Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1156/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi, Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü Vəkil iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X1 tərəfindən barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələbələrinin pozulmasını əsas gətirərək ## ###### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onu 500 manat məbləğində inzibati cərimə etmişdir. Sözügedən qərar ilə razılaşmayaraq şikayət vermişdir. Işin faktiki halları ilə əlaqədar olaraq bildirmişdir ki, iştirakı olmadan ## ###### 2026-cı il tarixdə barəsində ******* nömrəli inibati xəta haqqında protokol tərtib edilmişdir və qərar qəbul edilən zaman nümayəndə onu təmsil etmək üçün getmiş, lakin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı ərazi sahəsinin müdiri, dövlət müfəttişi X1 özü tərəfindən protokola baxılmamış və onun tərəfindən qərar qəbul edilməmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirmişdir ki, Bakı şəhər Xəzər rayon ərazisində yerləşən Türlcan üzümçülük savxozunda qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Lakin, o, sözügedən ünvanda heç bir vaxt mişar daşı istehsal etmək məqsədi ilə torpaq sahəsində qazıntı işləri aparmamışdır. Hətta bu məqsədlə də o torpaq sahəsini kiminsə icarəsinə verməmişdir. Torpaq sahəsində qanunsuz iş görənlər barəsində də sonradan xəbər tutmuş və qanunvericiliyə uyğun olaraq bu barədə polisə şikayət etmişdir. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı ərazi şöbəsinin müdiri, Dövlət müfəttişi X1 belə bir qərar qəbul etməyə səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.1-ci və 53.1.2- ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən Inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: Inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Bir daha qeyd etmişdir ki, barəsində tərtib edilmiış inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmiş və ona protokol tərtib edilərkən hər hansı bir məlumat verilməmişdir. Belə ki, inzibati xəta hadisəsi tam araşdırılmayıb, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakı təmin edilməmiş və sözügedən inzbati xəta hadisəsi onun tərəfindən törədilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Yuxarıda qeyd olananlara əsasən məhkəmədən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDXnın Bakı ərazi şöbəsinin müdiri, dövlət müfəttişi X1 tərəfindən barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iştirakı olmadan ## ###### 2026- cı il tarixdə barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir və qərar qəbul edilən zaman nümayəndə onu təmsil etmək üçün getmişdir, lakin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı ərazi sahəsinin müdiri, dövlət müfəttişi X2 özü tərəfindən protokola baxılmamış və onun tərəfindən qərar qəbul edilməmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında onun iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirirəm ki, Bakı şəhər Xəzər rayon ərazisində yerləşən X3nda qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Lakin, mən, sözügedən ünvanda heç bir vaxt mişar daşı istehsal etmək məqsədi ilə torpaq sahəsində qazıntı işləri aparmamışdır. Hətta bu məqsədlə də torpaq sahəsimi kiminsə icarəsinə və istifadəsinə verməmişdir. Torpaq sahəsində qanunsuz iş görənlər barəsində də sonradan xəbər tutmuş və qanunvericiliyə uyğun olaraq bu barədə polisə şikayət etmişdir.Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Bakı ərazi şöbəsinin müdiri, Dövlət müfəttişi X2 belə bir qərar qəbul etməyə səlahiyyəti olmamışdır.Qeyd olunan faktla bağlı Bakı şəhər Xəzər rayon Polis Idarəsində bir neçə şəxsin məsuliyyətə cəlb edilib cəzalandırılması üçün qanuni tədbirlər görülür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi, Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini iş materialları ilə birlikdə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunaraq inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolda göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Bakı şəhəri Xəzər Rayonu ərazisi daxilində Abşeron rayonu X3 ərazisində yerləşən A.Ş.Ismayılovun icarəsində olan KKT 8.0 ha torpaq sahəsində mişar daşının istehsal edilməsi məqsədi ilə qazıntı işləri apararaq təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmişdir. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Göründüyü kimi, dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırmanın tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Iş materiallarından görünür ki, inzibati orqan Qərardan şikayət verən orqan (şəxs) iştirakı olmadan protokol tərtib etmiş, həmçinin Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən X3nda aparılan qanunsuz işlər barədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən polisə müraciət edildiyini və Bakı şəhər Xəzər rayon Polis Idarəsi tərəfindən qanunsuz hərəkətlərə yol verən şəxslərin cəzalındırılması üçün görülən tədbirlərin nəticəsi gözlənilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, səlahiyyətli orqan tərəfindən inzibati araşdırmanın aparılması zamanı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin aşağıda qeyd edilən tələbləri də pozulmuşdur. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almadan və işə baxılarkən barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsinin iştirakını təmin etmədən iş üzrə yekun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq kimi hüquqları vardır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan normaları pozulmuş, yəni barəsində inzibati xəta haqqında araşdırma aparılan şəxsin inzibati araşdırmada iştirakı təmin olunmamış, müvafiq qaydada inzibati orqana dəvət edilərək izahatı alınmamışdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş materialların natamam olduğunu və işə baxılarkən bunu tamamlamağın mümkün olmadığını nəzərə almadan inzibati xəta haqqında materialı baxılması üçün icraata qəbul edərək qərar qəbul etmişdir. Işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən zəruri halları araşdırmadan qərar qəbul etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-1156/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1156/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver