Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1149/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə İlham oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP 7822534 inzibati xəta haqqında protokol birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İlham oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta tərkibi olmadığına iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İXM-in 347-ci maddəsinin məqsədi xəta törətmiş sürücünün müəyyən edilməsidir. İş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə baş vermiş xəta üzrə sürücü X4 artıq ##.##.2026-cı il tarixli, EQ******** nömrəli qərarla cərimələnmiş və bu cərimə ##.##.2026-cı ildə ödənilmişdir. Sürücü artıq məlum olduğu və məsuliyyətə cəlb edildiyi halda, şirkətin məlumat verməməyə görə cərimələnməsi İXM-in 3-cü və 12.1-ci maddələrinin (təqsir prinsipi) ruhuna ziddir. Məhkəmə sorğu məktubunun ##.##.2026-cı ildə "Şərifova" soyadlı şəxs tərəfindən qəbul edildiyini əsas götürmüşdür. Lakin məhkəməyə təqdim edilmiş ştat cədvəli ilə sübut edilmişdir ki, MMC-də belə bir əməkdaş yoxdur. Məktubun səlahiyyətli olmayan şəxs tərəfindən qəbulu onun hüquqi şəxsə çatdırılması hesab edilə bilməz. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə İlham oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026cı il tarixli IXP 7822534 inzibati xəta haqqında protokola əsasən, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan «JAC S3 PRO» minik markalı **YU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı (##.##.2026-cı il, saat 18:06) idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. İş materiallarında olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan «JAC S3 PRO» minik markalı **YU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ##.##.2026-cı il, saat 18:06-da Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 183 km-də Azərbaycan Respublikası İXM-in 328.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan bildirişdən və onun ünvan sahibinə rəsmi qaydada təqdim edilməsini təsdiq edən SX*********AZ nömrəli qəbzdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi hüquqi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək, mülkiyyətində və ya istifadəsində olan «JAC S3 PRO» minik markalı **YU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın sorğu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim edilməsini xahiş etmişdir. Bildiriş ##.##.2026-cı il tarixdə “Şərifova” soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **YU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlaqədar yol vərəqələri portala yerləşdirilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, **YU*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 tərəfindən EQ******** nömrəli elektron qərarla bağlı tətbiq edilmiş 50 manat məbləğində inzibati cərimə ödənilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, MMC-nin Şərifova adlı işçisi yoxdur İş materiallarına əlavə edilmiş etibarnamədən, əmək müqaviləsi bildirişindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şərif-zadə Xəyal Kamran oğludur, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 146-dır. İş materiallarında olan “xxxx” MMC-nin məhkəmənin sorğusuna ünvanladığı ##.##.2026-cı il tarixli məktubdan görünür ki, ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə X1 İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan SX047519120AZ ştrix kodlu məktub, ##.##.2026-cı il tarixində AZ**** saylı Poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Şərifova soyadlı əməkdaşına təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi ##.##.2026-ci il tarixində AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə Dövlət Yol Polisi İdarəsinin Həsənov Ruslan adlı əməkdaşına təhvil verilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə həmin qənaətə gələrkən hüquqi şəxsin “Şərifova” soyadlı əməkdaşının ştat cədvəlində mövcud olmaması faktı ilə bağlı müəyyən etmişdir ki, hüquqi şəxsin direktoru X2r və hüquqi ünvan onun yaşayış ünvanı ilə üst-üstə düşür. Bu halda, eyni ünvanda “Şərifova” soyadlı şəxsin poçt göndərişini qəbul etməsi təsadüfi hal kimi qəbul edilə bilməz. Bu baxımdan, bildirişin “Şərifova” soyadlı şəxs tərəfindən qəbul edilməsi həmin şəxsin hüquqi şəxsin fəaliyyət dairəsində olan, eyni ünvanda yaşayan və poçtu qəbul etmək imkanı olan şəxs olması ehtimalını gücləndirir və hüquqi şəxs üçün hüquqi nəticə doğurur. Başqa sözlə, bildirişi qəbul edən Şərifovanın hüquqi şəxsin əmək müqaviləsi əsasında işçisi olmaması, həmin ünvanda yaşayan ailə üzvlərinin mövcudluğunu istisna etmir. Əksinə, eyni soyadı daşıyan şəxsin (“Şərifova”) həmin ünvanda poçt göndərişini qəbul etməsi onun hüquqi şəxsin qanuni nümayəndəsi ilə ailəvi və ya ən azı məişət əlaqələrinin olmasını yüksək ehtimalla göstərir. Bu isə poçt göndərişinin hüquqi şəxsə çatdırılmış hesab edilməsi üçün kifayət edən hal kimi qəbul olunur. Məhkəmə iş materiallarını bir daha araşdıraraq və verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli hesab edilməsi qanuni və əsaslı nəticəyə gəlmiş və həmin nəticəni öz qərarında kifayət qədər əsaslandırmışdır. Buna görə də verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1149/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1149/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver