Məhkəmə qərarları › İş №3(3-6)-1140/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1140/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1140/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon X1 Şöbəsinin yol patrul xidməti inspektoru nümayəndəsi Yolçuyev İlkin Elizibar oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nərimanov Rayon X1 Şöbəsinin tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2025-ci il tarixli TP ******* nömrəli qərarından şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənbeh edilməsi barədə Nərimanov Rayon X1 Şöbəsinin tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam qərara alınmışdır. Həmin qərardan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iş materialları nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən şikayət vermə müddəti buraxılmışdır. Bu səbəbdən, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarına əsasən, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ## ###### 2026-cı il tarixdə elektron poçt ünvanı vasitəsilə rəsmi qaydada göndərilmişdir. Lakin həmin qərardan apellyasiya şikayəti ## ##### 2026-cı il tarixdə tərtib edildiyi göstərilməklə həmin tarixdə apellyasiya instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən apellyasiya qaydasında şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, müddətin bərpasına dair ərizə (vəsatət) verilməmişdir. Məhkəmə onu da nəzərə alır ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarını məhz aldıqdan 10 gün müddətində apellyasiya şikayəti verməsini təsdiq edən hər hansı dəlil mövcud deyildir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı, ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 130 və 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından verilmiş şikayət inzibati xəta haqqında materiallarla birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından şikayət veriləcəyi halda şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar