Məhkəmə qərarları › İş №3(3-6)-1153/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1153/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1153/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçi - “Alyans” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, ##.##.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına ## ###### 2026-cı il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin polis sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar daxil olmuşdur. MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı narotik maddə istifadəçisi olduğu müəyyən edilmişdir. Eyni zamanda ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Sabunçu rayonu, ünvan 2 ünvanında polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq avtopatrula əyləşməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmşıdır ki, İXM-in 206-cı maddəsi şəxsin orqanizmində narkotik vasitə qalıqlarının olmasını (yəni sərxoşluq vəziyyətini) deyil, bilavasitə narkotik vasitənin qanunsuz “istehlakını”, yəni qəbul edilməsi hərəkətini cəzalandırır. İXM-in 12.1-ci maddəsinə əsasən inzibati xəta aktiv hərəkət və ya hərəkətsizliklə törədilir. Tibbi müayinənin nəticəsi yalnız şəxsin nə vaxtsa narkotik vasitə qəbul etdiyini təsdiqləyir, lakin bu “istehlak” hərəkətinin məhz Azərbaycan Respublikasının ərazisində baş verdiyini qətiyyən sübut etmir. İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında protokolda xətanın törədildiyi yer, vaxt və mahiyyəti konkret və dəqiq göstərilməlidir. Əgər protokolda göstərilən hallar Azərbaycan Respublikasının ərazisində törədilməni təsdiq etmirsə, bu, inzibati məsuliyyət üçün hüquqi əsas yaratmır və qərarın qanuniliyini şübhə altına alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, inzibati xəta — bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd və təqsirli sayılan əməldir (hərəkət və ya hərəkətsizlik). Məlumdur ki, hər bir dövlətin qanunları yalnız öz dövlət sərhədləri daxilindəki asayişi, qayda-qanunu və insanların birgəyaşayış normalarını (yəni ictimai münasibətləri) qoruyur. Yuxarıda da qeyd edilən İXM-nin 12.1-ci maddəsinə əsasən, bir əməlin inzibati xəta hesab edilməsi üçün o, məhz bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikasının inzibati qanunvericiliyi yalnız Azərbaycan ərazisində həyata keçirilir və buradakı daxili qaydaları tənzimləyir. Bir şəxsin hüquqazidd hərəkətinin (hazırki işdə olduğu kimi narkotik vasitə istehlak etməsinin) inzibati məsuliyyətə səbəb olması üçün bu əməl mütləq şəkildə Azərbaycan Respublikasının coğrafi hüdudları daxilində törədilməlidir. Bu inzibati xəta qanunvericiliyinin “ərazi şərti”dir. Əgər şəxs inzibati xəta əməlini başqa bir ölkənin ərazisində edibsə, o, həmin xarici ölkənin qanunlarını pozmuş olur. Bu halda Azərbaycanın daxilindəki ictimai qaydaya, yəni Azərbaycan Respublikası İXM-nin qoruduğu ictimai münasibətlərə heç bir real zərər toxunmur. Zərər toxunmadığı üçün də Azərbaycan Respublikasının İXM ilə məsuliyyət yarana bilməz. Bu səbəbdən heç də təsadüfi deyil ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız və yalnız Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla məsuliyyətə cəlb edilə bilərlər (İXM 16.5-ci maddə). Başqa sözlə, ölkə ərazisindən kənarda baş verən inzibati xəta Azərbaycanın qoruduğu ictimai münasibətlərə zərər vurmadığı üçün, AR İXM çərçivəsində cəzalandırıla bilməz. Qanunvericiliyin yuxarıda sadalanan tələbləri baxımından, əməl ölkə hüdudlarından kənarda baş verdiyi halda inzibati məsuliyyətin tətbiqi hüquqi əsasdan məhrumdur. İnzibati orqan tərəfindən tərtib edilən protokol özü natamamdır və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, İXM-in 100.1.4-cü maddəsi inzibati xəta haqqında protokolda xətanın törədildiyi yerin və vaxtın dəqiq göstərilməsini imperativ qaydada tələb edir. İnzibati orqan protokolda xətanın törədildiyi yer kimi müvəkkilimin faktiki olaraq narkotik vasitəni qəbul etdiyi yeri deyil, onun saxlanıldığı (və ya tibbi yoxlamadan keçdiyi) yeri göstərmişdir. Tibbi yoxlama aparılan yer inzibati xətanın (istehlakın) törədildiyi yer hesab oluna bilməz. Beləliklə, inzibati xətanın törədildiyi yer və vaxt məlum deyildir ki, bu da protokolu qüsurlu və etibarsız edir. Bundan başqa Müvəkkilimə qarşı irəli sürülən İXM 535.1-ci maddə (tabesizlik) üzrə ittiham da tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Maddə tələbin məhz ictimai qaydanın mühafizəsi ilə bağlı olmasını şərtləndirir. Bu o deməkdir ki, polisin tələbi subyektiv istəyə deyil, məhz konkret bir ictimai qaydanın qorunmasına xidmət etməlidir. Əgər şəxs sakit dayanıbsa və heç bir qayda pozuntusu etmirsə, polisin ona yaxınlaşıb patrul avtomobilinə əyləşməsini bildirməsi ictimai qaydanın qorunması deyil, şəxsin azadlıq hüququna (İXM 5.2) əsassız müdaxilədir. Müvəkkilim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs halında da o, sadəcə dostu ilə dayanıb gözlədiyi zaman polisin ona yaxınlaşaraq patrul avtomobilinə əyləşməsini tələb etməsi, lakin bunun əsaslı səbəbini göstərə bilməməsi həmin tələbin qanuniliyini dərhal şübhə altına alır. İş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əhməd oğlunun polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və protokolda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olubolmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən video görüntü, səs yazılarının qeydə alınması barədə məlumat və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Müvəkkilim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində saxlanılma anını belə təsvir etmişdir: - O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və onların qanuni tələblərinə tabe olmuşdur. - Dostu ilə gözlədiyi zaman polislər ona yaxınlaşaraq avtopatrula əyləşməsini təklif etdikdə, o, sadəcə bunun səbəbini soruşmuş, lakin polis əməkdaşları əsaslı səbəb göstərə bilməmişdir. - Müvəkkilim vəkili olduğunu və ona zəng etmək (yığmaq) istədiyini birmənalı şəkildə bildirmişdir. - Polis əməkdaşları ona vəkili ilə əlaqə saxlamağa imkan vermədən şöbəyə aparmış, orada isə hüquqlarını izah etmədən digər sənədlərlə birlikdə "vəkildən imtina" ərizəsinə imza atdırmışdır. Müvəkkilimin müdafiə hüququnun saxlanılma anından etibarən pozulması faktı təkcə onun öz izahatı ilə deyil, həm də birinci instansiya məhkəməsinin iclası zamanı dindirilmiş şahidin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis Həsənov Emin, sədrlik edənin sualına cavab olaraq birmənalı şəkildə bildirmişdir: "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkilinə yığmaq istədiyini və onunla danışdıqdan sonra avtopatrula əyləşəcəyini bildirdi". İXM-in 91.0.6-cı maddəsinə əsasən, şəxsin tutulduğu andan vəkili ilə əlaqə saxlamaq hüququ vardır və bu hüququn tələb edilməsi "tabesizlik" kimi qiymətləndirilə bilməz. Bu ifadə müvəkkilin tabesizlik deyil, İXM-in 91.0.6-cı maddəsində təsbit olunmuş fundamental vəkil hüququnu tələb etdiyini sübut edir. Bu ifadə həmçinin müvəkkilimin polis şöbəsində sənədlərlə tanış edilməməsi və məzmunu izah olunmadan imzalamağa məcbur edilməsi barədəki arqumentlərimizi bir daha təsdiq edir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, şahid polisin bu izahatı məhkəmə iclasında müşahidəçi qismində əyləşmiş vətəndaş İbrahim İbişov tərəfindən də təsdiq edilə bilər. Belə ki, İ.İbişov polisin məhz müvəkkilin vəkil tələb etməsi barədə ifadə verdiyini və bu halın birinci instansiya məhkəməsinin qərarında qərəzli şəkildə nəzərə alınmadığını təsdiq etməyə hazırdır. Bu, İXM-in 76-cı maddəsinə uyğun olaraq məhkəmə iclas protokoluna dair verdiyimiz qeydlərin dürüstlüyünü sübut edən əlavə dəlildir. Polisin tələbi o zaman qanuni hesab olunur ki, o, həm səlahiyyət çərçivəsində olsun, həm də vətəndaşın qanunla qorunan hüquqlarını tapdalamasın. İXM-in 91.0.6-cı maddəsi tutulmuş şəxsə tutulduğu andan vəkilin yardımından istifadə etmək və onunla əlaqə saxlamaq hüququnu verir. Müvəkkilin bu hüququnu təmin etməyərək, onu məcburi şəkildə avtomobilə minməyə vadar etmək polisin tələbinin "qanunilik" xüsusiyyətini itirməsinə səbəb olur. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə mövcud olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, lakin həmin Məcəllənin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, o Rusiya Federasiyasında yaşamış, ##.##.2025-ci il tarixdə Azərbaycana gəlmişdir. Narkotik vasitədən Rusiyada istifadə etdiyini etiraf edir. Bilməzdi ki, Azərbaycanda narkotik vasitədən istifadəyə görə məsuliyyət yaranır. Əməlindən peşmandır. Narkotik vasitiə istifadəçisi deyildir. Lakin, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, qanuni tələblərinə tabe olmuşdur. Polis əməkdaşları ona yaxınlaşan zaman nə etdiklərini soruşduqda polis əməkdaşlarına dostlarını burda gözədiklərini bildirmiş, daha sonra polis əməkdaşları ona avtopatrula əyləşmələrini təklif etdikdə isə o bunun səbəbini soruşmuş, lakin polis əməkdaşları əsaslı səbəb göstərə bilməmişlər. Bu səbəbdən qeyd edilənlərlə razılaşmır. Buna görə də, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİnin Postpatrul xidməti bölüyünün polis nəfəri X2 izahatında bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Sabunçu rayonu, Yavər Əliyev küçəsində xidmətdə olarkən avtomobildə bir neçə şəxsin əyləşdiyini görüb onlara yaxışlaşdıqda avtomobilin pəncərəsindən kiçik qutunu küçəyə atdığını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşmış və həmin şəxslərin portaldan yoxlanılmasını bildirdikdə, bu zaman vətəndaşlar “bizi nəyə görə yoxlayırsız” deyərək yayınmağa çalışmışdılar. Polis əməkdaşlarına tabesizlik göstərdikdə onlar həmin şəxsləri Sabunçu RPİ-nin 13-cü Polis şöbəsinə dəvət etmişlər. Daha sonra hərəkətlərində şübhəli bilindiyi üçün narkoloji tibbi müayinədən keçmiş, sidik nümunəsindən narkotik maddə aşkar olunmuşdur. Materiallar hazırlanaraq aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 20:40 dəqiqədə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X9-X8 dair ##.##.2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu (Narkamaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin rəisi Anar Süleymanova həmin Şöbənin polis sahə inspektoru Mirəli Qasımov və əməliyyat müvəkkili Hüseynqulu Allahverdiyev tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 20:10 radələrində 13-cü PŞ-nin inzibati ərazisi olan ünvan 2ndə xidmətdə olan zaman 2 nəfər şəxsi qaranlıq küçədə avtomobilin içində əyləşdikləri və avtopatrulu görən zaman dərhal avtomobili tərk edərək əks istiqamətə getdiklərini görüb saxlamış və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Şübhəli şəxs qismində saxlanıldıqlarını izah etdikdən sonra şəxslərə sual verdikdə eyni suala fərqli cavablar verdikləri üçün yalan danışdıqları qənaətinə gəlmiş və həmin şəxsləri 13-cü PŞ-yə dəvət etmişlər. Bu zaman şəxslər onlara qarşı fiziki güc tətbiq etməyə və həmin ünvandan yayınmağa cəhd göstərmişlər. Digər bir vətəndaş onlara yaxınlaşaraq saxlanılmış 2 nəfər şəxsin tanışı olduğunu iddia etmiş və polisin qanuni tələblərinə tabe olmayaraq onların həmin ünvandan yayınmasına şərait yaratmağa çalışmışlar və mübahisəni daha da hiddətləndirmişlər. Onlar ərazidə xidmət aparan Post Patrul Xidmətinin köməkliyi ilə hər 3 vətəndaşı 13-cü PŞ-nə təmin etmişlər. Polis Şöbəsində məlum oldu ki, vətəndaşlar ##.##.1994-cü il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.1995-ci il təvəllüdlü X5 və ##.##.2000-ci il təvəllüdlü X3r. PŞ-də olan müddətdə vətəndaşlar münaqişəni davam etdirərək Növbətçi Hissənin iş fəaliyyətini pozmuş və xidmətlərini 20 dəqiqə ləngitmişdir. Qeyd olunanları nəzərə alaraq, həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam olaraq sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi, eləcə də polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində də İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş həmin halların mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Sadalanan xüsusatlara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinməsi və barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar