Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1164/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ####### 1976-cı il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Aygün Həsənova) Məmmədov Emin Nüyvər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) ay müddətinə inzibati həbs tənbehi tətbiq edilmiş, həbs etmənin əvvəli ##.##.2026-cı il tarixdən hesablanmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ya dəyişdirilməsini, barəsində tətbiq olunmuş inzibati həbs növündə tənbehin daha yüngül cəza ilə (cərimə ilə) əvəz edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Əvvəllər bu kimi inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. Narkotik vasitələrin istifadəsi ilə bağlı nəticələri qəbul etmir və həmin tibbi rəyin düzgünlüyünü şübhə altına alır. Tibbi rəyin düzgünlüyü məhkəmə tərəfindən tənqidi qiymətləndirilməmişdir. Onun şəxsiyyəti və əvvəlki davranışı nəzərə alınmamışdır. Alternativ tənbeh növü (cərimə) müzakirə edilməmişdir. Qərar proporsionallıq prinsipinə uyğun deyil. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ya dəyişdirilərək ona təyin edilmiş həbs tənbehinin yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkoloji müayinədən keçmiş və narkotik vasitələrin istifadəçisi olması müəyyən edilmiş, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama haqqında ## ##### 2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sidiyində narkotik vasitə MET (+) aşkar olunmuşdur. Müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə, saat 21:00-da qaydada tutulmuşdur. İş materiallarında olan raportdan görünür ki, polis əməkdaşı ##.##.2026-cı il tarixində saat təxmini 20:00 radələrində Xətai rayonu, S.Ə.Şirvani 7 ünvanının yaxınlığında 1 nəfər şəxs qaranlıq küçə ilə piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq özünü təqdim edərək şəxsdən özünü təqdim etməyini istədiyi zaman üzərində şəxsiyyəti təsdiq edən hər hansısa bir sənəd olmadığı üçün və həmin şəxsin özün şübhəli apardığını görüb şəxsi narkotik vasitərindən istifadisində şübhəli şəxs qismində 34-cü PŞ-nə təmin olundu. PŞ-də həmin şəxsin #.##.1976-cı il təvəllüdlü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında çıxış edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xətai rayon polis idarəsinin polis əməkdaşları tərəfindən döyülməsini, ona xəsarət yetirilməsini, heç bir vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, ona polislər tərəfindən verilən suyu içdikdən sonra ekspertizaya aparıldığını və bunun nəticəsində sidiyindən psixotrop maddənin aşkarlanmasının müsbət nəticə verdiyini bildirmişdir. Bununla belə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarının hansı səbəbə görə onu əsassız olaraq tutmaları, ona qarşı qərəz nümayiş etdirmələri, səbəbsiz olaraq onu döyməklə hansı məlumatları əldə etməyə çalışmaları ilə bağlı məqsədlərinin və niyyətlərinin nədən ibarət olması ilə əlaqədar məhkəməyə işin hallarına uyğun məlumat verməməklə yanaşı, ümumiyyətlə hər hansı bir ağlabatan və məntiqli izah verə bilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməməsi və polis əməkdaşları tərəfindən əsassız olaraq və qərəzli şəkildə tutulması ilə bağlı məhkəmədə göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi inzibati xətaya görə qanunla nəzərdə tutulmuş tənbehdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, belə nəticəyə gəlir ki, bu dəlillər birinci instansiya məhkəməsində tədqiq edilən sübutlarla, yəni inzibati xətaya dair işinin materialları, protokol tərtib etmiş polis əməkdaşının izahatı, ekspert rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bununla belə məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oölu tərəfindən məhkəmə iclasında verilən cinayət haqqında məlumat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən araşdırılaraq müvafiq prosessual qərar qəbul edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi X2 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd edilən maddənin sanksiyasından da göründüyü kimi, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinin tələbləri ilə bağlı dəlilləri, qanunvericilik və inzibati xəta haqqında iş üzrə icraat materialları ilə müqayisədə əsassızdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1164/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1164/2026
21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver