Məhkəmə qərarları › İş №3(3-6)-1171/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1171/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1171/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun müdafiəçisi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-in 535.1-ci maddəsi ilə barəsində 15 gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-in 535.1-ci maddəsi ilə barəsində 15 gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq tətbiq edilməsi, həbsetmənin əvvəlinin ## ##### 2026-cı il tarixdən, saat 11:20-dən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 apellyasiya şikayəti verərək qərardan razı olmadığını qeyd eməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və onun müdafiəçisi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində tərtib olunmuş protokolun əsassız olduğunu qeyd edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-in 535.1-ci maddəsi ilə barəsində 15 gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati tənbeh tədbiri hissəsində dəyişdirilməli, həmin qərarla ona təyin olunmuş 15 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 10 (on) gün müddətinə endirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” ## ##### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin gün saat 11:20-də inzibati qaydada tutulmuş və 12:40-da inzibati qaydada tutmadan azad edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 izahatında bildirmişdir ki, ##.##.2026-cı il saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Atatürk” parkında mobil telefonla yüksək səs tonu ilə danışaraq nalayiq ifadələr işlərmişdir. Bu zaman parkın ərazisində ətrafda şəxslər olmuş, bir nəfər ona yaxınlaşaraq özünü təqdim edib, polis əməkdaşı olduğunu bildirmiş və ictimai qaydanı pozduğunu deyərək irad tutmuş, lakin o, həmin vaxt əsəbi olduğundan polisin tələbinə məhəl qoymamışdır. Məqsədi polisə tabesizlik göstərmək olmamış, əsəblərini cilovlaya bilmədiyi üçün sakitləşməmişdir. Polis tərəfindən PŞ-nə getmək təlkif olunduqda isə səs-küy salaraq narazılıq etmiş, onun təklifindən təkidlə imtina etmişdir. O, polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətməmiş, onun işlətdiyi nalayiq ifadələr ünvansız olmuşdur. Polis şöbəsinə könüllü şəkildə getmədiyi üçün polis əməkdaşı tərəfindən şöbəyə gətirilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı fiziki, psixi zorakılıq edilməmişdir. Qaynaqçı işləyir, üç övladı vardır. Əməlindən peşmandır. Bir daha bu kimi hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X1 izahatında bildirmişdir ki, ##.##.2026- cı il saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Atatürk” parkında xidmətdə olarkən sonradan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğunu bildiyi şəxsin ictimai yerdə, parkın ərazisində insanların çox olmasına məhəl qoymayaraq uca səslə ünvansız nalayiq ifadələr işlətdiyini eşidib, yaxınlaşaraq özünü təqdim etmiş və şəxsi nizam-intizama dəvət etmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun iradına əhəmiyyət verməyib kobudluq etməyə başlamış, yenidən öz əməllərini davam etdirərək ünvansız söyüşlər söymüşdür. Onun ictimai qaydanı pozduğunu müşahidə etdiyi və sakitləşmədiyi üçün Polis şöbəsinə dəvət etmiş, ancaq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun tələbinə riayət etməyərək aqressiv və qəti surətdə şöbəyə getməyəcəyini deyib səs-küy salmağa, orada istirahət edən şəxsləri narahat etməyə davam etmişdir. Şəxs könüllü olaraq şöbəyə gəlməkdən imtina etdiyi üçün tərəfindən şöbəyə gətirilmişdir. Polis şöbəsində o, baş verənlərlə bağlı rəhbərliyə raportla müraciət etmiş və şəxs barəsində inzibati araşdırma başlanılmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Birinci instansiya məhkəməsi həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, habelə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi və onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədən ona 15 gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi X3 əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, sonuncu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi ağırdır. Belə ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq X3 barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlməsinə baxmayaraq, sonuncuya münasibətdə tənbeh tədbirinin həddini müəyyən edərkən X3 şəxsiyyətini səciləyələndirən və tətbiq edilməli olan tənbeh tədbirinin yumşaldılmasına əsas ola biləcək yüngülləşdirici halları kifayət qədər nəzərə almamışdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləlillə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-in 535.1-ci maddəsi ilə barəsində 15 gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati tənbeh tədbiri hissəsində dəyişdirilməli, həmin qərarla ona təyin olunmuş 15 gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 10 (on) gün müddətinə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L İ R: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-in 535.1-ci maddəsi ilə barəsində 15 gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş inzibati tənbeh tədbiri hissəsində dəyişdirilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə təyin edilmiş 15 (on beş) gün müddətinə inzibati həbs müddəti 10 (on) gün müddətinə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar