Məhkəmə qərarları › İş №3(3-6)-1165/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1165/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1165/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X4, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə iştirakları ilə, müəyyən e t d i m: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Həmin qərarından narazı qalan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi apellyasiya şikayəti verilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv eidlməsini və ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-ci il tarixli MN ******* saylı protokolu və digər iş materialları əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması və müvafiq qərar qəbul olunması üçün protokol iş materialları ilə birlikdə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli 3(5- 102.)-***/**** saylı qərarı Ilə ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ## ###### 2026-ci IS tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ## ###### 2026-ci il tarixli MN ******* saylı protokolu qərəzli və əsassız ləğv edilmişdir. Işin faktiki halları ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin canlı çat bölməsinə ve elektron poçt ünvanına Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ’’X2 yaşayış kompleksində yaşayan Yusif Yusifzadə tərəfindən yaşadığı binanın yaxınlığında "Neftçi Residence" kimi tanınan tikinti sahəsindən çıxan tikinti tullantılarını mütəmadi olaraq qonşu torpaq sahəsinə ve açıq əraziyə qanunsuz şəkildə atılır” məzmunlu daxil olmuş müraciət ərazi üzrə sahə mühəndisi Zeynal Xəlilovun iştirakı ilə əməkdaşlar tərəfindən yerində araşdırılmışdır. Araşdırma nəticəsində tikinti zaman tullantıfanın aidiyyəti icra orqanlarının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması, eyni zamanda ətraf mühitin çirkləndiriiməsi hallarının qarşısının alınması üçün ekoloji tələblərə riayət olunmadığı, tikinti tullantılarının qalaqlandığı aşkar edilmişdir. Məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin canlı çat bölməsinə ve elektron poçt ünvanına Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi "X3 yaşayış kompleksində yaşayan Yusif Yusifzadə tərəfindən yaşadığı binanın yaxınlığında "Neftçi Residence" kimi tanınan tikinti sahəsindən çıxan tikinti tullantılarını mütəmadi olaraq qonşu torpaq sahəsinə ve açıq əraziyə qanunsuz şəkilde atılır" məzmunlu daxil olmuş müraciet ərazi üzrə sahə mühəndisi Zeynal Xəlilovun iştirakı ilə əməkdaşlar tərəfindən yerində araşdırılmışdır. Araşdıma nəticəsində tikinti zaman tullantılanın aidiyyati icra orqanlarının razılığına əsasən müəyyən olunmuş ərazilərə daşınması, eyni zamanda ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması üçün ekoloji tələblərə riayət olunmadığı, tikinti tullantılarının qalaqlandığı aşkar edilmiş, bununla da Azərbaycan Respublikasının "Tullantılar haqqında" qanunun 11, 12-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən təqdim edilmiş fotoşəkillərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş avtomobil yolunun kənarında yaşayış kompleksinin tikintisi zamanı tikinti işləri ilə bağlı hərəkətlər edilməsi, yük nəqliyyat vasitəsindən istifadə olunmaqla torpağın daşınması və boşaldılması müəyyən edilmişdir. -Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi “Fairness” Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, hər hansı tullantıların qalaqlanması qaydalarının pozulması və göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi müəyyən olunmamışdır. -## ###### 2025-ci il tarixli, ****** nömrəli müqavilədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhər Icra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı Departamentinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanılmışdır. Bu müqaviləyə əsasən “Icraçı” “Sifarişçi”-yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməyə təhvil verilməsini, “Sifarişçi” isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir. -## ###### 2026-cı il tarixli, ***/b nömrəli hesab fakturadan görünür ki, 2025-ci ilin dekabr ayı üzrə məişət tullantılarının daşınması üzrə xidmət haqqı 1180 (bir min yüz səksən) manat təşkil etmişdir. -## ###### 2026-cı il tarixli və ## ###### 2026-cı il tarixli ödəniş tapşırıqlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı şəhər Icra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı Departamentinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, , inzibati xəta haqqında protokoldan göstərilən halların hüquqi şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, hüquqi şəxsin öz təqsirsizliyini sübuta etmək məcburiyyəti olmadığından, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya mərhələsində də inizbati xətanınn törədilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar; 11-ci maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir. Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X5 Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır. Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar. Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (qida və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrıayrılıqda toplanmalıdır. 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar