Məhkəmə qərarları › İş №3(3-6)-1143/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1143/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1143/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdər Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdər Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallar əsasında müəyyən olunur ki, Yasamal rayon Polis Idarəsi 28-ci Polis Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 227-ci maddəsi ilə ##.##.2026-cı il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs QSC-yə məxsus mağazadan spirli içki oğurlamışdır. Bununla da o, Zərərçəkmiş şəxs QSC-yə məxsus mağazaya 79 (yetmiş doqquz) manat 80 (səksən) qəpik məbləğdə maddi ziyan vurmaqla xırda talama əməli törətmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis Idarəsi 28-ci Polis Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdər Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını və şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il ## ##### və “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il ## ###### tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər.Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən,hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı Inzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdər Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair mübahisələndirilən *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Yasamal RPI-nin 28-ci PŞ-nin təhqiqatçısı Zamiq Kərimovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025-ci il tarixli qərarına əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Inzibati icraat “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” ##.##.2025-ci il tarixli qərar əsasında başlanılmışdır. Inzibati xəta haqqında protokol məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Beləliklə inzibati icraatın başlanılmasına əsas olan “Cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərarın tarixindən hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası IXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Şəxsin təqsirli bilindiyi hazırkı inzibati xəta IXM-in 38.1ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyil. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şəxs barəsində Azərbaycan Respublikası IXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Lakin məhkəmə qərarında IXM-in 38.1.-ci maddəsinə istinadən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilməsi barədə müddəaların səhvən üç ay göstərsə də, hazırki işə münasibətdə IXM-nin 38.3-cü maddəsini təbiq etməklə ümumən düzgün nəticəyə gəlməkdə haqlı olduğundan apellyasiya şikayətinin bu barədə dəlilləri qərarın ləğv edilməsi üçün əsas ola blməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsassızdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsinə əsas olmadığından şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdər Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar