Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1148/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Bakı Regional Bölməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə ## ###### 2026cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 2.500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından həmçinin protokoldan aydın görünür ki, hadisənin şahidi olmayıb. Bu məsələdə əsas məqamlardan biri, inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Obdülhüseyn oğlu tərəfindən törədilibtörədilmədiyi faktı sübutunu tapmamışdır. Eyni zamanda bu kanalizasiya xəttinin zədələnməsi faktı, bu hadisənin nə zaman baş verdiyi və kimin tərəfindən həyata keçirildiyi heç bir sübutla öz təsdiqini tapmamışdır. Hüquqlarını müdafiə eldiyi şəxs tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Əvvəldən həmin ərazidə xətt olub, onlar sadəcə xətti yuxarıdan qoşublar. Orada olan obyekt Əmlak Məsələləri Dövlət Xidmətindən özəlləşdirilib və əvvəllər dövlət mülkiyyətində olub. Obyekt özəlləşən zaman artıq xətt qoşulu vəziyyətdə olub. Həmin xətt Xətai rayon Su İdarəsi tərəfindən çəkilib. Protokolda qeyd olunan ərazidə çəkilmiş kanalizasiya xətti “T” şəkillidir, bir hissəsi moykaya qoşulub. Yağış yagan zaman su yerə töküldüyü üçün palçıq olduğundan, orada fəaliyyət göstərən bağçanın müdiri demişdir ki, uşaqların keçidinə çətinlik yaranır. Bu səbəbdən onlar xətti yuxarıdan qoşmuşlar, lakin yerdə heç bir qazıntı işləri aparılmamışdır. Qazıntı işlərinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əbülhüseyn oğlu tərəfindən aparıldığı heç cür təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Bakı Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək belə hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Bakı Regional Bölməsinin baş məsləhətçisi müfəttiş X4 tərəfindən tərtib olunmuş ## ###### 2026 cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 1 ünvanında ## ###### 2026-cı il tarixində su təsərrüfatı qurğusunu zədələməklə və onların istismar qaydalarına riayət etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti * saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ****** nömrəli aktda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai rayonunun inzibati ərazisində su təchizatı və tullantı suları şəbəkələrinin monitorinqi həyata keçirilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan qeyri yaşayış obyektində (supermarket) kanalizasiya baxış quyusunu zədələməklə, müqavilə olmadan istismar qaydalarına riayət edilmədən tullantı suları şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona məxsus qeyri-yaşayış obyektində formalaşan kanalizasiya suları və həmçinin yağış suları istismar qaydalarına zidd olaraq müqaviləsiz d=100 mm-lik boru vasitəsilə kanalizasiya şəbəkəsinə axıdılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən yağış sularının axıdılması qadağandır. Lakin buna baxmayaraq vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qeyri qanuni çəkilmiş xətlə yağış suları kanalizasiya sisteminə axıdılır. Nəticədə vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 12 və 13-cü bəndlərinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 37, 56, 57, 58, 59, 67 və 68-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 9.11.3-cü bəndinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd diskdə olan videogörüntüdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən su təsərrüfatı qurğusunun istismarı qaydaları pozulmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1 A ünvanında yerləşən qeyri-yaşayış binası ## ###### 2020-ci il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlar, o cümlədən inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş şəkil və videogörüntü və digər sübutlar birgə və qarşılıqlı şəkildə qiymətləndirilərək belə nəticəyə gəlinmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvan 1 ünvanında ## ###### 2026-cı il tarixində su təsərrüfatı qurğusu zədələnməklə istismar qaydalarına riayət edilməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında verilmiş izahat isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi müdafiə xarakterli izahat olmaqla həqiqəti əks etdirmir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahat obyektiv sübutlarla, o cümlədən videogörüntü ilə təkzib edilir və bu səbəbdən məhkəmə həmin ifadələri etibarlı sübut kimi qəbul etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: bu Məcəllənin 102-ci maddəsində göstərilən hallarda; su obyektlərini özbaşına tutduqda və ya sudan özbaşına istifadə etdikdə; su obyektlərində özbaşına hidrotexniki və digər qurğular tikdikdə; su obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda; sudan istifadə limitlərinə əməl etmədikdə; su istehlakçılarını müəyyən olunmuş müddətlərdə və həcmdə su ilə təmin etmədikdə; su obyektlərini çirkləndirdikdə, zibilləndirdikdə və tükəndirdikdə; su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar etdikdə; su ehtiyatlarından israfçılıqla istifadə etdikdə; sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini pozmaqla suları çirkləndirdikdə, torpaqların su eroziyasına və başqa zərərli hallara səbəb olduqda; hidrotexniki və kommunal su təsərrüfatına aid olan işləri özbaşına gördükdə; su təsərrüfatı qurğularını və avadanlığını zədələdikdə, onların istismarı qaydalarına riayət etmədikdə; su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda; sudan təyinatı üzrə istifadə etmədikdə; su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; kollektor və drenaj sistemlərini dağıtmaqla torpaqların meliorasiya vəziyyətini pisləşdirdikdə; sudan istifadəyə görə haqqı və sudan istifadə qaydalarını pozmağa görə cərimələri, habelə su obyektlərinə və ətraf mühitə axıdılan tullantı sular görə ödənişləri vaxtında ödəmədikdə; lazımi icazə olmadan su çıxarmaq üçün quyular qazdıqda və ya su çıxarmaq üçün quyuların qazılması qaydalarını və texnologiyasını pozduqda; su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; su obyektlərinin dövlət monitorinqinin, suların dövlət uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət etmədikdə; xüsusi qorunan su obyektlərinin rejimini pozduqda; su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət edən orqanların göstərişlərini yerinə yetirmədikdə; içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya mühafizəsi zonalarının tələblərini pozduqda; içməli suyun keyfiyyəti sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlmədikdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Həmçinin, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən ayrıca kanalizasiya sistemlərinin və tullantı suları axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə birləşdirilməsi üçün: a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə kanalizasiya müəssisəsi zəmanət verməli; c) qoşulacaq obyektin kanalizasiya qurğularının vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri yoxlamanı keçirməli; ç) müraciət edən obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda torpaq işləri xərclərini) ödəməlidir. Həmin Qanunun 39-cu maddəsinin 1-ci hissəsinə əsasən ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır: a) yağış sularının; b) tullantı sularının emalına və ya axmasına mane olan, kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin; c) neft məhsullarının və kalsium karbidin; ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin; d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı sularının; e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və maddələrin. Həmin Qanunun 39-cu maddəsinin 2-ci hissəsinə əsasən tullantı sularının yağış kanalizasiya sisteminə axıdılması qadağan edilir. Məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd diskdə olan videogörüntüdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ünvan 1 ünvanında su təsərrüfatı qurğusunun istismarı qaydaları pozulmuş və ümumi istifadədə olan kanalizasiya sisteminə boru vasitəsilə yağış sularının axıdılmasına (atılmasına) şərait yaradılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Vəkil əvvəldən həmin ərazidə xətt olduğunu, onların sadəcə xətti yuxarıdan qoşduqlarını, orada olan obyektin başqa adamın adına özəlləşdirilmiş yer olduğunu, onlar alanda artıq xəttin qoşulu vəziyyətdə olduğunu, həmin xəttin Xətai rayon Su İdarəsi tərəfindən çəkildiyini bildirsə də, iş materiallarına əlavə edilmiş çıxarışdan da məlum olduğu kimi Bakı şəhəri, Xətai rayonu, X1 küçəsi, 1A ünvanında yerləşən qeyri-yaşayış binası ## ###### 2020-ci il tarixdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi mülkiyyətində olmuş, lakin istehlakçı tərəfindən su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarının pozuntuları uzun müddət ərzində aradan qaldırılmamışdır. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Vəkil səlahiyyətli orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilməsinin də qanunsuz olduğunu bildirsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair ## #### 2013-cü il tarixli qərarına əsasən “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:- hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, R və ya R olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;- dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;- xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;- beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Məhkəmə qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyri-yaşayış sahəsi market kimi fəaliyyət göstərir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, əməlin törədilməsi inkar edilsə də, iş materiallarında olan sübutlar vəzifəli şəxsin əməlində su təsərrüfatı qurğusunu zədələmək və onların istismar qaydalarına riayət etməmək inzibati xəta tərkibinin əlamətlərinin olmasını təsdiq edir və bu sübutları inkar edən və ya mötəbərsizliyini göstərən hallar apellyator tərəfindən göstərilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa məhkəmə inzibati tənbeh tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, şikayətdə göstərilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad olunaraq, qərarın ləğv edilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-ci il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1148/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1148/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver