Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1151/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, “xxxx” Firmasının və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən vəzifəli şəxs qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025ci il tarixli e-*-*(***)-***/**** saylı və eyni tarixli e-*-*(***)-***/**** saylı icra sənədləri üzrə tələb qərəzli olaraq icra edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, həmin qərarın qismən - vəsatətə baxılmaması hissəsində ləğv edilməsini, işin həmin hissədə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini və ya apellyasiya instansiyası tərəfindən bu məsələ üzrə qərar qəbul edilməsini, ## ###### 2026-cı il tarixli vəsatətə hüquqi qiymət verilməsinin təmin edilməsini və icra məmuru X1 hərəkətlərinə hüquqi qiymət verilməsi və zəruri hallarda xüsusi qərardad çıxarılması məsələsinə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi hissəsi ilə razıdır. Lakin məhkəmə tərəfindən işə baxılarkən yol verilmiş ciddi prosessual pozuntular səbəbindən qərarın natamam qəbul edilməsi ilə razı deyil və onun qismən ləğv edilməsini xahiş edir. Belə ki, tərəfindən ## ###### 2026-cı il tarixdə icra məmuru X1 qanunsuz hərəkətləri ilə bağlı onun intizam məsuliyyətinə cəlb olunması üçün xüsusi qərardad çıxarılması barədə yazılı vəsatət təqdim edilmişdir. Lakin məhkəmə həmin vəsatəti ümumiyyətlə araşdırmamış, vəsatətə hüquqi qiymət verməmiş, təmin və ya rədd edilməsi barədə heç bir prosessual qərar qəbul etməmişdir. Bu hal İnzibati Xətalar Məcəlləsinin və ümumi hüquq prinsiplərinin kobud pozuntusudur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 84.1 -ci maddəsinə əsasən məhkəmə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır.Təqdim edilmiş vəsatətin ümumiyyətlə nəzərdən keçirilməməsi bu tələbin pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinin mənasına görə iş üzrə əhəmiyyətli olan bütün məsələlər üzrə məhkəmə prosessual qərar qəbul etməlidir. Vəsatətə münasibət bildirilməməsi prosessual hərəkətsizlikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təmin edilir. Vəsatətin cavabsız saxlanılması bu hüququn pozulmasına gətirib çıxarır. Məhkəmə qərarının əsaslandırılmış olması prinsipi pozulmuşdur Məhkəmə qərarında vəsatətə dair heç bir mövqe bildirilməmişdir ki, bu da qərarın natamam olmasına səbəb olmuşdur. Məhkəmə qərarda icra məmuru tərəfindən könüllü icra bildirişinin təqdim edilməməsini, icra prosesində ciddi çatışmazlıqları dolayı şəkildə təsdiq etmişdir. Belə olan halda, məhkəmə həmin pozuntulara hüquqi qiymət verməli və zəruri hallarda xüsusi qərardad çıxarmalı idi. Lakin bu edilməmişdir. Beləliklə, məhkəmənin bu hərəkətsizliyi işin tam araşdırılmamasına, vəzifəli şəxsin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməməsinə, məhkəmə qərarının natamam qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən borclu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, icra məmuru məhkəmə iclasında iştirak etməmiş, məhkəmə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin məzmunundan görünür ki, icraata xitam verilməsinə dair hissədə qərar mübahisələndirilmir və apellyasiya şikayətinin dəlilləri icra məmuru barəsində xüsusi qərar (qərardad) çıxarılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirlilik məsələsini həll edərkən mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İnzibati Xətalar Məcəlləsinin 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*-*(***)-***/**** saylı icra sənədinə əsasən, “xxxx” MMC ilə “xxxx” MMC arasında ## ##### 2016-cı il tarixdə bağlanmış icraə müqaviləsinə əsasən cavabdeh “xxxx” MMC-yə icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən 400 kv.metr-dən ibarət olan qeyri-yaşayış sahəsinin cavabdeh MMC tərəfindən boşaldılaraq iddiaçı “xxxx” MMC-yə təhvil verilməsi qərara alınmışdır. Həmin Məhkəmənin eyni tarixli, e-*-*(***)-***/**** saylı icra sənədinə əsasən, “xxxx” MMC ilə “xxxx” Firması arasında ## ###### 2015-ci il tarixdə bağlanmış 2420 və **** nömrəli icarə müqavilələrinə əsasən cavabdeh “xxxx” Firmasına icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin üçüncü mərtəbəsində yerləşən 2420 və **** nömrəli qeyriyaşayış sahələrinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçı “xxxx” MMC-yə təhvil verilməsi qərara alınmışdır. Birinci icra sənədi üzrə ## ###### 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclu MMC-yə göndərilmişdir. İkinci icra sənədi üzrə ## ###### 2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclu Firmaya göndərilmişdir. ## ###### 2026-cı il tarixdə hər iki icra sənədi ümumi icraatda birləşdirilmişdir. ## ###### 2026-cı il tarixdə İcra Şöbəsində izahatı alınmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, hər iki icra sənədində göstərilən anbarların qapılarının qarşı tərəfin nümayəndələri tərəfindən xüsusi qaydada kilidlənməsi və möhürlənməsi nəticəsində həmin qeyri-yaşayış sahələrini boşaldıb təhvil verə bilmir. ## #### 2026-cı il tarixli aktda göstərilmişdir ki, ## #### 2026-cı il tarixdə e-2-2(113)- ***/**** saylı icra sənədində qeyd olunan qeyri-yaşayış sahələrinə baxış keçirilmişdir. 400 kv.metr sahəli qeyri-yaşayış sahəsinin giriş qaplarına tələbkar tərəfindən qoyulmuş kilid açıldı, işıqlar yandırıldı və obyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verildi. Borclu ## #### 2026-cı il tarixdən başlayaraq 10 gün müddətinə könüllü olaraq icra vərəqəsində göstərilən obyekti boşaldacağını öz öhdəsinə götürmüşdür. ## #### 2026-cı il tarixli aktda göstərilmişdir ki, ## #### 2026-cı il tarixdə e-2-2(113)- ***/**** saylı icra sənədində qeyd olunan qeyri-yaşayış sahələrinə baxış keçirilmişdir. 2420 və **** nömrəli qeyri-yaşayış sahələrinə tələbkar tərəfindən qapılara tros (xüsusi kilik və möhür) vurulmuşdur. Həmin troslar tələbkar tərəfindən açılmış, həmin qeyri-yaşayış sahələri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilmişdir. Borclu ## #### 2026-cı il tarixdən başlayaraq 10 gün müddətinə könüllü olaraq icra vərəqəsində göstərilən 2 obyekti boşaldacağını öz öhdəsinə götürmüşdür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi qənaətinə gələrkən qərarını onunla əsaslandırmışdır ki, “məhkəməyə təqdim edilmiş iş materiallarında yuxarıda qeyd olunan icra vərəqələrinin (tələbin) könüllü icrasına dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müddət təyin edilməsi və bu barədə ona bildiriş verilməsini təsdiq edən hər hansı sübuta rast gəlinmir. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə təqdim etdiyi videoçəkilişlərdən və tələbkarın nümayəndəsinin çıxışından məlum olmuşdur ki, məhkəmə qərarlarına əsasən boşaldılması qərara alınmış obyektlərin qapıları tələbkarın nümayəndələri tərəfindən bağlanmışdır”. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi hallar hazırkı halda mövcud olmadığı qənaətinə gəlmiş və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarından da aydın olur ki, inzibati tənbeh nəzərdə tutulan maddənin tələbi olan “qərəzli ödəməmə, üzrsüz səbəbdən icra etməmə” halı işin faktiki halları ilə təsdiq edilmir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Birinci instansiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 75-84-cü maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə birinci instansiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibinin olmaması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Digər tərəfdən, şəxsin vəsatətinin təmin edilməməsi və icra məmurunun barəsində xüsusi qərar qəbul edilməsinə dair tələbə aid hissədə məhkəmə qeyd edir ki, icra məmurunun barəsində xüsusi qərar (qərardad) çıxarılması ilə bağlı birbaşa və məcburi norma nəzərdə tutulmamışdır. Beləliklə, vəsatətin təmin edilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, hazırkı mərhələdə də icra məmurunun barəsində xüsusi qərar qəbul edilməsi üçün əsaslar müəyyən edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Odur ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. “xxxx” Firmasının və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1151/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1151/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver