Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1163/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İma-Energy” MMC-nin müdafiəçisi - “Presedent” Vəkil Bürosunun vəkili Dünyamalılı İradə Şəms qızının iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) “İma-Energy” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim Hacıyeva Mətanət İsfəndiyar qızı) “İma-Energy” MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Həmin qərardan X4 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsini, iş üzrə tərtib edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “İma-Energy” MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X2 şikayəti əsasında araşdırma aparılması ilə əlaqədar “İma-Energy” MMC-yə “ASİS” vasitəsilə “ƏMAS”-da olan elektron kabinetinə göndərdiyi ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmiş sənədlərin 7 iş günü müddətində təqdim edilməsini tələb etmiş, lakin həmin Cəmiyyət məktubda göstərilmiş sənədləri tələb edilən müddətdə səlahiyyətli orqana göndərməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 verilmiş şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə edərək göstərmişdir ki, “İma-Energy” MMC səlahiyyətli orqana ## ###### 2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubunda qeyd edilmiş sənədləri, ümumiyyətlə göndərməmiş və ya təqdim etməmişdir. Buna görə də səlahiyyətli orqanın hər hansı əməkdaşı göstərilən məktubla əlaqədar həmin Cəmiyyətin sənədlərini qəbul etməmişdir. Bu səbəbdən “İma-Energy” MMC-nin müdafiəçisinin apellyasiya instansiyası məhkəməsinə guya həmin Cəmiyyətin müvafiq sənədlərini səlahiyyətli orqana göstərilən məktubu ilə əlaqədar ## ####### 2025-ci il tarixdə təqdim etməsi ilə bağlı təqdim etdiyi, müvafiq rekvizitləri olmadığına görə sənəd hesab edilməsi mümkün olmayan kserosurət olan siyahının iş üzrə sübut kimi qəbul edilə bilməz. Apellyasiya məhkəməsi iclaslarında “İma-Energy” MMC-nin müdafiəçisi Dünyamalılı İradə Şəms qızı məhkəməyə yazılı etiraz təqdim edərək və etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, səlahiyyətli orqan ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunu həmin Cəmiyyətə poçt vasitəsilə çatdırmamış, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, eləcə də “ASİS” vasitəsilə “ƏMAS”-da olan elektron kabinetinə ## ###### 2025ci il tarixdə elektron qaydada göndərsə də, həmin Cəmiyyətin əməkdaşı qeyd edilən məktubda tələb edilmiş sənədləri ## ####### 2025-ci il tarixdə, yəni iş üzrə inzibati xəta haqqında protokolun tərtib edildiyi ## ####### 2025-ci il tarixdən əvvəl səlahiyyətli orqanın “L.Abdullayeva” adlı işçisinə müvafiq siyahıya imza etdirməklə təhvil vermişdir. Buna görə də həmin Cəmiyyət tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməmişdir. Buna görə də verilmiş şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Səlahiyyətli orqanın “İma-Energy” MMC-yə ünvanladığı ## ###### 2025-ci il tarixli, *-**- */*-*****/**** nömrəli məktubundan görünür ki, həmin orqan göstərilən Cəmiyyətdən X2 aid olan əmək müqaviləsinin surətinin (əlavə və dəyişikliklərlə birlikdə), əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin (xitam əmri, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar), iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surətinin, son haqq-hesabın hesablanması cədvəlinin, son haqq-hesabın ödənildiyini təsdiq edən sənədlərin (bank çıxarışı və ya bank arayışı), sonuncunun müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair ətraflı cavab məktubunun 7 iş günü ərzində səlahiyyətli orqana göndərilməsini tələb etmişdir. İş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında gəldiyi müvafiq nəticəni iş materialları ilə səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun “İma-Energy” MMC-yə çatdırılmasının sübut edilməməsi, beləliklə də həmin Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması ilə əsaslandırmışdır. Bunun əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi ## ### 2026-cı il tarixli iclasında “İma-Energy” MMC-nin müdafiəçisinin təqdim etdiyi noutbukda “İma-Energy” MMC-nin elektron kabinetinə baxış keçirilməsi nəticəsində səlahiyyətli orqanın ## ###### 2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubunun “ASİS” vasitəsilə həmin Cəmiyyətin “ƏMAS”-da olan elektron kabinetinə ## ###### 2025-ci il tarixdə yerləşdirildiyi, beləliklə də həmin Cəmiyyətin göstərilən məktubdan ## ###### 2025-ci il tarixdə məlumatlı olsa da, orada tələb edilmiş sənədləri səlahiyyətli orqana elektron kabineti vasitəsilə göndərmədiyi mübahisəsiz qaydada müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “İma-Energy” MMC-nin müdafiəçisinin apellyasiya məhkəməsi iclasında təqdim etdiyi kserosurət olan siyahı özündə “İma-Energy” MMC-yə məxsus rekvizitlərin və səlahiyyətli orqana ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə əlaqədar hər hansı sənədin göndərilməsinin əks olunmamasına, səlahiyyətli orqana məxsus möhür və ya ştampla təsdiq edilməməsinə, eləcə də səlahiyyətli orqanın nümayəndəsi tərəfindən mötəbərliyi və həqiqiliyinin təsdiq edilməməsinə görə “İma-Energy” MMC-nin səlahiyyətli orqana göstərilən məktubunda tələb etdiyi sənədlərin ## ####### 2025-ci il tarixdə təqdim etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Göstərilən səbəblərdən “İma-Energy” MMC səlahiyyətli orqana göstərilən məktubunda tələb etdiyi sənədləri təqdim etməsini sübut edə bilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl etməklə hesab edir ki, “İma-Energy” MMC-nin səlahiyyətli orqana ## ###### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda göstərilmiş sənədləri həmin məktubun onun elektron kabinetinə göndərildiyi ## ###### 2025-ci il tarixdən 3 gün keçdikdən sonra təyin edilmiş 7 iş günü ərzində və ya ümumiyyətlə göndərməməsi əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətini səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda yaratmışdır. Göstərilənlərə əsasən iş üzrə “İma-Energy” MMC tərəfindən Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Buna görə də “İma-Energy” MMC həmin maddə ilə müvafiq inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: - 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. - 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. - 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. - 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir edir ki, iş üzrə “İma-Energy” MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən, həmin Məcəllənin 116-cı maddəsinin yuxarıda göstərilən müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına görə qanunsuz və əsassızdır. Səlahiyyətli orqanın verdiyi şikayət əsaslıdır. Bu səbəbdən X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, “İma-Energy” MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilməli, həmin Cəmiyyət 15 gün müddətində törətdiyi inzibati hüquqpozmanı aradan qaldırarsa, həmin inzibati cəriməni ödəməkdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133.2.8, 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. “İma-Energy” MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilsin. “İma-Energy” MMC 15 gün müddətində törətdiyi inzibati hüquqpozmanı aradan qaldırarsa, həmin inzibati cəriməni ödəməkdən azad edilsin. Əks təqdirdə, “İma-Energy” MMC bu qərarda nəzərdə tutulan inzibati cəriməni ödəsin. “İma-Energy” MMC bu qərarda törətdiyi göstərilmiş hüquqpozmanı aradan qaldırdıqda, bu barədə yuxarıdakı abzasda nəzərdə tutulan müddət ərzində Bakı Apellyasiya Məhkəməsinə məlumat versin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1163/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1163/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver