Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1139/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin (bundan sonra səlahiyyətli orqan) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin Mərkəzi Məlumat Xidmətinin (bundan sonra - səlahiyyətli orqan) onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 346.4-cü maddəsi ilə qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, onun barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və Azərbaycan Respublikası IXM-in 53.2-ci maddəsinə əsasən təqsirliliyin sübuta yetirilməməsinə görə həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və özünün qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş inzibati xəta haqqında elektron qərara əlavə edilmiş fotoşəkillərlə Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 15:19:01-dən 15:21:12-dək idarə etdiyi avtomobili yolun ikinci cərgəsində, yəni avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət hissəsində saxlaması sübuta yetirilmişdir. Buna görə də sonuncunun əməlində Azərbaycan Respublikası IXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti vardır. Tərəflər apellyasiya məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş üzrə səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb etdiyi halla bağlı Azərbaycan Respublikası IXM-in 346.4-cü maddəsində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi ## ###### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda onun Azərbaycan Respublikası IXM-in 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə ## ###### 2026-cı il tarix, saat 15:19:01-də Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsində idarə etdiyi “Kia Sorento minik” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanması və ya durmasına görə barəsində 80 manat miqdarında inzibati cərimə tətbiq edilməklə cəlb edildiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın xüsusi texniki vasitə ilə qeydə alıb həmin qərara əlavə etdiyi, ## ###### 2026-cı il tarix, saat 15:19:01-də qeydə alınmış fotoşəkildən “Kia Sorento minik” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfindəki işıq siqnalının yanması, bundan sonra saat 15:21:12-dək qeydə alınmış fotoşəkillərdən də həmin avtomobilin arxa işıq siqnalının yanması, həmçinin arxaya doğru yerini dəyişməsi, bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) şikayətində və birinci instansiya məhkəməsi iclasında verdiyi izahatında göstərdiyi kimi, ## ###### 2026-cı il tarix, saat 15:19:01dən 15:21:12-dək Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsində idarə etdiyi həmin avtomobili arxaya doğru hərəkət etdirməsi müəyyən edildiyinə, səlahiyyətli orqanın hadisə anının qeydə alınmış videogörüntüsünü məhkəməyə təqdim etməməsi və ya Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirməməsi səbəbindən həmin avtomobilin göstərilən tarix, vaxt və yerdə dayanması və ya durmasının ehtimaldan kənar, qəti şəkildə müəyyən edilməsi mümkün olmadığına, başqa sözlə, səlahiyyətli orqan təqdim etməli olduğu videogörüntü ilə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi həmin avtomobilin ## ###### 2026-cı il tarixdə məhz saat 15:19:01-də göstərilən yerdə dayanması və ya durmasını sübuta yetirə bilmədiyinə görə birinci instansiya məhkəməsinin iş materialları ilə sonuncunun Azərbaycan Respublikası IXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə və qeyd edilənlərə oxşar apardığı əsaslandırma qanuni və əsaslıdır. Qeyd edilən hüquqi mövqeyin məntiqi davamı olaraq, səlahiyyətli orqanın verdiyi şikayətin dəlili əsassızdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1139/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1139/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver