Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1141/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru Nümayəndə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X1 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli *****-*****/** nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən xaricdə emal müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq 01222000068603 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı (mənşə kodu 847981), netto çəkisi 9400 kq olan 1 ədəd “GEN GROUP nişanlı Gutter Machine 60” adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd “HELL CPCD” adlı avadanlıqların xaricdə emal müddəti bitməmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin malların təkrar idxal və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 497-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İş materiallarında olan ## ###### 2026-cı il tarixdə tərtib olunmuş *****-*****/** saylı Inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmus **-**-****/***/****** nömrəli ##.##.2026-cı il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən 01222000068603 sorğu nömrəli bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti ##.##.2025-ci il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət olunmamışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin "Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAIS) informasiya resursundan çıxarışdan görünür ki, 01222000068603 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların öhdəlik müddəti ##.##.2025-ci il tarixdə bitmişdir, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Belə ki, 01222000068603 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı (mənşə kodu 847981), netto çekisi 9400 kq olan 1 eded "GEN GROUP nişanlı Gutter Machine 60" adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd "HELL CPCD" adlı avadanlıqların xaricdə emal müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin malların təkrar idxal və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməliyik ki, şikayət etdiyimiz məhkəmə qərarı maddi hüquq normalarının kobud şəkildə pozulması, İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrinin düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. *(*-**)-****/**** saylı iş üzrə 17 fevral 202 6-ci il tarixli qərar qəbul edilərkən qanunvericilik normalarının tələblərinə əməl edilməmiş, iş mahiyyəti üzrə araşdırılmamışdır. Həmçinin, bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qərarı Bakı Baş Gömrük İdarəsinə ##.##.2026-cı il tarixində daxil olmuşdur. Buna görə də şikayət müddəti mənim həmin qərarı rəsmi şəkildə əldə etdiyim gündən hesablanır. Yəni ##.## 2026-cı il tarixindən 10 gün müddətində şikayət vermək hüququm yaranmışdır. Buna görə də şikayət müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X1 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-nin 497-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru Nümayəndə şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” (VAİS) informasiya resursuna baxış zamanı müəyyən olunmuşdur ki, 01222000068603 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların öhdəlik müddəti ##.##.2025-ci il tarixdə bitmişdir, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməmişdir. Yəni, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən xaricdə emal müddətinin ##.##.2025-ci il tarixdə bitməsinə baxmayaraq 01222000068603 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı(mənşə kodu 847981), netto çəkisi 9400 kq olan 1 ədəd “GEN GROUP nişanlı Gutter Machine 60” adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd “HELL CPCD” adlı avadanlıqların xaricdə emal müddəti bitməmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həmin malların təkrar idxal və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyası Hökumətinin ## #### 2022-ci il tarixli, *** nömrəli Qərarının Azərbaycan dilinə tərcümə olunmuş surətindən görünür ki, 2027-ci il ## ###### daxil olmaqla, * nömrəli əlavədə göstərilən siyahıdakı malların Rusiya Federasiyası ərazisindən kənara ixracına qadağa tətbiq edilmişdir. Həmin qərara əlavə edilmiş, “İxracına müvəqqəti qadağa tətbiq edilən müəyyən mal növlərinin siyahısı”nda 8427 kodu altında olan çəngəlli tutuculu avtoyükləyicilər,qaldırıcı və ya yükləyib boşaldıcı avadanlıqla təchiz edilmiş digər arabalar, 8479 kodu altında olan fərdi funksiyalara malik maşınlar və mexaniki cihazlar, digər yerlərdə adı çəkilməyən və ya daxil edilməyən avadanlıqlar göstərilmişdir. 01222000068603 sorğu nömrəli ##.##.2022-ci il tarixli gömrük bəyannaməsindən müəyyən edilir ki, rəsmiləşdirilmiş ümumi invoys dəyəri 69500 ABŞ dolları olan Türkiyə istehsalı(mənşə kodu 847981), netto çəkisi 9400 kq olan 1 ədəd “GEN GROUP nişanlı Gutter Machine 60” adlı və Çin istehsalı (mənşə kodu 842710), netto çəkisi 4300 kq olan 1 ədəd “HELL CPCD” adlı avadanlığın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Rusiyaya göndərildiyi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən edilmiş hərəkətlər qəsdli davranışın nəticəsi olmayıb, özündən asılı olmayan səbəblərdən irəli gəlmişdir. Belə ki, qəsdli davranış halında iqtisadi fayda əldə etmək məqsədilə malların emal edilməsi qaydalarının pozulması gözlənildiyi halda, hazırkı iş üzrə əksinə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC özünə məxsus avadanlığı öz ölkəsinə qaytarmaqdan belə məhrum edilmişdir ki, bu da hər hansı fayda əldə etməyi istisna edir. Bu baxımdan, iş üzrə sübutları birlikdə qiymətləndirildikdə, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin formalaşmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində qəbul etmiş olduğu ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1141/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1141/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver