Məhkəmə qərarları › İş №3(3-6)-1136/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1136/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1136/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin «X4” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Binəqədi rayon prokuroru Fuad Məmmədovun ##.##.2026-cı il tarixli qərarı ilə “X4” MMC-nin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Prokurorun qəbul etdiyi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də şahid4 2025-ci ilin mart ayında həkim, şahid3 2025-ci ilin mart ayında tibb bacısı kimi işə cəlb etməklə Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətan törətdiyindən, həmin maddə ilə məsuliyyətə cəlb edilməlidir. Qeyd olunanlar şahid5, şahid4, şahid3 və X1 izahatları, sənədlərə baxış keçirilməsi haqqında protokolla təsdiq olunur. şahid5 bildirmişdir ki, 2025ci ilin mart ayının sonlarında şahid4 “X7”-da çalışmağa başlamış, anasının müxtəlif klinikalarda verdiyi analizləri “X7”na apararaq şahid4 göstərmişdirlər. Hətta bir dəfə xalası X2 və xalası oğlu şahid1 ilə birlikdə “X7”-na getmişdirlər. şahid4 bildirmişdir ki, 2025-ci ilin mart ayının sonlarında “X4” MMC-də əmək müqaviləsiz çalışmışdır. şahid3 bildirmişdir ki, 2025-ci ilin mart ayında X7 tibb bacısı kimi əmək müqaviləsiz işləmişdir. X1 bildirmişdir ki, şahid4 Avropa Beynəlxalq Xəstəxanasında çalışdığı üçün yanına gələn digər xəstələri də kimyaterapiya üçün X4 çalışdığı vaxtlarda şahid4 qəbuluna xəstə yönləndirmişdir. Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küçəsi, ev 2A ünvanında yerləşir. Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisidir. Sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şahid4 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası IXM-in 99.1.3-cü maddəsinə əsasən, şahid5 rayon prokurorluğuna daxil olmuş müraciəti olmuşdur. Inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas isə həmin müraciət əsasında aparılmış araşdırma zamanı Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan xətaların əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə MMC IXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibat iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, i, klinika tərəfindən həkim vəzifəsinə namizəd olan şəxs ilə ilkin görüş keçirilmiş, ona işə qəbul üçün tələb olunan sənədlərin siyahısı təqdim edilmişdir. Namizədə işə qəbul barədə yekun qərar verilməmiş, tərəflər arasında əmək müqaviləsi bağlanılmamışdır. Bununla yanaşı, həmin şəxsə yalnız klinikanın fəaliyyəti ilə tanış olmaq məqsədilə müəssisə daxilində olmaq, klinikanın ərazisi və iş otaqları ilə tanış olmaq imkanı yaradılmışdır. Lakin ona hər hansı tapşırıq, işin görülməsi ilə əlaqədar göstəriş verilməmişdir. Yəni tərəflər arasında əmək fəaliyyətini əks etdirən heç bir münasibət olmamışdır. Eyni zamanda iş materiallarında bu halı təsdiq edəcək heç bir sübut mövcud deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində tərəf hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini IXM-in 135.1.1-135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. IXM-in 135.1.1-135.1.3-cü maddələrinə əsasən hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi hakimin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayət müəllifi iş üzrə icraata xitam verilməli olmasını iddia etsə də, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 öz izahatında bildirmişdir ki, o, mart ayında X4 adlı klinikaya iş üçün getmiş, işinin düzəlməsi üçün Samir və Rasim adlı həkimlərlə onu qayınatası tanış etmişdir. Mart ayının əvvəllərindən etibarən həmin X4 adlı klinikada işləməyə başlamış, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. O, bütün sənədlərini təqdim etdiyini və təxminən bir aya yaxın orada fəaliyyət göstərdiyini qeyd etmişdir. Həmçinin, xəstələrin qeydiyyatının aparıldığı sistemdə onun adının mövcud olduğunu bildirmişdir. Otağı klinikanın direktronun otağı ilə yanaşı olmuş, onun üçün ayrıca şəraitdə düzəldilmişdir. Ona biraz işlədikdən sonra iş keyfiyyətinə baxıldıqdan sonra əmək müqviləsi bağlanılacığı deyilmişdi. Onu işə düzəltdiyinə görə Samir adlı həkimə hər pasiyentdən müəyyən məbləğ ödəyirdi. Belə ki, pasiyent 200 manat ödəniş etdikdə bunun 100 manatı ona qalır, həmin məbləğin də bir hissəsini qeyri-rəsmi qaydada Samir həkimə verirdi. Samir həkimin otağının onun otağına yaxın yerləşdiyini, dəfələrlə birlikdə konsilium keçirdiklərini və Rasim həkimdən əvvəl Samir həkimi tanıdığını qeyd etmişdir. O, klinikada onkoloq həkim kimi fəaliyyət göstərdiyini, ona ayrılmış otaqda pasiyent qəbul etdiyini və müalicə apardığını, təxminən 1 ay müddətində 10- 15 nəfər pasiyenti qəbul etdiyini bildirmişdir. Ona klinikanın birinci mərtəbəsində otaq ayrıldığı, həmçinin həmin otaqdan görüntüləri şəxsi “Instagram” hesabında paylaşdığını qeyd etmişdir. Klinikanın sistemində qeydiyyatda olduğu üçün ona verilən və istifadə etdiyi proqram vasitəsilə həm pasiyentləri izləyə, həm də klinika vasitəsilə dərman sifarişi verə bilirdi və dərmanlar klinika tərəfindən təmin olunurdu. O, həmçinin qeyd etmişdir ki, onun yanında Aygün adlı başqa bir şəxs işləməmiş, həmin şəxs klinikanın işçisi olmuşdur. Ruhiyyə adlı şəxs onu həmin Aygün xanımla tanış etmiş və Aygün xanıma kartoçkanın açılması qaydalarını öyrətmişdir. Bundan əlavə, qeydiyyatda oturan Ruhiyyə xanım hər dəfə pasiyent gəldikdə gəlib onların sayını yoxlamışdır. Pasiyentlər hər zaman klinikanın giriş hissəsindən onun yanına gəlmiş, arxa qapıdan daxil olmamışdır, çünki həmin qapı hər zaman bağlı olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 öz izahatında həkim şahid4 yanında tibb bacısı kimi işlədiyini, həkimin iş yeri dəyişildikcə onunla birlikdə getdiyini, mart ayının əvvəllərində Aygün xanımla Avropa hospitalında tibb bacısı kimi işlədiyini, klinikada ona və Aygün xanıma bir müddət sınaq keçdikdən sonra əmək müqaviləsi bağlanılacağının deyildiyi. Aygün xanımla Avropa Hospitalda olduqları müddətdə mmək haqqını klinikadan almadıqlarını, xəstələrdən müalicəmüayinə qarşılığında Aygün xanımın pul aldığını və onada həkiminin pul veridiyini bildirmişdir. Xəstələrin klinikaının qeydiyyatından keçdiklərini və ona uyğun olaraq onları qəbul edib müalicə etdiklərini, bunun üçün xəstəxanada onalar ayrıca otaq ayrıldığını, bəzi günlər xəstələrinin olmadığını bəzi günlər isə 4-5 xəstə qəbul etdiklərini təqribi bir ay yarım həmin xəstəxanada olduqalrı müddətdə 15-ə yaxın xəstə qəbul edib müayinə etdiklərini, klinikada hər kəsin onları tanıdıqlarını, baş həkimin otağının Aygün xanımın otağı ilə yanaşı olduğunu və hər dəfə işdə qarşılaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 öz izahatında bildirmişdir ki, 2014-cü ildə onun anasında xəstəlik aşkar olunmuş, MRT müayinəsinin nəticəsinə əsasən qaraciyərdə II dərəcəli törəmə müəyyən edilmişdir və bununla bağlı müalicələr aparılmışdır. O, qeyd etmişdir ki, dekabr ayında qonşuları olan Rəfiqə xanım vasitəsilə şahid4 tanımışlar. Anasının analiz nəticələrini və digər tibbi sənədlərini Aygün xanıma təqdim etmiş, Aygün xanım isə xəstəliyin ciddi olmadığını bildirərək 90 faiz ehtimalla müalicə ilə sağaldacağını vəd etmişdir. Lakin şahidin sözlərinə görə, aparılan müalicə düzgün olmamış və nəticədə onlara həm maddi, həm də mənəvi ziyan dəymişdir. Anasını ilkin olaraq Neftçilər ərazisində yerləşən klinikaya aparmış, orada kimyaterapiya almışdır. Daha sonra isə mart ayında bir neçə dəfə Avropa Hospitala aparmışlar. Bu məqsədlə həkim şahid4 ilə yazışmış və sonuncu tərəfindən ona Avropa Hospitalın yerləşdiyi ünvan (konum) göndərilmiş orada işlədiyini və həmin xəstəxanaya gəlməli olduqları deyilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 öz izahatında bildirmişdir ki, vəfat edən şəxs onun xalası olmuşdur. Həkimi tanışlıq vasitəsilə tanımış, həmin həkim əvvəllər Neftçilər ərazisində fəaliyyət göstərdiyi dövrdə xalasını bir neçə dəfə ora aparmışdır.Avropa klinikasında olduqları zaman birbaşa həkimin yanına daxil olur, qeydiyyatdan keçmirdilər. O, həmçinin bildirmişdir ki, ödənişləri birbaşa həkimin özünə təqdim edirdilər. Xalasını Avropa klinikasına bir neçə dəfə aparmış, əsasən isə müalicə məqsədilə Istanbulda yerləşən klinikalara aparmışlar. Avropa Hospitalda olarkən həkim şahid4 tərəfindən xalasının konsultasiya və kimya terapiya etmişlər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar şahidlərin ifadələri olmuşdur. Iş materiallarından və şahid ifadələrindən aydın olur ki, şahid4 və şahid3 müəssisənin inzibati nəzarəti altında, onun maddi-texniki bazasından istifadə etməklə, müəssisənin fəaliyyət sahəsinə uyğun tibbi xidmətlər göstərmişlər. Onlara müəssisə daxilində otaq ayrılması, pasiyentlərin qəbulunun həyata keçirilməsi, müəssisənin daxili sisteminə çıxış imkanının verilməsi və tibbi fəaliyyətin təşkilində iştirak etmələri faktiki əmək münasibətlərinin mövcudluğunu təsdiq edən mühüm hallardır. Bir sıra şahidlər tərəfindən şahid4 faktiki olaraq pasiyent qəbul etməsi, tibbi xidmət göstərməsi və klinika daxilində fəaliyyət göstərməsi təsdiqlənmişdir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC-nin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq MMC barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə qanuni və ədalətli nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin “X4” MMC-nin IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar