Məhkəmə qərarları › İş №3(3-6)-1169/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1169/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1169/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə saat 13 radələrində idarə etdiyi “Kia Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bayıl qəsəbəsində, Neftçi Qurban küçəsində parklanma üçün nəzərdə tutulmuş yerdə avtomobillərin sırasında, parklanma xəttləri nəzərə alınmaqla park etmişdir. Xüsusi bildirir ki, Bayıl qəsəbəsi ərazisindəki küçələrdə avtomobillərin parklanması pulsuzdur. Lakin, bir müddət sonra cərimə ilə bağlı telefonuna məlumat gəlmişdir. Bunun nə ilə bağlı olmasını öyrənmək üçün sistemə daxil olmuş və guya İXM-nin 346-1.3-cü maddəsi ilə xəta törətdiyi barədə məlumat və fotoşəkillər yerləşdirilmişdir. Birinci fotoda avtomobilin parklanma yerində xətlərin arasında parklanma üsulunu pozmadan dayandığını göstərən arxa ümumi görüntüsü, ikinci fotoda avtomobilin salonunda heç kimin olmadığı fotosu, üçüncü fotoda isə parklanma nişanı, parklanmanın pulsuz və yerin əlil sürücü üçün olması barədə əlavə lövhələr əks edilmişdir. Hesab edir ki, avtomobilinin park edildiyi yerin əlil sürücü üçün nəzərdə tutulan yer olmadığı halda DYP əməkdaşı tərəfindən həmin nişan buna əsas olmadan avtomobilinə aid edilmişdir. Yəni, guya sübut kimi sistemə yerləşdirilmiş fotolarla park etdiyi avtomobilin əlil sürücü üçün parklanma nişanına münasibətdə harada dayandığı məlum deyil (həmin nişanın təsirində dayanmağı sübut edilmir). Bundan başqa elektron qərarda görünür ki, BDYPİ tərəfindən haqqında inzibati icraat aparılması və elekron qərarın tərtib edilməsi zamanı İXM-nin tələbləri pozulmuşdur. Belə ki, BDYPİ tərəfindən İXM-nin tələbləri pozulmaqla xüsusi texniki vasitənin məlumatları hazırki elektron qərarda göstərilməmiş, elektron qərar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib edilməmiş, informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, xüsusi texniki vasitələrin məlumatları elektron qərarda göstərilməmişdir. İnzibati xəta haqqında iş üzrə elektron qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunun xüsusi texniki vasitə barədə məlumat göstərilməmişdir. Belə olan halda güman edilir ki, sistemə yerləşdirilmiş şəkillər DYP əməkdaşının şəxsi mobil telefonu ilə çəkilmiş, bu da qanunla qadağan edilərək qanunsuz əldə edilmiş sübut kimi qiymətləndirilməlidir. Ona görə də BDYPİ-nin barəsində İXM-nin 346-1.3-cü maddəsi ilə çıxardığı ## ##### 2026-cı il tarixli, EQ ******** saylı elektron protokol əsasında eyni tarixli nömrəsiz elektron qərar əsassız və sübutsuz, eləcə də İXM-nin tələblərinin pozulması ilə çıxarıldığına görə ləğv edilməli və İXM-nin 8-ci maddəsi əsasında inzibati işin icraatına xitam verilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsi qərara alınmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının inzibati işin aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməsi hissəsində dəyişdirilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə saat 13 radələrində idarə etdiyi “Kia Picanto” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Bayıl qəsəbəsində, Neftçi Qurban küçəsində parklanma üçün nəzərdə tutulmuş yerdə avtomobillərin sırasında, parklanma xəttləri nəzərə alınmaqla park etmişdir. Bunun nə ilə bağlı olmasını öyrənmək üçün sistemə daxili olmuş və guya İXMnin 346-1.3 maddəsi ilə xəta törətdiyi barədə məlumat və fotoşəkillər yerləşdirilmişdir. Birinci fotoda avtomobilin parklanma yerində xətlərin arasında parklanma üsulunu pozmadan dayanmağını göstərən arxa ümumi görüntüsü, ikinci fotoda avtomobilin salonunda heç kimin olmadığı fotosu, üçüncü fotoda isə parklanma nişanı, parklanmanm ödənişsiz və konkret məlum olmayan yerin əlil sürücüsü ücün olması barədə əlavə lövhə əksi edilmişdir. İlk öncə avtomobilinin park edildiyi yerin əlil sürücüsü üçün nəzərdə tutulan yer olması barədə hər hansı sübut inzibati qərara əlavə edilməsə də, DYP əməkdaşı tərəfindən həmin nişanın buna əsas olmadan məhz avtomobilinə aid edilmişdir. Yəni, sistemə yerləşdirilmiş fotolarla park etdiyi avtomobilin əlil sürücü üçün parklanma nişanına münasibətdə harada dayandığı məlum deyil, həmin nişanın təsirində dayanmağı sübut edilmir. Bu növ işlər üzrə isə xəta ilə bağlı qərara əlavə edilmiş sübutlar mötəbər və təkzibedilməz olmalıdır. Əks halda sübutsuz qərar məhkəmə qaydasında ləğv olunması üçün əsasdır. Bundan başqa müəyyən edilmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa şəlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentin ## ###### 2017-ci il tarixli, **** saylı Fərmanın 2.3cü bəndinə əsasən Bakı səhərinin inzibati ərazisi istisna olmaqla. Məcəllənin 346.3,346- 1-ci maddəsində nəzərdə tutulmuş və foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar (idilmiş inzibati xətalara dair elektron qərardan Məcəllənin 122.7-ci maddəsində qeyd olunan şikayjət verildikdə, həmin inzibati xətalar haqqında işlərə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müvafiq sahəyə cavabdeh müavini, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, Bakı şəhər Baş Polis İdarəsi və Bakı səhərinin rayon polis idarələri (şöbələri) istisna olmaqla, digər ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin (bölmələrinin) rəisləri, dövlət yol polisi qruplarının rəhbərləri tərəfindən baxılır. Belə ki, “AYNA"' PHŞ-in təşkil etdiyi və cavabdeh olduğu parklanma yerlərinə aid İXM-nin 346-1.1-346-1.8-ci maddələrində qeyd edilən xətaların Bakı şəhəri ərazisində Daxili İslər Nazirliyinin tabeliyində olan qurum tərəfindən qeydə alınaraq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Belə olan halda IXMnin 346.-.1-346-1.8-ci maddələrində qeyd edilən xətaların tətbiqi (parklanma yerlərindəqaydaların pozulması ilə bağlı cərimə qərarın çıxarılması) Daxili İşlərNazirliyinin tabeliyində olan yuxanda qeyd edilən səlahiyyətli şəxslərə aid deyil. Belə olan halda YPX əməkdaşı parklanma yerində İXM-nin 346-1.3-cü maddəsi ilə parklanma qaydalarının pozulmasını qanunsuz sənədləşdirərək elektron cəriməni buna səlahiyyəti olmayan şəxs kimi tətbiq etmişdir. Həmin qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilərək, BDYPİ-nin barəsində İXM-nin 346-1.3-cü maddəsi ilə çıxardığı ## ##### 2026-cı il tarixli, EQ ******** saylı elektron qərarı ləğv edilərək inzibati iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilmişdir. Hesab edir ki, həmin qərar qanunvericilik, hüquqi-normativ tələblərə ziddir, məntiq və iş materiallarında olan sənədlərə uyğunluğu baxımından qeyriobyektiv yə şübhəlidir. Hakimi qərarı tərtib edib onu əsaslandırmağa çalışsa da, inzibati işi aidiyyəti üzn baxılması üçün “AYNA” PHŞ-yə göndərməklə düzgün nəticəyə gəlməyərək qanunvericiliyin tələblərinə və mövcud faktiki sənədlərə uyğun olmayan əsassız qərar qəbul etmişdir. BDYPİ-nin barəsində İXM-nin 346-1.3-cü maddəsi ilə çıxardığı elektron qərardan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərək ## ##### 2026-cı il tarixdə müvafiq qərardad çıxarılmış və məhkəmə iclasında baxılması üçün təyin edilmişdir. İsə baxan hakim bu qərardadla inzibati qərarın və marterialın buna səlahiyyəti olmayan şəxslər (orqan) tərəfindən səhv və yalnış tərtib edilməsinə öncədən diqqət etməyərək, elə həmin qərardadla inzibati işi aidiyyəti üzrə qaytarmaq əvəzinə qanunvericiliyin tələblərini pozaraq şikayətin aidiyyəti üzrə düzgün quruma qarşı verildiyini qeyd edərək məhkəmə iclasında baxılması üçün təyin etmişdir. İşin hallarına diqqət yetirdikdə məlum olur ki, DİN tabeliyində olan BDYPİ tərəfindən İXMnin 346-1.3-cü maddəsi ilə qəbul edilmiş elektron qərar buna səlahiyyəti olmayan qurum tərəfindən çıxarıldığından həmin qərar ləğv edilməli yə inzibati iş üzrə icraata xitam veriməli idi. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il ## ###### tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli *** nömrəli Fərmanının 5.33-1-ci bəndinə uyğun olaraq həmin Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.4-cü bəndinə görə Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorlarının baxmaq səlahiyyətləri vardır. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsasən qeyd etmişdir ki, Bakı şəhərinin inzibati ərazisində İXM-nin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan orqan (qurum) qismində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müəyyən edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, o cümlədən Baş Dövlət Yol Polisi İdarəsinə belə səlahiyyət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 346-1.3-cü maddəsilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 124.6-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 53-cü maddəsinin 10-cu bəndinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar