Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1167/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx”xxxx-nin nümayəndəsi (vəkili) İbadov Sərxan Saleh oğlunun, Protokol tərtib edən orqanlarn nümayəndəsi nümayəndə1 iştirakları ilə, “xxxx”xxxx-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx”xxxx-nin nümayəndəsi (vəkili) İbadov Sərxan Saleh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “xxxx”xxxx tərəfindən 30757.87 İngilis funt sterlinqi məbləğində vəsaiti bank vasitəsilə ## ###### 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 30757.87 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan mallar(xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir “xxxx”xxxx-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ## ###### 2026-cı il tarixdə tərtib olunmuş EP ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə “xxxx”xxxx Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 30757.87 İngilis funt sterlinqi valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 6151,574 İngilis funt sterlinqi – yəni 13994 (on üç min doqquz yüz doxsan dörd) AZN (qərar qəbul edilən gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx”xxxxnin nümayəndəsi (vəkili) İbadov Sərxan Saleh oğlu apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini vəxxxx barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, t İş materiallarında olan ## ###### 2026-cı il tarixdə tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx"xxxx tərəfindən 30757.87 İngilis funt sterlinqi məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Mərkəzi Bank qeyd etmişdir ki, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində mallar idxal edilməmiş və ya vəsait geri qaytarılmamışdır. Lakin məhkəmə işin faktiki hallarını lazımi qaydada araşdırmamış, təqdim olunmuş sübutlara hüquqi qiymət vermədən formal yanaşma əsasında inzibati tənbeh tətbiq etmişdir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs tərəfindən təqdim edilmiş əsaslı etiraz və sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edirik ki: "xxxx"xxxx faktiki olaraq "xxxx" şirkətindən ##.##.2025 tarixli 4301388678 və ********** nömrəli sifarişləri qəbul etmişdir. Həmin sifarişlərə uyğun olaraq "xxxx"xxxx öz təchizatçısı - Böyük Britaniya rezidenti Clyde Union Limited (Celeros) şirkətinə müraciət etmiş, PQc23L0990 və PQc**L**** saylı sifariş sənədlərində BP-nin qeyd olunan sifarişlərinə istinad edilmişdir. Təchizatçı tərəfindən təqdim edilmiş 90126486 və ******** nömrəli invoyslarda açıq şəkildə göstərilmişdir ki, malların təhvil verilmə şərtləri İncoterms 2010 qaydalarına uyğun olaraq FCA (UK Port) əsasında müəyyən edilmişdir. Bu isə o deməkdir ki, satıcı ixrac rəsmiləşdirilməsindən keçmiş malları alıcının cəlb etdiyi daşıyıcıya X6 şəhərində təhvil verməklə öhdəliyini yerinə yetirmişdir. Sonrakı mərhələdə malların daşınması "X4"xxxx tərəfindən həyata keçirilmiş və mallar Qlazqo şəhərindən Bakı şəhərinə, konkret olaraq "X1 Platform 1000" ünvanına çatdırılmışdır. Faktiki olaraq mallar BP-yə təhvil verilmişdir. Gömrük rəsmiləşdirilməsi birbaşa BP tərəfindən həyata keçirilmişdir. ##.##.2024 tarixli gömrük bəyannaməsindən açıq şəkildə görünür ki: -malları qəbul edən şəxs BP-dir, bəyannaməçi "X4"xxxx-dir, -çatdırılma şərti FCA (kod 140) kimi göstərilmişdir,- sövdələşmə kodu 80 qeyd edilmişdir. Eyni zamanda gömrük bəyannaməsinin qoşma vərəqlərində BP-nin 4301388678 və ********** saylı sifarişləri birbaşa qeyd olunmuşdur ki, bu da idxal olunmuş malların məhz həmin ödənişlərə aid olduğunu şübhəsiz şəkildə təsdiq edir. Yuxarıda göstərilən faktlar sübut edir ki: -mallar faktiki olaraq idxal edilmişdir, idxal prosesi sənədlərlə təsdiq olunur,- ödəniş və idxal arasında birbaşa əlaqə mövcuddur. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tətbiqi üçün zəruri olan əsas şərt - malların idxal edilməməsi halı mövcud deyildir. Buna baxmayaraq, məhkəmə təqdim edilmiş gömrük sənədlərinə, invoyslara və müqavilə münasibətlərinə hüquqi qiymət verməmiş, işin faktiki hallarını düzgün müəyyən etməmişdir. Bu isə məhkəmənin: -sübutları qiymətləndirmə vəzifəsini yerinə yetirmədiyini, -işə səthi yanaşdığını, - hüquq normasını yanlış tətbiq etdiyini göstərir. Belə bir qərar nə hüquqi, nə də faktiki baxımdan əsaslandırıla bilər və açıqaşkar əsassızdır. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx”xxxx-nin nümayəndəsi (vəkili) İbadov Sərxan Saleh oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etdi. Apellyasiya baxışı zamanı Protokol tərtib edən orqanlarn nümayəndəsi nümayəndə1 bildirmişdir ki, “xxxx”xxxx avans yolu ilə vəsait köçürür. Vəsaitin təyinatı alqı-satqı müqaviləsidir. Müqavilədə “xxxx”xxxx-nin vəsaiti köçürərək idxalını nəzərdə tutulur. Rəal sənədlərdə qarşı tərəfin bildirdi odur ki, mallar BP tərəfindən idxal edilmişdir. Lakin mövcud qanunvericilik buna imkan vermir. Rezident özü idxal etməlidir. Əgər üçüncü şəxsin xeyrinə vəsaiti köçürürsə, üçüncü şəxsin xeyrinə olan müqavilə çərçivəsində köçürmədən sonra bəyannamədə bunu əks etməlidirlər. Bu barədə gömrük bəyannamənin 9-cu qrafası var. Orda görünməlidir ki, ölkəyə gələn malın dəyərini “xxxx”xxxx tərəfindən ödənilmişdir. Lakin hazırki materiallarda “xxxx”xxxx tərəfindən köçürülən vəsait var, lakinxxxx tərəfindən mallarının idxal edilməsini təsdiq edən sənəd mövcud deyildir. Odur ki, məhkəmədən verilmiş apellyasiya şikayəti əsassızdır. Belə olan halda apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, "RAPİD SOLUŞNS"xxxx tərəfindən 30757.87 İngilis funt sterlinqi məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. İş materiallarına olan “xxxx” ASC tərəfindən AR Mərkəzi Banka ünvanlanmış ## ###### 2026-cı il tarixli *-*-**/*-***/**** saylı məktubundan görünür ki, “RAPİD SOLUŞNS”xxxx-in “xxxx” ASC-də olan hesabından ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüş 30757.87 İngilis funt sterlinqi məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarına olan Protokol tərtib edən orqanlar Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X3 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “RAPİD SOLUŞNS”xxxx tərəfindən 30757.87 İngilis funt sterlinqi məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasınm rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 30757.87 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən malı idxalını təsdiq edən yeganə sənəd gömrük bəyannaməsidir. Mal ölkəyə daxil olubsa, gömrük bəyannaməsi mövcud olmalıdır. “RAPİD SOLUŞNS”xxxx tərəfindən ## ###### 2023-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 30757.87 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. Apellyasiya şikayətinə əlavə edilmiş ************** saylı Gömrük Bəyannaməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin bəyannamənin 9-cu qrafasında maliyyə tənzimlənməsinə məsul şəxs kimi “RAPİD SOLUŞNS”xxxx deyil “BP EKSPLOREYŞN (ŞAH DƏNİZ) LİMİTED” Şirkətinin Azərbaycan nümayəndəliyi göstərilmişdir. Odur ki, “RAPİD SOLUŞNS”xxxx”xxxx-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, “RAPİD SOLUŞNS”xxxx törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx”xxxx-nin nümayəndəsi (vəkili) İbadov Sərxan Saleh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx”xxxx-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1167/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1167/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver