Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1150/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin əməkdaşları tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və göstərilmişdir ki, tərəfindən İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokola dair tələblər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli ******* saylı inzibati xəta haqqında protokola nəzər saldıqda, sənədin həmin tələblərə cavab vermədiyi görünür. Belə ki, protokolun “müəyyən edildi” qrafası ilə başlayan təsviri-əsaslandırıcı hissəsində, inzibati xətanın mahiyyəti təsvir olunmaqdansa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin törədildiyi göstərilmişdir. İnzibati xətanın nədən ibarət olduğu təsvir edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, 100.1.4-cü maddəsinə əsasan inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda mütləq göstərilməlidir. Qeyd olunduğu kimi, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində o, göstərilmiş, xətanın mahiyyəti əvəzinə isə İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi göstərilmiş, xətanın nədən ibarət olması göstərilməmiş və əsaslandırılmamışdır. Protokolun İXM-in tələblərini pozmaqla və sübutlarla əsaslandırılmadan tərtib olunmasına baxmayaraq, həmin protokol əsasında, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsi ##.##.2026-cı il tarixli, ******* saylı qərar çıxarmış və ona 50 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin ##.##.2026-cı il tarixli, ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Protokolda silahın saxlanma qaydasının pozulmasının nədən ibarət olduğu görünməsə də, ona məxsus silaha baxış keçirən sahə inspektoru Şahin Sadıqov, şifahi qaydada bildirmişdir ki, silahı dəmir seyfdə saxlamalıdır, seyf olmadığı üçün, saxlanma qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 002-ci il 24 avqust tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Dövlət Kadastrının aparılması qaydasının 3.6-cı bəndinə əsasən bu Qaydaların 3.1.1- 3.1.3-cü bəndlərində göstərilən subyektlərin silah və onun döyüş sursatının saxlanması üçün ayırdıqları ayrıca yerlər (binalar, anbarlar, otaqlar) aşağıdakı əsas tələblərə cavab verməlidir: 3.6.1. belə yerlər məxsusi olaraq silah və döyüş sursatının saxlanılması üçün nəzərdə tutulmalıdır; 3.6.2. belə yerlər yüksək səviyyədə texniki və ya digər mühafizə vasitələri, habelə yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir və mövcud sanitar normalara cavab verməlidir; 3.6.3. silahlar və döyüş sursatları etibarlı şəkildə kilidlənən seyflərdə və ya dəmir şkaflarda saxlanılmalıdır; Qaydanın 3.1.1-3.1.3-cü bəndlərində nəzərdə tutulmuş subyektlər aşağıdakılardır: 3.1.1. silah və onun döyüş sursatını istehsal edən müəssisələr - xidməti və mülki silahın istehsalı üçün verilən xüsusi icazə əsasında; 3.1.2. silah və onun döyüş sursatının satışı ilə məşğul olan müəssisələr - xidməti və mülki silahın satışı üçün verilən xüsusi icazə əsasında; 3.1.3. dövlət orqanları və hüquqi şəxslər - xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında. Göründüyü kimi, silahın dəmir seyfdə saxlanması tələbi, yalnız, silah istehsal edən və satışını həyata keçirən müəssisələr, dövlət orqanları və hüquqi şəxslərdir. Mülki silah əldə edən vətəndaşların silah saxlama qaydası isə, həmin qaydaların 3.13-cü bəndində nəzərdə tutulmuşdur. Belə ki, qaydanın 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin silahların qeydiyyatda olduğu daxili işlər orqanları vətəndaşlara məxsus olan silah və döyüş sursatının saxlanma şəraitini yoxlamaq hüququna malikdir. Yoxlama bu Qaydaların 3.10 və 3.11-ci bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Beləliklə, cəriməni tətbiq edən orqan tərəfindən, vətəndaşın ona məxsus mülki silahın dəmir seyfdə saxlamalı olduğuna dair tələbi qanunsuzdur. Bu səbəbdən, ona cərimə əsassız tətbiq edilmişdir. Bundan başqa, inzibati xətalar qanunvericiliyinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilərkən, şəxs onun hüquq və vəzifələri edilməlidir. İXM-nin 109.1.2ci bəndinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 79-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Protokoldan və qərardan göründüyü kimi, polis orqanı tərəfindən bu normanın tələbi pozulmuş, protokol tərtib edildikdən dərhal sonra, onun iştirakı təmin edilmədən, inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, müdafiə olunmağı üçün zəruri sübutları təqdim etməyinə şərait yaradılmamışdır. Odur ki, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli (hakim Vüsal Tağıyev) qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, protokolda silahın saxlanma qaydasının pozulmasının nədən ibarət olduğu görünməsə də, ona məxsus silaha baxış keçirən sahə inspektoru Şahin Sadıqov, şifahi qaydada bildirmişdir ki, silahı dəmir seyfdə saxlamalıdır. Seyf olmadığı üçün, saxlanma qaydaları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın Dövlət Kadastrınm aparılması qaydasf’nın 3.6. Bu Qaydaların 3.1.1 - 3.1.3-cü bəndlərində göstərilən subyektlərin silah və onun döyüş sursatının saxlanması üçün ayırdıqları ayrıca yerlər (binalar, anbarlar, otaqlar) aşağıdakı əsas tələblərə cavab verməlidir: 3.6.1. belə yerlər məxsusi olaraq silah və döyüş sursatının saxlanılması üçün nəzərdə tutulmalıdır; 3.6.2. belə yerlər yüksək səviyyədə texniki və ya digər mühafizə vasitələri, habelə yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir və mövcud sanitar normalara cavab verməlidir; 3.6.3. silahlar və döyüş sursatları etibarlı şəkildə kilidlənən seyflərdə və ya dəmir şkaflarda saxlanılmalıdır. Qaydanın 3.1.1-3.1.3-cü bəndlərində nəzərdə tutulmuş subyektlər aşağıdakılardır: 3.1.1. silah və onun döyüş sursatını istehsal edən müəssisələr - xidməti və mülki silahın istehsalı üçün verilən xüsusi icazə əsasında; 3.1.2. silah və onun döyüş sursatının satışı ilə məşğul olan müəssisələr - xidməti və mülki silahın satışı üçün verilən xüsusi icazə əsasında; 3.1.3. dövlət orqanlan və hüquqi şəxslər - xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə əsasında. Göründüyü kimi, silahın dəmir seyfdə saxlanması tələbi, yalnız, silah istehsal edən və satışım həyata keçirən müəssisələr, dövlət orqanları və hüquqi şəxslərdir. Məhkəmə şikayətin rədd edilməsi ilə bağlı mövqeyini əsaslandırarkən, ona verilən suala cavab olaraq, həmin silahı yataq otağında paltar dolabının üzərində saxladığını bildirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” Qaydalarının 3.13-cü bəndinə əsasən vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Məhkəmə, silahın yataq otağında paltar dolabında saxlanmasının “silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə” saxlanılması kimi qiymətləndirmədiyini əsaslandırmamış, “bağlı yer" dedikdə hansı şəraitin nəzərdə tutulduğunu şərh etməmişdir. Məhkəmə onun tərəfindən silahın “bağlı yerdə” saxlanılmadığı barədə nəticəyə gəlirsə, bağlı yerin nədən ibarət olduğunu və kilidlə bağlanan yataq otağında yerləşən dolabın hansı əsasla bağlı yer hesab edilmədiyini şərh etməli idi. Göstərilənlərdən başqa, məhkəmə, inzibati orqan tərəfindən protokolun tərtibi qaydaları (İXM 100-cü maddə), habelə protokolun tərtibindən sonra inzibati xətaya dair işə baxılması müddətləri və qaydasının (İXM 109-cu maddə) pozulması barədə şikayətin dəlillərinə də qiymət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, qeyd edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirsə də, onun təqsiri məhkəmə icraatı zamanı inzibati iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən məsələnin predmeti ov silahı və onun saxlanılması qaydalarıdır. Ov silahı vətəndaşlar üçün xüsusi şərtlərlə icazə verilən silah növü olsa da, yüksək təhlükə mənbəyi olmaqla qanunverici onun sahibinin üzərinə təhlükəsiz silahın şəraitdə saxlanılması və digər şəxslərin əlçatanlığının qarşısının alınması ilə bağlı xüsusi vəzifələr müəyyən etmişdir. Belə ki, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü bəndinə əsasən mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Həmin Qanunun 15-ci maddəsinin II hissəsinnə əsasən silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin III hissəsinin 3-cü bəndinə əsasən silahın və ya döyüş sursatının başqa şəxsin ələ keçirməsini və yaxud onlardan istifadə etməsini istisna edən şəraitdə saxlanılmasını təmin etmək mülki silah sahibinin vəzifələrinə aiddir. Lakin iş materiallarından göründüyü kimi barəsində inzibati xəta ilə bağlı icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunun silahın təhlükəsiz şəraitdə saxlanılması ilə bağlı tələblərə əməl olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1150/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1150/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver