Məhkəmə qərarları › İş №3(3-6)-1152/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1152/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1152/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək, onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanə törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş, toplanmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-cı maddəsinin dispozitiv şərti yəni hər hansı bir şəxs o zaman bu maddə ilə inzibati qaydada təqsirli hesab edilə və tənbeh oluna bilər ki, o, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişini icra etməsin. Qeyd olunanlara əsasən onun əməlimdə sadalanan halların baş verməsinin sübut olunması halında inzibati xəta baş vermiş hesab edilə və barəsundə qəbul olunmuş inzibati qərar qanuni hesab oluna bilər. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsiində qəbul olumus qərarın əsasını X4 Xidmətinin Bakı səhər idarəsi tərəfindən onun vaxtı ilə direktoru olduğu ** nömrəli məktəb liseyə ünvanlandığı ## #### 2025ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubunun məktəb rəhbərliyi tərəfindən (onun tərəfindən) vaxtında cavablandırılmaması olmuşdur. Qərar qəbul edən orqan belə qənaətə gəlmişdir ki, həmin sorğuya cavabın verilməməsinin təqsirkarı odur və ona görə də barəsində ##.##.2025-ci il tarixdə inzibati qərar qəbul etmişdir. Hazırkı şikayət ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/**-***-M/**** saylı əmrinin 1-ci bəndindən görünür ki, ona ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək cəmi 56 gün müddətinə əmək məzuniyyəti verilmişdir, həmin müddət ərzində isə direktor vəzifəsi rəsmi olaraq həmin əmrlə direktor müavini X5 həvalə edilmişdir. Hazırkı şikayət ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Elm vəTəhsil nazirliyi Bakı səhəri üzrə Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*- *-****-K/**** saylı əmrinin 2-cı bəndindən görünür ki, o, ##.##.2025-ci il tarixdən ** nömrəli məktəb-liseyinin direktor vəzifəsindən azad olunmuşdur. X4 ## #### 2025ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubu icra üçün məktəbə daxil olarkən o, məzuniyyətdə olduğu, səlahiyyətli şəxs olmadığı, direktor vəzifəsini digər bir şəxsin verinə yetirməsi halı nəzərə alınmamış və nəticədə barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. İnzibati qərar qəbul edən orqan kifayət qədər araşdırma aparmadan, məlumatları dəqiqləşdirmədən, onun məlumatı olmadan barəsində qanunsuz və əsassız qərar qəbul etmişdir və onun belə bır qərar qəbul edilməsindən xəbəri olmamışdır. Belə ki, həmin dövrdə yəni istər sorğu məktub göndərilən vaxt, istər protokol yazılan vaxt və istərsə də qərar qəbul edilən vaxt o, məktəbin direktoru olaraq fəaliyyət göstərməmişdir. Hazırda şikayət etdiyi qərarı bir neçə gün əvvəl qeyri rəsmi qaydada əvvəlki iş yoldaşlarından əldə etmiş, qərar qəbul edən orqanın həmin qərarı ona təqdim etməsi ilə bağlı heç bir sübut yoxdur. Ona görə də məhkəmədən xahiş edir bu halları nəzərə alıb qərardan şikayət müüddətini ötürülməmiş hesab edərək hazırkı şikayətinə baxılması təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayəti təmin edilərək, həmin qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və X4 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 şikayəti əsasında Xidmətin Bakı Şəhər İdarəsində aparılan araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu Bakı şəhəri üzrə Təhsil İdarəsi ** nömrəli məktəb liseyinə məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı Şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. Lakin sənədlər təqdim edilməmişdir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs)nun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı şikayətə ilkin olaraq baxılaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair barəsində olan materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilmiş, toplanmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən qərarında qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi inzibati xəta haqqında icraat zamanı inzibati xəta hadisəsinin və ya Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilmiş inzibati xətaya dair təqsirinin olubolmaması barədə düzgün daxili inamını formalaşdırıb nəticəyə gəlməsi üçün işin bütün hallarını, o cümlədən səlahiyyətli orqanın ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun ** nömrəli tam orta məktəbə hansı tarixdə daxil olmasını, həmin tarixdə Qərardan şikayət verən orqan (şəxs) əmək məzuniyyətində olub-olmamasını, əgər məzuniyyətdə olmuşdursa, səlahiyyətli orqanın həmin sorğu məktubuna göstərilən məktəbin hansı vəzifəli şəxsinin tələb edilmiş müddət ərzində cavab verməli olduğunu bilavasitə məhkəmə iclasında tam, hərtərəfli və obyektiv qaydada araşdırmalı, nəticəsindən asılı olaraq, müvafiq qərar qəbul etməli idi. Lakin birinci instansiya məhkəməsi üzərinə düşən göstərilən vəzifələri yerinə yetirməməklə, iş üzrə natamam qərar qəbul etmişdir. İş materiallarında olan X4 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Bakı şəhər Təhsil İdarəsinə və ** nömrəli məktəbə *-**-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli sorğu məktubu ilə sorğu edilən sənədlər 7 iş günündə DƏMX BŞİ-yə təqdim edilmədiyi üçün məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində şərti olaraq cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ** nömrəli məktəb-liseyin ##.##.2026-cı il tarixli ** nömrəli məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək məzuniyyətdə olmuşdur. Həmin müddətdə onu X6 (təsərrüfat müdiri) əvəz etmişdir. ## #### 2025-ci il tarixli, 3-17- */*-*****/**** nömrəli məktub ** №-li məktəbə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarında qeyd edilmiş və işə yenidən baxmalı olan birinci instansiya məhkəməsi tərəfindən araşdırmalı olan zəruri hallarla bağlı məhkəmə bildimişdir ki, həmin əhəmiyyətli halların müəyyən edilməsi məqsədi ilə müvafiq sorğu verilərək aşağıdakılar müəyyən edilmişdir: səlahiyyətli orqanın ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ** nömrəli tam orta məktəbə ##.##.2025-ci il tarixdə daxil olmuşdur; barəsində inzibati cərimə qərarı qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək məzuniyyətində olmuşdur; səlahiyyətli orqanın ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ** nömrəli tam orta məktəbə daxil olan zaman həmin məktəbdə səlahiyyətli vəzifəli şəxs, yəni məktəb direktorunu əvəz edən şəxs direktor müavini X6 olmuş və həmin məktubu cavablandırmalı olan şəxs direktor müavini X6 olmuşdur. Yuxarıda qeyd olunan rəsmi sənədlərdən göründüyü kimi, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək liseyin direktoru olaraq rəsmi əmək məzuniyyətdə olmuş, direktor kimi (səlahiyyətli şəxs kimi) fəaliyyət göstərməmiş, məktuba cavab verməli olan səlahiyyətli şəxs olmamışdır və bu səbəbdən əmək müfəttişliyinin məlum sorğu məktubun məktəbə daxuil olmasından xəbərdar olması mümkün deyildir, eyni zamanda həmin məktuba cavab verməyə həmi imkanı, həmdə ki, rəsmi qaydada səlahiyyətləri xaricində olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında bildirmişdir ki, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək məktəbin direktoru Qərardan şikayət verən orqan (şəxs) əmək məzuniyyətində olduğu üçün həmin vaxt aralığında direktor vəzifəsini o, icra etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş mötəbər sübutlarla müəyyən olumuşdur ki, həmin dövr aralığında direktor vəzifəsini X6 (təsərrüfat müdiri) əvəz etmiş və məktəbin direktoru vəzifəsini o, icra etmişdir. Bununla da, təsdiq edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) DƏMX BŞİ sözügedən sorğu məktubundan xəbərdar olmamış, eləcə də həmin sorğu məktubunun icrasına dair göstəriş vermək imkanından məhrum olmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) təqsiri müəyyən edilmədiyindən onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarın əsasını onun tərəfindən müfəttişliyin məktubunun vaxtında cavablandırılmaması olmuşdur. Yuxarıda qeyd olunanlardan görünür ki, onun təqsiri olmadan barəsində inzibati qərar qəbul edilərək cərimə olumuşdur. İş materiallarında olan rəsmi sənədlər onu təsdiq edir ki, onun baş vermiş inzibati xəta hadisəsində təqsiri yoxdur, təqsirini sübut edən heç bir mötəbər sübut yoxdur əksinə rəsmi sənədlər əsasında müəyyən olunur ki, dövlət orqanının sözügedən müraciəti məktəbə daxil olarkən o, rəsmi əmrə əsasən direktor kimi fəaliyyət göstərməmiş, məzuniyyətdə olmuş, həmin müraciətdən xəbəri olmamışdır. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə və qərarda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati iş üzrə icraata xitam verilməsinə dair qənaətə gəlinmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar