Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1173/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Tələbkar – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1 borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərardan zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək qeyd etmişdir ki, iki uşağa görə aylıq 480 (dörd yüz səksən) manat məbləğində aliment təyin edilmişdir. Lakin borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən aliment ödənişləri uzun müddətdir həyata keçirilmir və hazırda onun 1780 (min yeddi yüz səksən) manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən İcra şöbəsinə müraciət etmişdir. İcra məmurunun təqdimatı əsasında borclu şəxs barəsində məhkəmə qaydasında işə baxılmış və ##.##.2026-cı il tarixdə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu ödəmədiyi halda 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qərardan narazıdır. Onun fikrincə, borclu şəxs aliment öhdəliyini qəsdən yerinə yetirmədiyinə görə tətbiq olunan cəza kifayət qədər ciddi deyil. Qeyd edilənləri nəzərə alaraq Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha ciddi şəkildə — inzibati qaydada həbs olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmədən tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətlər ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## ###### 2025-ci il tarixli qərarın surətindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində iş üzrə icraata başlanmışdır. ## ###### 2025-ci il tarixli “Tələbin dərhal icrası haqqında” bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə rəsmi bildiriş göndərilmişdir. ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- ***/**** saylı, ## #### 2025-ci il tarixli icra sənədinin icrasından yayınmışdır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qeyd olunan hal isə özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsi araşdırılmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Öyrənilmiş materiallarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istinad edilən inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ## ###### 2025-ci il tarixdən, yəni icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul olunduğu tarixdən ## ##### 2026-cı tarixədək (protokol tərtib olunduğu tarix) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, üzürsüz səbəbdən Dövlət adında qəbul edilmiş qətnaməni icra etməmişdir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətdən göründüyü kimi Zərərçəkmiş şəxs borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən borcun ödənilməməsini əsas gətirib onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Tələbkar tərəf şikayətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirilən halları (müəyyən edilməmişdir) nəzərə alaraq, barəsində ədalətli və düzgün tənbeh tədbiri seçmişdir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Beləliklə məhkəmə hazırkı işin faktiki hallarını və iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu İXM-in 528.1-ci maddəsi ilə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətlərdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayətlər təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1173/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1173/2026
27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver