Məhkəmə qərarları › İş №3(3-6)-1147/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1147/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1147/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs – Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə Elçin oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli ## ###### 2025-ci il tarixli “inzibati tenbeh vermə haqında” qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MN ******* nömrəli ##.##.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MN ******* nömrəli ##.##.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini, X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə Elçin oğlu verilmiş şikayətin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından aydın olur ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin X1 İdarəsində çilingər vəzifəsində çalışmış X2 ##.##.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə əməyin mühafizəsi üzrə aidiyyəti təlimatların hazırlanaraq işçinin təlimatlandırılmaması nəticəsində baş vermişdir. Bununla əlaqədar Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şücəddin oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərar ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Birinci istansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü və həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, məhkəməyə təqdim edilmiş təlimatlarda müxtəlif heyvanlardan mühafizəyə dair təlimatlar mövcud olsa da ev heyvanları barədə təlimat təqdim edilməmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilmiş əməl iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun şikayət ərizəsini təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar