Məhkəmə qərarları › İş №3(3-6)-1146/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1146/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1146/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yəhyayeva Qəhrəman Kazım oğlunun, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Yəhyayeva Qəhrəman Kazım oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən aidiyyatı üzrə göndərilmiş ##.##.2025-ci il tarixli, TP******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarı ilə Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, o ##.##.2025-ci il tarixində Bakı şəhəri, Xətai prospekti 42 ünvanında etibarnamə əsasında idarə etdiyim **MP*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işiıqforun göstəricisinə yol hərəkəti haqqında qanunun tələblərinə uyğun şəkildə hərəkət etməyinə baxmyaraq Bakı şəhər DYP-nin əməkdaşı tərəfindən inzibati tənbehə məruz qalmışdır. Mübahisənin əsas məqsədi obyektibv həqiqəti məhkəmə vasitasilə ortaya çıxararaq qanunun tələb və prnsiplərinə müvafiq qaydada haqsız və əsassız şəkildə məruz qaldığım inzibati tənbehin xitam olunmasıdır. Məhkəməyə gəldikdə isə məhkəmə tərəfindən mövcud qərar qəbul edildi. Qeyd edərək məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Nərimanov rayon məhkəməsi mənə aiddiyatı olmayan yol və işiıqforun göstəricisinə əsaslanaraq qərar qəbul etmiş və ya DYP tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP 7626368 sayı qəbul edilmiş qərarı əsaslı və qanuni hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən aşkar sürətdə pozulmuş yol hərəkətinə və ya tələblərinə riayət olunmasını bilavasitə ona şamil edilmiş yol hərəkəti göstərici və ya işıqforun tələbinə əsaslanmaslı olduğu halda öz mülahizəsinə uyğun olan digər hərəkət iştirakçılarının tələblərinə riayətə etməli olduğu qanunun tələblərinə əsaslanmıışdır. Bununla məhkəmə sübuta deyil öz mülahizələrinin əsasına uyuğun olaraq qərar qəbul etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 59-cu maddəsinə əsasən sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir, sarı rəngli işığın yanıb-sönməsi isə hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yəhyayeva Qəhrəman Kazım oğlu verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 bildirdi ki, videogörüntülərdən görünür ki, piyadal üçün yaşıl piyada işığı yanır. Sfetoforun işləmə mexanizmi var. Yaşıl piyada işığı yanırsa, digər tərəfə qadağanedici qırmızı işıq yanır. Odur ki, verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, “Kia Sorento minik” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri, Xətai prospekti, 42 ünvanında ## ####### 2025-ci il tarixdə saat 15:14-də “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” ## ####### 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir.. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Məhkəmə qeyd edir ki, iş materialına əlavə edilmiş CD diskdə olan hadisəni əks etdirən videogörüntüyə tərəflərin iştirakları ilə baxış keçirilmiş və müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri, Xətai prospekti, 42 ünvanında ## ####### 2025-ci il tarixdə saat 15:14-də idarə etdiyi “Kia Sorento minik” markalı **-MP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar