Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1144/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3, barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından X5 Xidmətinin hüquq idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin müraciəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli sorğu məktubu poçt vasitəsi ilə göndərilmiş, lakin hər hansı bir səbəbdən istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəli, son haqq-hesab cədvəli təqdim edilməmiş və nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim T.S.Musayev) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, X5 Xidmətinin hüquq idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətdə, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Xidmət tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X2 şikayəti əsasında X5 Xidmətinin Bakı Şəhəri Idarəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli 3-17- */*-******/**** nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun MMC-yə çatdırılmasına baxmayaraq tələb edilən sənədlər siyahısından işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyasının hesablanması cədvəli, son haqqhesab cədvəli təqdim edilmədiyi üçün sözügedən sənədlər natamam təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilnəsi təsdiq edilmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən şikayətə etiraz verilmişdir. Məhkəmə iclasında, X5 Xidmətinin nümayəndəsi X3 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında, hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şikayətin təmin edilməməsini və inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmasını xahiş emişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində, X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər üzrə müvafiq araşdırma aparılarkən, X5 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli 3-17- */*-******/**** nömrəli məktubun ##.##.2025-ci il tarixdə MMC-yə çatdırıldığı və həmin sorğuya cavab olaraq MMC tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli, № **/** nömrəli (əmək məzuniyyətinə buraxılmasına dair ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli əmrlər, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, son haqq hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər məktuba qoşma edilmişdir) məktubun ##.##.2025-ci il tarixdə X5 Xidmətinə daxil olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi, inzibati orqanın şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi, inzibati iş üzrə mübahisəli məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı hüquqi şəxsin nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Şikayətin dəlilləri ilə müqayisədə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, birinci instansiya məhkəməsində, X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas olmuş hallar, apellyasiya baxışı zamanı təkzib olunmamış, əksinə bir daha təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, inzibati iş üzrə toplanmış icraat sənədlərinə və X5 Xidmətinin şikayətinin dəlillərinə münasibətdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iş üzrə təqsiri müəyyən edilməmişdir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1144/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1144/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver