Məhkəmə qərarları › İş №3(3-6)-1170/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1170/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1170/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 405-1.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 3 ay ərzində ödənilməmişdir. Nəticədə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-i barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəmiyyətin ilkin nizamnamə kapitalının ödənildiyini təsdiq edən ##.##.2026-cı il tarixli bank qəbzi həmin tarixdə qeydiyyat orqanına təqdim edilmişdir. Həmin bank qəbzinə əsasən, təsisçi İmanverdiyev Elman Sahib oğlu adından nizamnamə kapitalını təşkil edən 10 (on) manat məbləğində vəsait Cəmiyyətin bank hesabına mədaxil edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən bank qəbzi araşdırılaraq, aşkar olunmuşdur ki, təsisçi tərəfindən nizamnamə kapitalının ödənilməsi məqsədilə ödənişin edildiyi tarixdə Cəmiyyətin qeydiyyat tarixindən 3 ay müddət keçmiş, nəticə olaraq Cəmiyyətin nizamnamə kapitalı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində ödənilməmişdir. Nəticədə Cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və qeydiyyat orqanı tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, hüquqi şəxsi İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilmiş, lakin həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati təhbeh tətbiq etməmiş və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 405-1.1-ci maddə ilə başlanılmış icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən “xxxx” MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati protokol əsasında inzibati məsulliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsin xahiş etdi. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, ********** VÖEN nömrəli hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, İlqar Rəhimov ev 1, mənzil 7A ünvanında yerləşir. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə * nömrəli əlavədən və ##.##.2026cı il tarixli qərardan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Novruzov İlkin İlqar oğlu təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 3 ay ərzində ödənilməmişdir. Nəticədə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXMin 405-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 3 ay ərzində ödənilməməsi faktı öz təsdiqini tapmışdır. Bu da cəmiyyətin əməlində İXM-in 405- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olmasına dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 405-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar olmasa da, cəmiyyətin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar vardır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 405-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının 3 ay ərzində ödənilməməsi, yəni ##.##.2025-ci il tarixədək ödənilməməsi ilə nəticələnmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində isə İXMin 405-1.1-ci maddəsi ilə olan MN ******* nömrəli inzibati xəta haqqında protokol ##.##.2026cı il tarixdə tərtib edilmiş və həmin inzibati xəta haqqında protokol əsasında toplanmış material ##.##.2026-cı il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki sözügedən inzibati xəta haqqında protokol ##.##.2025-ci il tarixdən ən geci 4 ay keçənədək tərtib edilərək işə məhkəmədə baxılaraq yekun qərar qəbul edilməli idi. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən İXM-in 405-1.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material məhkəmənin icraatına daxil olan zaman “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu mənada qeyd edilməlidir ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsində isə qeyd edilir ki, 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Lakin, hazırki inzibati xətaya münasibətdə qanunvericilik nizamnamə kapitalının ödənilməsi üçün konkret müddət, yəni hüquqi şəxsin dövlət qeydiyyatına alındığı vaxtdan 3 ay müddət müəyyən etmiş, , “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınsa da 3 ay ərzində, yəni ##.##.2026-cı il tarixinədək ödəməli olduğu nizamnamə kapitalını ödəməmişdir. Deməli MMC tərəfindən inzibati xəta artıq həmin tarixdə törədilməklə, məsuliyyətə cəlb etmə müddətinin də axımı həmin vaxtdan başlamışdır. Belə ki, İXM-in 405-1.1-ci maddəsi həmin Məcəllənin “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə (Fəsil 34) aiddir və həmin fəsil üzrə müəyyən edilmiş inzibati xətalar üzrə təyin ediləcək inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 (dörd) ay keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən (inzibati xətanın aşkar edildiyi) ##.##.2025-ci il tarixdən sözügedən materialın məhkəməyə daxil olduğu vaxtadək, yəni ##.##.2026-cı il tarixədək 4 (dörd) aydan artıq müddət keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokola dair “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-in 405-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. “xxxx” MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405- 1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar