmuş hansı ki, bilavasitə səlahiyyətli vəzifəli şəxs olan YPX inspektoru aşkar etdiyindən xüsusi texniki vasitə ilə qeyd alınmasının vacibliyi Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Iş materiallarında inzibati xəta haqqında protokol, foto və video qeydlər, səlahiyyətli vəzifəli şəxsin izahatı mövcuddur. Hakim tərəfindən iş üzrə icraata xitam verilərkən inzibati xəta hadisəsinin olmaması qənaətinə gəlmiş, lakin hadisə faktı protokolla təsdiq olunmuşdur bu faktı tam təkzib edən kifayət qədər sübut yoxdur.Bu səbəbdən Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tətbiqi əsassızdır. Sübutetmə yükünün düzgün qiymətləndirilməməsi hakim tərəfindən şübhələri şəxsin xeyrinə həll etmişdir. Lakin iş materiallarında inzibati xəta faktını təkzib edən obyektiv və qəti sübut mövcud deyildir. Inzibati xəta faktı protokol ilə təsdiqini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəm baxış iclasında iştirak etmədiyindən məhkəmə iclasının onların iştirakı olmadan davam etdirilməsi mümkün hesab edilmişdir. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 16:27-də 20 Səbail rayonu, Niyazi küçəsi ərazisində “Mercedes Benz GLC 300 4 Matic minik” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədərək 100 manat məbləğində cərimə edilmişdir. -Iş materiallarında olan videogörüntüdən görünür ki, “Mercedes Benz GLC 300 4 Matic minik” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcını keçmə qaydalarını pozması təsdiq olunmur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməli və Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətləndirilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədənəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibi olmaması iş materiallarında olan video görüntü ilə kifayət qədər sübuta yetirilmişdir. Bakı şəhər X1 Idarəsinin rəisi tərəfindən təqdim edilmiş apelyasiya şikayətinin dəlillərinə isə inzibati xətanın törədilməsini sübut edən hər hansı sübut əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Baş Polis Idarəsinin X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar