Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1138/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin sahə inspektoru, R İmanov Anar İman oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi – Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, ## ###### 1988-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, dərdi əməklə məşğul olan, Ağdam rayonu, Çəmənli Ərazi Dairəsi, Çəmənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin sahə inspektoru, R İmanov Anar İman oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Aytəkin İbrahimova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, ona 60 (altmış) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Nümayəndə şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi RPİ-nin 40-cı polis şöbəsinin sahə inspektoru, R tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol ciddi prosessual hüquq normalarının tələblərinin pozulması ilə tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş raport və digər sənədlərdən aydın görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18:10 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Okean PUB” qarşısında saxlanmış və PŞ-yə aparılmışdır. O, İXM-in 206, 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindikdən sonra sahə inspektoru tərəfindən tərtib olunmuş inzibati qaydada tutma haqqında ##.##.2026-cı tarixli ****** nömrəli protokola əsasən 18:30da tutulmuş, həmin protokola əsasən günü göstərilmədən 04.2026-cı il tarixdə saat 15:00-da azad edilmişdir. Əsl həqiqət ondan ibarətdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həqiqətən də ##.##.2026cı il tarixdə Binəqədi RPİ-nin 40 PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 40-cı PŞ-yə gətirilmiş və ##.##.2026-cı il tarixədək qanunsuz olaraq PŞ-də saxlanılmışdır. Baş vermiş hadisə restoranın qarşısında baş vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumiyyətlə polis əməkdaşları ona yaxınlaşan zaman səs-küy salmamış, kiminsə ünvanına və ya ünvansız olaraq nalayiq ifadələr işlətməmişdir. Həmin saatda polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çalışdığı “Okean PUB” restoranına yaxınlaşmış və heç bir sorğu-sual etmədən onu avtomobilə otuzduraraq PŞ-yə aparmışlar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə getməkdən imtina etməsi halları olmamış, o polis əməkdaşları ilə birlikdə sakit formada avtomobilə əyləşmiş və PŞ-yə getmişdir. İş materiallarından da göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xuliqanlıq etməsi, yəni səs-küy salması, ünvansız söyüşlər söyməsi barədə hər hansı mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə getməkdən imtina etməsi, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərilənlərdən başqa əlavə sübutlarla öz təsdiqini tapmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. O həmişə sakit həyat tərzi sürmüş, kriminogen xüsusiyyətli biri olmamışdır. Bu günədək barəsində inzibati və ya cinayət işi üzrə icraat aparılmamışdır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Onun həyat tərzi işləyib ailəsini və övladlarını saxlamaq olmuşdur. Himayəsində olan övladları doğulduqları gündən ağır xəstəlikdən əziyyət çəkirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin sahə inspektoru, R İmanov Anar İman oğlu apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan ##.##.2026 il tarixli, AZA ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 18:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli, **** nömrəli Ambulator Məcburi-X3 rəyindən görünür ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində narkotik vasitədən istifadə edərək İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Okean Pub” adlı kafenin qarşısında saat 18:00-da nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Apellyasiya instansiyası məhkəməsində etdiyi çıxışda və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati xətaların törədilməsi mübahəsələndirilməklə tamamilə təkzib edilsə də, iş materiallarında olan onun izahatından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətaların törədilməsi etiraf edilmiş və işin hallarına uyğun olaraq izah verilmişdir. Birinci instansiya məhkəməsində etdiyi çıxışında da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətaların törədilməsi təkzib edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin sanksiyasından da göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbləri ilə bağlı dəlilləri, qanunvericilik və inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisədə əsassızdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1138/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1138/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver