Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1145/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## #### 2025ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla “xxxx” MMC-nin direktoru Hüseynov İsmayıl Yaqub oğlu (bundan sonra - Hüseynov İsmayıl Yaqub oğlu) ## ##### 2023-cü il tarixdə həmin MMCnin işçisi olmuş X5 əmək funksiyalarını yerinə yetirərkən ölümü ilə nəticələnmiş bədbəxt hadisənin baş verməsi barədə məlumatı səlahiyyətli orqana hadisənin baş verdiyi gün verməməsi müəyyən edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 1200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X1) Hüseynov İsmayıl Yaqub oğlunun verdiyi şikayət təmin edilmiş, sonuncu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan səlahiyyətli orqan şikayət verib, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi, Hüseynov İsmayıl Yaqub oğlu barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün nəinki hadisənin ağırlıq dərəcəsi, ümumiyyətlə hadisənin istehsalatda baş verən bədbəxt hadisə olması belə mütləq deyildir. Sözügedən maddə üzrə inzibati xəta hadisə barədə araşdırmanın yekun neticəsi ilə yox, hadisə baş verdikdən sonra araşdırılma aparılması məqsədi ilə bağlıdır. Buna görə də birinci instansiya məhkəməsinin ## ##### 2023-cü il tarixdə X5 iş yerində təbii ölüm (infarkt) səbəbindən vəfat etməsinə əsaslanıb, Hüseynov İsmayıl Yaqub oğlunun əməlində Azərbaycan Respublikası İXMin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmaması barədə nəticəyə gəlməsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə verilmiş şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. - 217.4-cü maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi gəldiyi müvafiq nəticəni iş materiallarında olan, Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli, AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin əsasında “xxxx” MMC-nin işçisi olmuş X5 ## ##### 2023-cü il tarixdə iş yerində istehsalatda baş vermiş bədbəxt hadisə deyil, təbii ölüm (infarkt) səbəbindən vəfat etməsi, bu fakt barədə Hüseynov İsmayıl Yaqub oğlunun səlahiyyətli orqana Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndində istehsalatda bədbəxt hadisələr tədqiq edilərkən təbii ölümün istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilməməsi və uçota alınmamasının göstərilməsinə görə həmin hadisənin araşdırılması üçün məlumat verməyə borclu olmaması, beləliklə də Hüseynov İsmayıl Yaqub oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olmaması ilə əsaslandırarkən haqlı olmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət isə əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1145/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1145/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver