Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1155/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X4, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Bakı şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarından Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı əhər Dövlət Yol Polis Idarəsinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat məbləğində cərimə edilməsi haqqında ## ###### 2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən ## ####### 2025-ci il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verərək, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi barədə Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 3(003)- ****/**** saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair material birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin hazırlanması mərhələsinə qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakiminin (hakim T.Məmmədov) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokolkol və ona əlavə olunmuş sənədlərin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə (eyni zamanda 5 bal) edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 400 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsnə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli qərarı əsassızdır. Odur ki, həmin qərar ləğv edilərək, Həsənv Salavat Sabir oğlu barəsində inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Belə ki, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli qərarında Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsası kimi ona istinad olunmuşdur ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunma nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi barədə ******* nömrəli protokola istinad olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi əsası kimi ona istinad olunan və qərarda göstərilən halların faktiki və hüquqi əsası yoxdur. Belə ki, qərarda (TP 7831071) istinad olunan ******* nömrəli protokoldan görünür ki, guya həmin protokol ## ####### 2025-ci il tarixdə saat 07:03-də tərtib edilmişdir. Həmin protokol isə ## ### 2025-ci il tarixdə 07:01 saat kimi qeyd edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol əsasında tərtib edilmişdir. Həmin protokolda müayinə olunan şəxs kimi X1 öz qeydini apararaq göstərmişdir ki, “söz verir ki, sərxoş vəziyyətdə maşın sürməyəcək. Həkimə getməyə ehtiyac yoxdur". Qeydləri aparmış şəxs, qeyd aparmasına dair imza etmişdir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda olan “söz verirəm ki, sərxoş vəziyyətdə maşın sürməyəcəm. Həkimə getməyə ehtiyac yoxdur” qeydləri olan xətt və imza Qərardan şikayət verən orqan (şəxs) tərəfindən icra edilməmiş və Qərardan şikayət verən orqan (şəxs) məxsus deyildir. Göründüyü kimi, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının qəbul edilməsi əsası kimi istinad olunan ******* nömrəli protokol ## ### 2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokol əsasında tərtib edilmişdir. Həmin rotokolda spirtli içki qəbul etdiyini etiraf edən şəxs kimi istinad olunan şəxs isə barəsində inzibati icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) deyil, X1r. Lakin, inzibati tənbeh tədbirini tətbiq edən orqan tərəfindən spirtli içki qəbul etdiyini etiraf edən X1 ilə barəsində inzibati icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) fərqləndirə-ayırd edə bilməmiş, nəticədə qanunsuz və əsassız olaraq X1 içki qəbul etməsinə dair inzibati icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) etirafı kimi qəbul edərək qiymətləndirmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbirinin əsası kimi istinad olunan və inzibati xətanın törədilməsi əsası kimi yeganə sübut olan sərxoşluq vəziyyətini müəyyən etmək protokol Qərardan şikayət verən orqan (şəxs) aid deyildir. Əslində isə Qərardan şikayət verən orqan (şəxs) ## ### 2025-ci il tarixdə sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda göstərilən 07:01-də faktiki yaşadığı ünvan 1 ünvanında olmuş, ## ### 2025-ci il tarixdə saat 09:00-dan sonra yaşadığı həmin evdən çıxmışdır. “xxxx” X2 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2025-ci il tarixdə həmin mərkəzdə müayinə olunmuş və müayinənin nəticəsinə əsasən “Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur” rəyi verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuiyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, “xxxx” X2 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu"ndan göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) həmin mərkəzdə müayinə olunduğundan və müayinənin nəticəsinə əsasən ’’Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur" rəyi verildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta hadisəsi olmadığından Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ləğv edilərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi qərarında göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edilmişdir ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Işin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ####### 2025-ci il tarixində saat 07:03-radələrində “MERCEDES-BENZ C2Q0” minik markalı, 77- HN-123 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Xəzər rayonu Zağulba yolu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmişdir. Həmin protokol inzibati xəta faktını təsdiq edən əsas sübutdur. Hakim isə bu sübutu əsassız olaraq nəzərə almamışdır. Həmçinin hakim protokollar arasındakı texniki uyğunsuzluğu əsas götürmüş, lakin bu uyğunsuzluğun xətanın mahiyyətinə təsir edib-etmədiyini araşdırmamışdır. Qanunvericiliyə görə formal ziddiyyətlər şəxsin məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Hakim qərarında əsas sübut kimi “xxxx’nin rəyi qəbul edilmişdir. Lakin həmin müayinə hadisə anında deyil, sonradan aparılmışdır , alkoqolun orqanizmdən çıxma müddəti nəzərə alınmamışdır , bu səbəbdən həmin rəy hadisə vaxtındakı vəziyyəti tam əks etdirmir. Beləliklə, tibbi rəy qəti sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. Məhkəmə formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Kobud prosessual pozuntularla qəbul edilmiş qanunsuz və əsassız Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-95)- ***/**** nömrəli qərarı ləğv edilməli Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəm iclasında Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edərək dəyişdirilmədən saxlanmasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək barəsində Bakı şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon ## #### 2026-cıil tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ####### 2025-ci il tarixdə saat 07:03-də Bakı şəhəri Xəzər rayonu Zağulba yolunda Mercedes Benz C200 minik markalı77HN123 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə onun tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəqliyyat vasiəsini idarə etmə hququq 6 ay müddətinə məhdudlaşdırılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qərardadı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ləğv edilmiş, inzibati xətaya dair material birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin hazırlanması mərhələsinə qaytarılmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-****/**** saylı qərardadından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinə geri qaytarılmışdır. - xüsusi texniki vasitədən istifadə etmək haqqında ## ### 2025-ci il tarixli protokolda imzanın X1 tərəfindən icra edildiyi, inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokolda isə inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyi qeyd edilmişdir. -“xxxx” X2 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə Protokolu”ndan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2025-ci il tarixdə həmin mərkəzdə müayinə olunmuş və müayinənin nəticəsinə əsasən “Ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur” rəyi verilmişdir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) ## ### 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu, Zağulba yolunda Mercedes Benz C200 minik markalı77 HN 123 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsinə dair mötəbər sübutlar mövcud deyildir, əksinə onun həmin tarixdə yəni ## ####### 2025-ci il tarixdə saat 09:57-də sərxoş olmamasına dair tibbi rəy mövcud olduğundan məhkəmə hesab etmişdir ki, şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Bakı şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasən 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla qiymətləndirilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədənəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Iş materiallarının tədqiq edərək məhkəmə qeyd edir ki, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokolla sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə protokol arasında ziddiyyətlər mövcuddur. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ## ### 2025-ci il tarixli protokolda imzanın X1 tərəfindən icra edildiyi, inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokolda isə inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyi qeyd edilmişdir. Qeyd olunan sənədləri qarşılıqlı şəkildə təhlil etməklə müəyyən olunur ki, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında ## ####### 2025-ci il tarixli IXP ******* saylı protokolla sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ## ### 2025-ci il tarixli protokol arasında ziddiyyətlər mövcuddur. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilərək Bakı şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1155/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1155/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver