Məhkəmə qərarları › İş №3(3-6)-1157/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1157/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1157/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X9, nümayəndəsi və vəkili nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndələri nümayəndə1, X8 və Əliyev Elçin İsmayıl oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-95)-487/2026 saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir.

2. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Zərərçəkmiş şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-95)-487/2026 saylı qərarı ilə (hakim R.H.Xəzri) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.

4. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən şikayət verilərək Bakı Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

II.Şikayətin dəlilləri və etirazlar:

5. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, həqiqətən də Zərərçəkmiş şəxs ilə aramızda əmək müqaviləsi bağlanılıb. Bu müqavilə hazırda da qüvvədədir. Lakin mübahisəli hal sırf Zərərçəkmiş şəxs işə cəlb olunmasındadır. Belə ki, sonuncu müəssisəyə dəvət olunmuş və ona hansı işləri görəcəyi izah edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində qeyd edilib ki: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- Qanunvericilik konkret göstərib ki, fiziki şəxs konkret olaraq hansısa işin yerinə yetirilməsinə cəlb edilməlidir. Lakin faktiki halda eləcə də iş materiallarına əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs heç bir işə cəlb edilməyib. Ona yalnız müəssisə barədə izahlar verilib, restoranda işçilərlər tanış edilib, restoran daxili qaydalar o cümlədən nəyin (mətbəx, ayaqyolu, terras) harada olması, hansı cihazlardan (müxtəlif növ kofe və buna bənzər məhsulların hazırlanmasını təmin edən) istifadə edilməsi izah edilib. Zərərçəkmiş şəxs əmək müfəttişliyində verdiyi izahatda da heç bir iş görmədiyini qeyd edib. Onun əynində önlük olmayıb. Hadisə də təqribən saat 11-dən sonra baş verib. Yəni həmin müddət ərzində ona görəcəyi işlər barədə məlumat verilib, onunla tanışlıq olub. O, heç bir sifariş qəbul etməyib, heç bir müştəriyə yaxınlaşmayıb. Hər hansısa məhsulu kiməsə təqdim etməyib. Məhkəmənin düzgün nəticəyə gəlməməsinin yeganə səbəbi təcrübə ifadəsini düzgün tətbiq etməməsi olub. Belə ki, sözügedən şəxs müəssisəyə işə qəbul məqsədilə müraciət etmiş və ilkin mərhələdə ona yalnız müəssisə daxili qaydalar, iş şəraiti, təhlükəsizlik qaydaları, eləcə də obyektin strukturu (mətbəx, xidmət sahələri və s.) barədə ümumi məlumat verilmişdir. Bu proses yalnız məlumatlandırma və tanışlıq xarakteri daşımışdır. Ona hər hansı konkret əmək funksiyası həvalə edilməmiş, müstəqil şəkildə hər hansı işin icrası tapşırılmamış, o müəssisənin fəaliyyətində faktiki iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək münasibətləri əmək müqaviləsi bağlandıqdan və qüvvəyə mindikdən sonra yaranır. Eyni zamanda, qanunvericilikdə sadəcə tanışlıq və ilkin məlumatlandırma mərhələsinin əmək funksiyasının icrası kimi qiymətləndirilməsi nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yalnız işçinin faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi halda yaranır. Halbuki, təqdim olunan halda belə bir fakt mövcud olmamışdır. Qeyd edilməlidir ki, müəssisə nümayəndəsinin “özünü doğrultmaq üçün vaxt verilməsi” ifadəsi hüquqi baxımdan əmək funksiyasının icrası deyil, namizədin ümumi uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə aparılan qeyri-formal müşahidə mərhələsini ifadə edir və bu, işə cəlb etmə kimi qiymətləndirilə bilməz. Bundan başqa əmək müfəttişliyi tərəfindən də prosessual pozuntular edilib. Araşdırmanı aparan qurumun hadisədən məlumatı dərhal- ##.##.2025-ci il tarixdə olmuşdur. Protokolun tərtib edilmə tarixi ən geci ##.## 2025-ci il tarixə qədər edilməli olduğu halda ##.##.2026-cı ıl tarixdə edilib. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 103-cü maddəsinə görə inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə göndərilməli olduğu halda 9 gün sonra göndərilib. Protokolun tarixi-##.##.2026, göndərilmə tarixi ##.##.2026. Əmək Müfəttişliyinin heç bir xətaya yol verməyib tərtib etdiyi ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokolu baxılması üçün 48 saat ərzində məhkəməyə göndərdiyini fərz etsək, o halda da məhkəmə tərəfindən müddət tələbinə əməl edilmədiyi qənaəti formalaşacaqdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxmağa səlahiyyətli olan hakim, inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində işə baxır. Odur ki, məhkəmə qərarının ## ##### 2026-cı il tarixdə qəbul edildiyini və bu qərarda işə baxılmasının uzadıldığı barədə qərardad qəbul edilmiş olduğuna dair hər hansı qeydin də olmamasını nəzərə alaraq, bu halda məhkəmənin hüquq pozuntusuna yol verdiyi nəticəsinə gəlmək olur.

6. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

III. Proses iştirakçılarının izahatları:

7. Apelyasiya icraatında barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə2 bildirmişdir ki, Zərərçəkmiş şəxs nahar fasiləsində özünə yemək almaq üçün çıxdığını və yolu keçərkən onu maşın vurduğunu qeyd edərək bu barədə X5 Çağrı Mərkəzi olan 103-ə ##.##.2025-ci il tarixdə saat 11:34-də zəng edərək hadisə barədə məlumat vermişdir. Lakin, Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi həqiqətən hadisə baş verdikdən dərhal sonra yəni ## ####### 2025-ci il tarixdə saat 12:27- də bağlanmışdır. Bu da onu göstərir ki, Zərərçəkmiş şəxs hadisə baş verənədək yəni ##.##.2025-ci il tarixdə saat 11:34-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də heç bir əmək müqaviləsi bağlamadan işçi kimi fəaliyyət göstəmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həqiqətən də Zərərçəkmiş şəxs ilə aramızda əmək müqaviləsi bağlanılıb. Bu müqavilə hazırda da qüvvədədir. Lakin mübahisəli hal sırf Zərərçəkmiş şəxs işə cəlb olunmasındadır. Belə ki, sonuncu müəssisəyə dəvət olunmuş və ona hansı işləri görəcəyi izah edilmişdir. Bu sadəcə olaraq izah olub. Qanunverici konkret göstərib ki, fiziki şəxs konkret olaraq hansısa işin yerinə yetirilməsinə cəlb edilməlidir. Lakin faktiki halda eləcə də iş materiallarına əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs heç bir işə cəlb edilməyib. Ona yalnız müəssisə barədə izahlar verilib, restoranda işçilərlər tanış edilib, restoran daxili qaydalar o cümlədən nəyin, yəni mətbəx, terras və s. harada olması, hansı cihazlardan istifadə edilməsi izah edilib. Zərərçəkmiş şəxs Əmək müfəttişliyində verdiyi izahatda da heç bir iş görmədiyini qeyd edib. O, heç bir müştəriyə yaxınlaşmayıb. Hər hansısa məhsulu kiməsə təqdim etməyib.

8. Apelyasiya icraatında barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X9 bildirmişdir ki, Zərərçəkmiş şəxs işə düzəlmək üçün “CV” vermişdir, o, ## ####### 2025-ci tarixə iş yerinə dəvət edilmiş, işçilər onunla tanış olmuş, sonra iş yeri ilə yaxından tanış olmuşlar. Eyni tarixdə saat 12:27-də əmək müqaviləsi bağlanmışdır. ## ####### 2025-ci tarix müqavilə bağlandığı gün olsa da Zərərçəkmiş şəxs heç bir işə cəlb edilməmiş, sadəcə obyekt və işçilərlə tanışlıq olmuşdur. Hazırda belə Zərərçəkmiş şəxs onların işçisidir və həmin müqavilə əsasında eyni obyektdə çalışır.

9. Apelyasiya icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndəsi nümayəndə1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X9 ifadəsinə istinad edib bildirmişdir ki, Zərərçəkmiş şəxs həmin günü işə qəbul etmək üçün ona 6 saat müddət verilmişdir ki, bacarıqlarını nümayiş etsin. Direktoru olduğu MMC-də iş qaydasına uyğun olaraq, ilk dəfə işə götürülən şəxslərə öz iş bacarıqlarını göstərmək məqsədilə 06 saat müddət verilir. Bundan başqa, Zərərçəkmiş şəxs ## ###### 2026cı il tarixli ərizəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə onun iş günü olmuş, ilkin təcrübədən sonra onunla əmək müqaviləsi bağlanması barədə razılığa gəlmişlər. Həmçinin, Zərərçəkmiş şəxs ## #### 2026-cı il tarixli ifadəsində göstərmişdir ki, ## ####### 2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də bir neçə saat təcrübə keçmişdir.

10. Apelyasiya icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, Zərərçəkmiş şəxs verdiyi izahatda göstərmişdir ki, ##.##.2025-ci il tarixdə saat 11:22-də mağazaya yemək almağa gedəndə onu maşın vurub və yüngül xəsarət alıb. İş materiallarındakı əmək müqaviləsindən Zərərçəkmiş şəxs iş vaxtının nə vaxt başlanması görünmür.

11. Həmçinin, apelyasiya icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X10 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu məhkəmədən digər nümayəndələrlə yanaşı şikayətin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

IV.İşin faktiki halları və hüquqi məsələlər:

12. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-95)- 487/2026 saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edirəm ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

13. Belə ki, birinci instansiya məhkəməsinin hakimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilmiş və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq etmişdir.

14. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. 15.Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini o halda tanıyır ki, işəgötürən tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı bir işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilsin.

16. Materialdan göründüyü kimi, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC işçi Zərərçəkmiş şəxs ilə eyni tarixdə əmək müqaviləsinin bağlanılmasını təsdiq edib müqavilənin hazırda da qüvvədə olduğunu qəbul etsə də, həmin tarixdə Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini mübahisələndirmiş, sözü gedən halı ümumiyyətlə qəbul etməmişdir.

17. Apelyasiya icraatında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı qənaətə gəlsə də, işə baxan hakim tərəfindən işin faktiki halları ətraflı araşdırılmamış, sübutetməyə münasibətdə işdə olan ziddiyyətlər, o cümlədən sübutların mümkünlüyü, mötəbərliyi üzrə düzgün dəyərləndirmə aparılmamış, inzibati xətalar qanunvericiliyinin tələblərinə lazımi qaydada riayət olunmamışdır.

18. Belə ki, apelyasiya icraatında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, iki ildir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də administrator vəzifəsində işləyir. Şahid şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs müəssisənin email ünvanına “CV” göndərmiş, onlar da Zərərçəkmiş şəxs ilə tanışlıq məqsədilə ##.##.2025-ci il tarixə onu müəssisəyə dəvət etmişlər. Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə saat 10 radələrində müəssisəyə gəlmişdir. Onunla söhbətdən sonra yaxşı işçi olduğu müəyyən edilmiş və kassir vəzifəsinə götürülməsinə dair razılığa gəlinmişdir. Bundan sonra ona obyekt (iş yeri) göstərilmişdir. Bir müddət keçdikdə Zərərçəkmiş şəxs mağazaya getmək üçün icazə almış, yolda isə sözü gedən hadisə baş vermişdir. Direktor həmin vaxt işdə olmamışdır. Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə sadəcə obyektlə tanış olmuş, ona heç bir iş tapşırılmamış və digər işçilərə ödənilən “xxxx”u belə verilməmişdir. Zərərçəkmiş şəxs obyektlə tanış olduqdan sonra o, müəssisənin işçilərinə məlumat vermişdir ki, mağazaya gedəcəkdir. Əlavə olaraq məlumat üçün bildirir ki, Zərərçəkmiş şəxs xxxx olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də çalışması doğru deyil, onların müəssisəsində ümumiyyətlə xxxx vəzifəsi yoxdur, ya kassir ya da barista vəzifəsi mövcuddur. Kassirin funksiyası müştərinin sifarişini qəbul etməkdən, baristanın isə içkiləri hazırlamaqdan ibarətdir.

19. Apelyasiya icraatında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də barista, yəni kofe düzəldən vəzifəsində işləyir. Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə təqribi saat 10 radələrində müəssisəyə gəlmiş, insan resurslarında işləyən qadın onu qarşılamış, onunla tanışlıq olmuş, iş yeri göstərilmişdir. Bir müddət sonra o, mağazaya getmək üçün icazə almışdır. Zərərçəkmiş şəxs şəxsi məqsəd üçün mağazaya gedəndə obyektdə müştərilər olmuş, Zərərçəkmiş şəxs isə müştərilərlə ümumiyyətlə təmasda olmamış, ona hər hansı bir iş tapşrılmamış, xüsusi qeyim forması belə verilməmişdir.

20. Apelyasiya icraatında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, o, kofe düzəldən (barista) vəzifəsində işləyir. Barista üçün önlüyə bənzər xüsusi bir geyim hazırlanmış və geyimin üzərində işarə var. Təsdiq edir ki, Zərərçəkmiş şəxs hazırda da müəssisədə işləyir. Hadisə günü Zərərçəkmiş şəxs ona özünü təqdim etmiş, işlə tanış olmaq üçün gəlməsini bildirmiş, sonra obyektlə tanış olmuşdur. Zərərçəkmiş şəxs həmin gün heç bir işə cəlb edilməmiş, müəssisədə iş görməmiş, ona önlüyə bənzər xüsusi qeyim verilməmişdir. O, özü isə kofe aparatının iş qaydası barəsində Zərərçəkmiş şəxs ümumi məlumat vermişdir.

21. İş materiallarında olan ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan ##.##.2025-ci il tarixdə Zərərçəkmiş şəxs işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə istinad olunmuşdur.

22. ##.##.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-tərəfindən Zərərçəkmiş şəxs ## ####### 2025-ci il tarixdə kassir kimi işə qəbul edilmişdir.

23. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X6 Şəxs Respublika Təcili və X14 X7 Şəxsin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlandığı ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ## ####### 2025-ci il tarixdə saat 11:34 də Respublika Təcili və X14 X7 şəxsin Mərkəzi Çağrı Xidmətinə Bakı şəhəri Nərimanov rayonu *** nömrəli məktəbin yanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin özünə məxsus ünvanında Aysel adlı şəxsin adına piyada vurma səbəbi ilə çağırış daxil olmuşdur.

24. Apelyasiya icraatında iş materialların tədqiqi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə saat 10 radələrində müəssisəyə gələrkən mümkün ola biləcək iş şəraiti və funksional öhdəliklərlə bağlı ilkin tanışlıqda iştirak etmiş, həmin vaxt ərzində hər hansı işin yerinə yetirilməsinə cəlb olunmamışdır. Məhz bu tanışlıq mərhələsindən sonra tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında eyni tarixdə əmək müqaviləsi bağlanılmışdır. Bu fakt bir daha təsdiq edir ki, ##.##.2025-ci il tarixdə saat 11:22-dək şəxsin fəaliyyəti yalnız müəssisənin iş şəraiti və funksional öhdəliklərlə bağlı ilkin məlumatlandırma xarakteri daşımış, əmək münasibətləri isə müvafiq hüquqi prosedura uyğun olaraq növbəti mərhələdə yəni ##.##.2025-ci il tarixdə saat 12:27-də rəsmiləşdirilmiş, eyni müqavilə münasibətləri hazırda da davam etməkdədir. Sözü gedən şəxsin fiziki olaraq obyektdə olması faktı inzibati orqan tərəfindən yanlış olaraq qeyriqanuni işə cəlb edilmə kimi qiymətləndirilsə də, əslində bu, əmək funksiyasını yerinə yetiriləcəyi ilə bağlı tanışlıq prosedurunun tərkib hissəsi olması işçinin faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi kontekstində dəyərləndirilməmişdir.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci maddəsinə əsasən müəssisə – dövlət və ya bələdiyyə orqanı (qurumu), mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir.

26. Həmin Məcəllənin 3-cü maddəsinin 2-ci bəninə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

27. Hesab edirəm ki, inzibati orqan şəxsin konkret olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə hansı əmək funksiyasını yerinə yetirdiyini sübut etməli olduğu halda, yalnız onun müəssisədə fiziki mövcudluğu faktı ilə kifayətlənərək qeyri-müəyyən nəticəyə gəlib əsassız protokol tərtib etmişdir. İnzibati xəta hadisəsi ilə bağlı təqdim edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol şahidlərin ardıcıl və bir-birini tamamlayan izahatları ilə təkzib olunduğu üçün mötəbər sübut əhəmiyyətinə malik deyil və şübhə altına alınmışdır. İnzibati orqan protokoldakı istinad etdiyi iddiaları ilə işin faktiki halları arasında açıqaşkar kəskin ziddiyyətləri aradan qaldırmalı olduğu halda, nə əvvəlki mərhələdə nə də ki məhkəmə araşdırmasında heç bir əlavə sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə şübhə doğuran, birinin digəri ilə uzlaşmayan, tamamlanmayan halları ətraflı yoxlamadan, sübutların mümkünlüyünə, mötəbərliyinə və mübahisəyə aidiyyatına səthi yanaşmışdır.

28. İş materiallarında olan 1761223412.****** nömrəli "Müraciət vərəqəsi"ndən görünür ki, həkim X4 Zərərçəkmiş şəxs “Zebra Kafe”də xxxx işləməsi, istehsalatda qəzanın ##.##.2025-ci il tarixdə çağırışdan təxmini yarım saat əvvəl. Çağırış daxil olduğu saat 11:40 ... barədə məlumat vermişdir.

29. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin strukturunda “xxxx” ştat vahidinin mövcudluğu təsdiq edilməmiş, hüquqi cəhətdən mövcud olmayan bir vəzifənin müraciət vərəqəsində qeyd edilməsi həmin məlumatın faktiki gerçəkliyi əks etdirmədiyini və texniki xarakter daşıdığını göstərir. İnzibati orqan isə bu qeydi əsas götürərək şəxsin müqavilədən kənar işə cəlb edildiyini iddia etsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də belə bir vəzifənin olmaması faktı bu iddianı, bununla yanaşı inzibati xəta hadisəsinin mövcudluğunu hüquqi baxımdan sarsıtmışdır. Şəxsin həmin tarixdə tanışlıq məqsədilə obyektdə olması və sonradan eyni tarixdə müqavilə bağlaması faktı qarşısında digər sənəddəki qeyri-dəqiq vəzifənin icrasına cəlb edilmə zahiri görüntü baxımından inzibati məsuliyyət üçün əsas yarada bilməz. İnzibati orqan şəxsin məhz “xxxx” kimi işə cəlb olunduğunu sübuta yetirməmiş, eyni zamanda müəssisədə mövcud olmayan vəzifə üzrə Zərərçəkmiş şəxs xidmətin yerinə yetirilməsinə cəlb edilməsi təkzibedilməz fakt kimi tanınması qeyri-mümkün sayılmalıdır.

30. Qeyd edilənlənlərə əsasən, iş materiallarında olan 1761223412.****** nömrəli "Müraciət vərəqəsi"ndə və onun məzmununda əks edilən məlumatların doğruluğuna əsaslı şübhələr var, belə olduğu təqdirdə "Müraciət vərəqəsi" sübut növü olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin xeyrinə dəyərləndirilməlidir.

31. Hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərində hər hansı inzibati xəta hadisəsi mövcud olmamış, inzibati orqan tərəfindən müvafiq protokolun tərtib edilməsinə baxmayaraq inzibati xətanın “obyektiv cəhəti”ni formalaşdıra bilən faktiki hərəkətlərin sübuta yetirilməsinə əsaslı şübhələr yaranmışdır. Nəzərə alınmalıdır ki, inzibati məsuliyyətin yaranması üçün şəxsin qanunla qadağan olunmuş əməli törətməsi mütləq şərtdir, lakin hazırkı halda şəxsin müəssisədə əmək müqaviləsi bağlamadan sadəcə təqribi 2 (iki) saat müddətində fiziki mövcudluğu əmək münasibətlərinin yaranması, daha dəqiq olsaq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi kimi dəyrləndirilə bilməz. İnzibati orqan tərəfindən xəta hadisəsinin mövcud olmadığı vəziyyətdə xətaya dair protokolun tərtib edilməsi hüquqi əsassızlığı təşkil edir.

32. Həmçinin qeyd olunmalıdır ki, hər bir inzibati tənbeh tədbiri xəta hadisəsinin baş verməsini şübhə altına almayan, bir–birini təkzib etməyən sübutların məcmusuna əsaslanmalıdır.

33. İş materiallarının tədqiqi zamanı X10 Xidməti tərəfindən aparılan araşdırma zamanı Azərbaycan Respublikası İXM-nin 99-103-ci maddələrinin tələblərinə dürüst riayət edilmədiyi halları da diqqəti cəlb etmişdir.

34. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İş materiallarından görünən odur ki, istinad edilən hadisə ##.##.2025-ci il tarixdə baş versə də, yoxlamanın ##.##.2025-ci ildə bitməsi nəzərə alındığı halda belə inzibati xəta haqqında protokolun yalnız ##.##.2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətlərə riayət etməməklə tərtib edilməsi açıq-aşkar olmuşdur. 35 Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Sənədlərdən aydın olur ki, ##.##.2026-cı il tarixli protokol məhkəməyə yalnız ##.##.2026-cı ildə göndərilmişdir ki, bu da qanunla müəyyən edilmiş müddətin aşılmasını təsdiq etmişdir.

36. Beləliklə inzibati orqan tərəfindən prosessual müddətlərə əhəmiyyətli dərəcədə riayət etməməsi əvvəlki icraatın qanuniliyini və obyektivliyini işin digər faktiki halları ilə yanaşı şübhə altına almış, Azərbaycan Respublikasının İXM-nin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın ləğv edilməsi, nəticədə pozulmuş hüquqların bərpasının əsaslarına aid edilməlidir.

37. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

38. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

39. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir.

40. Göründüyü kimi, yalnız inzibati xəta hadisəsi mövcud olduğu təqdirdə şəxsin təqsirlilik məsələsinə hüquqi qiymət verilməlidir. İnzibati xəta üzrə: -hüquqa zidd əməl olmalı; -təqsir müəyyən edilməli; -əməl inzibati məsuliyyət yaratmalı; -qanunla cəza nəzərdə tutulmalıdır.

41. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə işçi arasında əmək müqaviləsi rəsmiləşdirilənə qədər işçinin qısa müddət ərzində müəssisədə fiziki mövcudluğu hüquqa zidd əməl kimi qiymətləndirilə bilməz və belə vəziyyətdə təqsir müəyyən edilməməlidir.

42. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır.

43. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

44. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir.

45. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

46. Hesab edirəm ki, inzibati xəta hadisəsi ilə bağlı təqdim edilmiş ## ###### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol, habelə işdə olan digər sənədlər şahidlərin ardıcıl və birbirini tamamlayan izahatları ilə təkzib edildiyindən Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixdə saat 10 radələrində müəssisəyə gələrkən hər hansı bir işin yerinə yetirilməsinə cəlb olunmadığını təsdiq etmiş, işəgötürən Zərərçəkmiş şəxs ilə eyni tarixdə əmək müqaviləsi rəsmiləşdirməklə, halhazıradək əmək münasibətləri davam etdiyindən, işçinin əmək müqavilə rəsmiləşdirilənə qədər müəssisədə qısa müddət ərzində fiziki mövcudluğu (xidmətin, işlərin yerinə yetirilməsinə cəlb edilməməsi şərti ilə) inzibati xəta hadisəsi kimi dəyərləndirilməməli, əlavə məhrumiyyətlərə səbəb olmamalıdır.

47. Belə olduğu təqdirdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-95)-487/2026 saylı qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığına görə iş üzrə icraata xitam verilməlidir.

48. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

49. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.

50. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDIM:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-95)-487/2026 saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Hakim Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar