Məhkəmə qərarları › İş №3(3-6)-1172/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1172/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1172/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Qaradağ RPI-nin 10-cu PŞ-nin sahə inspektoru, R X2 tərəfindən tərtib olunmuş ##.##.2026-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, narkotik vasitədən istifadə etməklə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Q.M.Əbilov) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, barəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını və ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ailəli və üç uşaq atası olduğunun, fəhləlik etməklə ailəsini dolandırdığının, ailəsinin maddi durumunun aşağı olduğunun, bir ay öncə narkotik vasitə qəbul etdiyinin nəzərə alınaraq, barəsində inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, inzibati işdə olan sənədlərlə və ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ##.##.2026-cı il tarixli **** nömrəli rəyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsi faktı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi inzibati iş üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı inzibati orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət verərək, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul etmişdir ki, bu məsələyə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müasibətdə inzibati tənbeh tədbiri barədə qərar qəbul edərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini, qanunun tələblərini, inzibati tənbehin növünü və həddini, xətanın xarakterini, törədilməsi hallarını, şəxsiyyətini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin dəlillərinə münasibətdə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar