Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1161/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Tələbkar Zərərçəkmiş şəxs Hacağa qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati icraat haqqında iş aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallara əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami Rayon Icra Şöbəsi tərəfindən AR IXM-nin 528.1-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Inzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokola əsasən məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- ***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı üzrə üzrə 4.875 (dörd min səkkiz yüz yetmiş beş) manat aliment borcunu ödəməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(5-99)-1129/2026 nömrəli, ##.##.2026cı il tarixli qərarı ilə ##.##.1986-cı il təvəllüdlü Ağdaş rayonu, Orta Ləki Ərazi dairəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(5-99)-1129/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Hakimin iş üzrə qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Onun qət edilmiş pul məbləğini bir dəfəyə ödəməyə maddi imkanı yoxdur, əvvəllər azadlıqdan məhrum edildiyiyi üçün işləməmiş, azadlığa çıxdıqdan sonra iş axtarmağa başlamışdır. Hazırda işləyir, məhkəmədən əvvəl müdirindən avans olaraq aldığı 1.000 manat məbləğində pulu ödəmək istəmiş, qalan məbləği hər ay 1.000 manat olmaqla ödəyəciyinə dair izahat vermişdir. O, icra sənədinin icrasından qərəzli yayınmamış, üzrlü səbəblərdən icra sənədində ödənilməsi nəzərdə tutulan pul məbləğini birdəfəlik ödəmək iqtidarında olmamışdır. Ona görə də onun Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli sayılmağı barədə hakimin gəldiyi nəticə əsassızdır. O, Nizami Rayon Məhkəməsinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qəsdən yayınmamış, icra sənədini üzrsüz səbəblərdən qəsdən icra etməmişdir. O, Ağdaş rayonu Orta Ləki Ərazi dairəsində qeydiyyatdadır. Lakin icra icraatı qanunsuz olaraq Nizami Rayon Icra Şöbəsinin icra məmuru tərəfindən aparılır. Işə baxan hakim tərəfindən həmin fakt araşdırılmamışdır. Belə ki, Nizami Rayon Icra Şöbəsində ona qarşı qərəzli hərəkətlər edilmişdir və hazırda edilir. Qərardan göründüyü kimi, Nizami Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qərarı ləğv edilmiş, barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Icra məmuru icra sənədini qanunsuz olaraq icraatında saxlamaqla və onun barəsində sifarişlə hər il bir inzibati xəta haqqında protokol tərtib etməkdə maraqlıdır. Göründüyü kimi, işə baxan hakim tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinin bütün tələbləri pozulmuşdur, ona görə də iş üzrə həmin qərar ləğv edilməlidir və barəsindəki inzibati xəta protokolu üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs Hacağa qızı apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Nizami rayon icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasının Nizami rayon icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(5-99)-1129/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nizami rayon Icra böyük icra məmuru X1 tərəfindən ##.##.2026-cı il tarixli MN******* nömrəli protokola əsasən məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı üzrə üzrə 4.875 (dörd min səkkiz yüz yetmiş beş) manat aliment borcunu ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədinə əsasən, ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 Zərərçəkmiş şəxs yanında saxlanılması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ##.##.2024-cü il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən, ##.##.2012-ci il təvəllüdlü X2 və ##.##.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin məbləği indeksasiya olunaraq, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,36 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir ##.##.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayon Icra şöbəsinin icra məmuru X4 tərəfindən *(***)-***/****-*** saylı, ##.##.2024-cü il tarixli icra sənədi üzrə “Icraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Bakı şəhəri Nizami rayon Icra şöbəsinin icra məmuru X4 tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş “borclunun axtarışı haqqında” qərardan müəyyən edilir ki, ##.##.1986-cı il təvəllüdlü Ağdaş rayonu, Orta Ləki Ərazi dairəsi ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(****)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(****)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, MN******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində AR IXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. AR Ağdaş Rayon Icra Hakimiyyəti Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hal-hazırda Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına uçot kitabında qeydiyyatdadır və yaşayır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli icra sənədi və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı üzrə üzrə 4.875 (dörd min səkkiz yüz yetmiş beş) manat aliment borcu vardır. Həmin borcu bir dəfəyə ödəyə bilməyəcəyini, ##.##.2026-cı il tarixdə 1.000 (bir min) manat ödəyərək, qalan məbləği isə hər ay 1.000 (bir min) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini icra etməməsini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə # ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə bildirməyi zəruri hesab edir ki, şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir, şikayətdə göstərilən dəlillər ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunculuq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə həmçinin təyin olunmuş inzibati tənbehlə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün və ədalətli nəticəyə gəlmişdir. Təyin olunmuş inzibati tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğundur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(5- 99)-1129/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(5-99)- 1129/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1161/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1161/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver